22 05 2016

UCA DAĞLAR YANIR ODDA, ARXA BAKI ELLƏR DARDA...

"İRŞAD TV" DƏ QIZIL ULDUZLU "ƏN YENİ" YƏ DAXİL OLMAĞI İSƏ UNUTMAYIN... http://www.irshadtv.com/vtn2.shtml Devamı

22 05 2016

EY YAR, SƏNƏ EHTİYACIM VAR

MAHNI, İFA, KLİP - TƏKRAROLUNMAZDIR. LƏZZƏT ALDIM...YARADICI QRUP ÇOX SAĞ OLSUN. http://realistadil.blogspot.com/2016/05/ey-yar-sn-ehtiyacim-var.html Devamı

08 01 2016

ƏSRİN ETİRAFI:Rokfeller Türkiyəni necə çökdürdüklərini açdı

ƏSRİN ETİRAFI:Rokfeller Türkiyəni necə çökdürdüklərini açdı |  görsel 1

2011-ci ildə Suriyada vətəndaş qarşıdurması başlayandan bu yana Türkiyənin müəyyən qüvvələr tərəfindən müxtəlif yollarla müharibəyə cəlb edilməsinə cəhdlər göstərilir. Eyni zamanda, bir müddətdir ki, Qərb mediası Türkiyənin İŞİD-ə dəstək verməsi barədə təbliğat materialları yayımlayaraq, ölkəni terror təşkilatı ilə əlaqədə ittiham edir. Paralel olaraq isə PKK ilə əldə olunan sülh razılaşması və ölkədə yaranmış stabilliyi pozmaq, kürd-türk problemini dərinləşdirmək üçün bütün mümkün vasitələrdən istifadə özünü göstərməkdədir.   Supergüclərin digər dövlətləri öz maraqları çərçivəsində qarışdırması və zəiflətməsi həmişə müzakirə mövzusu olub. Onların bu ssenarisini isə bu günə qədər ən açıq şəkildə yəhudi əsilli amerikalı milyarder Devid Rokfeller etiraf edib.   Rokfellerin məşhur etirafları zaman-zaman yayımlanıb və böyük müzakirələrə səbəb olub. Hazırda isə Türkiyə ətrafında baş verən prosesləri anlamaq baxımından Rokfellerin etiraflarının məhz bu hissəsi müşahidəçilərin diqqətini bir daha özünə cəlb edir.   Axar.az sözügedən etirafları yada salır:   Adnan Menderes dönəmində “Marşal planı”nı işə saldıq     Türklər illər boyu kommunizmə qarşı olub. 1950-ci illərdə bizim dəstəyimizlə Adnan Menderes hakimiyyətə gəldi. Əslində, Menderes bizimlə lap başdan gözəl dialoqa girmişdi. Bizdən seçkilərdə aldığı dəstək qarşılığında “Marşal planı” adı altında davamlı borc alır və ölkə sənayesinə kapital yatırırdı. Lakin hakimiyyət bu pulları o qədər plansız xərcləyirdi ki, onları qaytarmaq vaxtı çatanda ödəyə bilmədikləri üçün yenidən bizdən borc götürürdülər. O zaman biz qarşılığında ondan... Devamı

01 12 2015

General Səməd Bəy Mehmandarov...

Link : youtu.be Devamı

01 12 2015

Frank Noe Ağdam Cümə Məscidində Əzan oxudu (29.09.2008)

PAYIZ QIŞDAN ƏZƏLDİ, AĞAC TÖKƏN XƏZƏLDİ, VƏTƏN VİRAN OLSA DA, O, CƏNNƏTDƏN GÖZƏLDİ. Link : youtu.be Devamı

07 08 2015

YASAKLANAN TÜRKiYEM TÜRKÜSÜ

http://youtu.be/dAHuK4ExUr4 ...Kaynak : realistadilaz.blogcu.com Devamı

06 08 2015

İNGİLİSLƏR ŞOKDA: BU TORPAQLAR TÜRKİYƏNİN OLACAQ

İNGİLİSLƏR ŞOKDA: BU TORPAQLAR TÜRKİYƏNİN OLACAQ |  görsel 1

İncirlik bazasından istifadə mövzusunda ABŞ və Türkiyə arasında əldə olunan razılaşma ingilisləri narahat edib. Bu razılaşmadan sonra ABŞ mediasının “Orta Şərqin yeni xəritəsini Obama və Ərdoğan çəkəcək” yazması da ingilisləri təşvişə salıb.   Publika.az xəbər verir ki, ingilis mətbuatı Amerika mediasının bu iddiasını bir qədər də konkretləşdirib.   Bildirilir ki, Firat çayının qərbindən Aralıq dənizinə qədər uzanan topraqlar Türkiyənin yeni vilayəti olacaq.   Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan avqust ayında ABŞ-a gedə biləcəyini açıqlayıb. ABŞ-ın “The New York Times” nəşri Ankara və Vaşinqton arasındakı İncirlik razılaşmasını xatırladaraq Yaxın Şərqə yeni şəkil veriləcəyini yazıb: “PKK və İŞİD böyük əməliyyatlarla qarşı-qarşıya qalacaq. Bəşər Əsədin getməsi üçün Vaşinqton daha aktiv rol oynamağa başlayacaq. Bölgənin gələcəyi Ərdoğan-Obama görüşündə planlaşdırılacaq. Ərdoğan ABŞ-a Yaxın Şərqin xəritəsini dəyişdirməyə gedir”.   İngilislərin narahatlığının əsas səbəblərindən biri İncirlik razılaşmasının bir sıra detallarının gizli saxlanılmasıdır. İddiaya görə, ABŞ İncirlik razılaşmasından sonra YPG (PKK-nın Suriya qolun olan PYD-nin silahlı qanadı) içindəki döyüşən agentlərini bölgədən geri çəkib və bununla da YPG-nin bölgədəki fəaliyyətinin sona çatacağı barədə siqnallar verilib. “Hələb dəhlizi” adlandırılan, Firat çayının qərbindəki təhlükəsiz bölgənin İŞİD-dən, demək olar ki, təmizləndiyi bildirilir.   Bütün bu prosesləri izləyən ingilis mediası Firatın qərbinin tamamilə Türkiyəyə veriləcəyini iddia edib. ”The Guardian” nəşri yazıb ki, Türkiyənin İŞİD və PKK-ya qarşı əməliyyatları, bölgəyə yeni bir ab-hava gətirib. Bu əməliyyatlar başa çata... Devamı

06 08 2015

TÜRKİYƏ GENİŞMİQYASLI QURU ƏMƏLİYYATINA BAŞLAYIR - DETALLAR

TÜRKİYƏ GENİŞMİQYASLI QURU ƏMƏLİYYATINA  BAŞLAYIR - DETALLAR |  görsel 1

  PKK terror təşkilatının Şimali İraq və cənub-şərqi Türkiyədəki mövqelərini havadan bombalayan Türkiyə Silahlı Qüvvələri quru əməliyyatı üçün hazırlıqlara başlayıb.   Publika.az xəbər verir ki, Türkiyə mediası PKK-ya qarşı həyata keçiriləcək quru əməliyyatının detallarını əldə edib.   Türkiyə ordusu ilk olaraq ölkə daxilindəki terror ünsürlərini məhv etməyi planlaşdırır. Bir həftə sonra isə Suriya sərhədinə keçən PKK-çılar üçün quru əməliyyatlarının başlanması nəzərdə tutulur. ABŞ ilə əldə olunan İncirlik razılaşmasından sonra terror aktlarının qarşısının alınması üçün ciddi addımlar atan Türkiyə həm İŞİD, həm  də PKK-nı bölgədən tamamilə çıxarmaq istəyir.   Hərbi mənbələrdən əldə edilən məlumatlara görə, türk qırıcılarının bombardmanlarından sonra Kandil, Hakurk və Avaşin kimi düşərgələrdən Şimali Suriyaya 1500-ə qədər silahlı PKK üzvü qaçıb. PKK-nın Şimali Suriyadakı yuvalarının məhv edilməsi üçün keçiriləcək quru əməliyyatlarına hava qüvvələri də dəstək verəcək.   Ömər Dağlı Devamı

06 08 2015

DÜNYANI DƏYİŞDİRƏN DÖYÜŞ: SƏDDAM 24 İL ƏVVƏL NƏ SÖYLƏMİŞDİ ?

DÜNYANI DƏYİŞDİRƏN DÖYÜŞ: SƏDDAM 24 İL ƏVVƏL NƏ SÖYLƏMİŞDİ ? |  görsel 1

İki gün əvvəl dünyanı dəyişdirən müharibənin başlanmasından 25 il keçdi.   Publika.az xəbər verir ki, Səddam Hüseynin dövlət başçısı olduğu İraq ordusu 1990-cı il avqustun 2-də Küveytə girdi.   İraq ordusu avqustun 4-də Küveytin işğalını başa çatdırdı. ABŞ və müttəfiqləri yeddi ay ərzində I Körfəz Müharibəsi ilə Küveyti Səddamın işğalından azad etdi. Ancaq bundan sonra yaşananlar yalnız bölgədə deyil, bütün dünyada geostrateji proseslərə istiqamət verdi.   Səddam Hüseyn 1991-ci ildə “Bu bütün döyüşlərin anası olacaq” deyərək tarixə keçmişdi.   Ekspertlər hesab edir ki, Küveyt işğalı sonradan bütün dünyada siyasi proseslərə təsir göstərəcək hadisələrin baş verməsinə gətirib çıxardı. Həmin hadisələr aşağıdakılardır:   1.ABŞ qəlbindən vuruldu. “Əl-Qaidə” terror təşkilatı Küveyti işğal edən Amerika əsgərlərinin bölgədə yerləşməsindən sonra döyüşü okeanın o tayına keçirəcəyini bildirmişdi. Təşkilat 11 sentyabr 2001-ci ildə qaçırdığı 4 təyyarə ilə Nyu-York şəhərindəki ticarət mərkəzi və Pentaqon kimi strateji hədəflərə kamikadze hücumları təşkil etdi. Hücumlarda 2996 nəfər öldü. Hücumların Yaxın Şərqə böyük təsiri oldu.   2.İlk qurban Əfqanıstan. 11 sentyabr hücumlarından sonra ABŞ-ın ilk hədəfi Əfqanıstan oldu. “Əl-Qaidə”nin Əfqanıstanda yerləşdiyini iddia edən ABŞ və İngiltərə Taliban rəhbərliyinə 7 oktyabr 2001-ci ildə müharibə elan etdi.   3.Səddam Hüseynin sonu. Səddam rejimini 11 sentyabr hücumlarını həyata keçirən “Əl-Qaidə”yə dəstək verməklə və kütləvi qırğın silahlarını istehsal etməklə ittiham edən ABŞ prezidenti oğul Corc Buş İraqı işğal etmək qərarına gəldi. İ... Devamı

06 08 2015

BÖYÜK MÜHARİBƏYƏ SAYILI GÜNLƏR QALDI: 200 ABŞ TƏYYARƏSİ TÜRKİYƏY

BÖYÜK MÜHARİBƏYƏ SAYILI GÜNLƏR QALDI: 200 ABŞ TƏYYARƏSİ TÜRKİYƏY |  görsel 1

Türkiyə və ABŞ arasında təxminən 10 ay davam edən və iyul ayında Türkiyə hökuməti tərəfindən son şəkil verilən razılaşma çərçivəsində konkret addımlar atılmağa başlanılıb.   Publika.az xəbər verir ki, ABŞ və Türkiyə ilk addım olaraq İŞİD terror təşkilatının Türkiyə sərhədlərindən uzaqlaşdırılması qərarına gəlib.   Bu, Suriyanın şimalında “təmizlənmiş bölgə”nin yaradılması anlamına gəlir. Təmizlənmiş bölgənin isə Suriyanın mülayim müxalifətinin nəzarətinə verilməsi  və koalisiya təyyarələrindən müxalifət gücləri üüçn “hava qalxanı”nın yaradılması planlaşdırılır. Artıq bu istiqamətdə ötən həftə ilk addımlar atılıb. Koalisiya təyyarələri Suriyanın Azez şəhərində “Əl-Nüsra” Cəbhəsi ilə qarşıdurmaya girən mülayim müxalifətə havadan dəstək verib. İŞİD-dən təmizlənmiş bölgəyə Türkiyəyə sığınan suriyalı qaçqınların yerləşdirilməsi də nəzərdə tutulur.   Əməliyyatda İncirlik bazasından istifadə üçün hazırlıqlar başlayıb. Bazadan artıq pilotsuz təyyarələr üçün istifadə etməyə başlanılsa da, bazadan hərtərəfli istifadə ABŞ hərbi hava qüvvələrinin Türkiyəyə gəlməsindən sonra mümkün olacaq. Məlumata görə, bu həftə 200-dən çox ABŞ hərbi təyyarəsinin İncirlik bazasına gəlməsi gözlənilir. ABŞ hərbi qüvvələri və hərbi təchizatın İncirliyə gətirilməsindən dərhal sonra “İŞİD-dən təmizlənilmiş bölgə”nin yaradılması üçün əməliyyatlar başlayacaq. İngiltərə və Fransanın da aralarında olduğu koalisiya ölkələri əməliyyatlara dəstək verəcək.   ABŞ Müdafiə Nazirliyi (Pentaqon) tərəfindən verilən açıqlamaya görə, ilk silahlı pilotsuz təyyarələr İncirlik bazasından qalxıb. Pentaqonun sözçüsü Jeff Devis silahlı pilotsuz təyyarələr... Devamı

06 08 2015

STRATEJİ TARAZLIQ POZULDU: 10 İL SONRASI ÜÇÜN HAZIRLANAN

STRATEJİ TARAZLIQ POZULDU: 10 İL SONRASI ÜÇÜN HAZIRLANAN   |  görsel 1

Türkiyə 10 il sonrakı tarix üçün hazırladığı “B planı"nı iyulun 20-də 32 nəfərin ölümü, 100-dən artıq insanın yaralanması ilə nəticələnən Suruç terrorundan sonra işə salıb.   Publika.az xəbər verir ki, “Yeni Şafak” qəzeti bu planın detallarını açıqlayıb.   Bu gün Türkiyənin PKK və İŞİD-ə qarşı hücumlarını “həll müddəti” prosesinin dağılması kimi qələmə verir və bunu kürdlərə qarşı müharibə olaraq təqdim edirlər. Lakin bunu iddia edənlər də yaxşı bilir ki, Türkiyə beynəlxalq və regional güc olmaq uğuruna gedən savaşda məğlub olmaq istəmir. Bunu müstəqillik mübarizəsi də adlandırmaq olar. Terror təşkilatlarına qarşı aparılan əməliyyatlar əslində İrana və onun arxasındakı güclərin “yeni coğrafiyamızdakı” dizaynına qarşı göstərilən reaksiyadır.   Tehran bu gün imperialist Qərbin ona biçdiyi missiya ilə hərəkət edir. Avrasiya layihəsində vaxtilə “İslam inqilabı” adı altında Sovet Rusiyasına qarşı istifadə olunan şiə İranı kartı, hazırda ABŞ-ın İslam dünyasını idarəçilikdə saxlaması məqsədilə istifadə olunur. İraq-İran müharibəsi, şiə və sünni qarşıdurmasının inşa olunmasında İran amili əsas paya sahib olub. Bu strateji plan Körfəz ölkələri xaricindəki İslam coğrafiyasına da təsir edib. Misal üçün, 1947-ci ildən 1977-ci ilə qədər Pakistanda şiə-sünni münasibətləri normal idi. İranda islam inqilabından sonra Pakistanda şiə-sünni ayrı-seçkiliyi güclənməyə başladı və şiələr 1980-ci ildə güclənməyə başladı. Halbuki, Pakistanın qurucusu Əli Cinnah şiə idi. 1971-ci ildən 1977-ci ilə qədər baş nazir olan Əli Butto da şiə məzhəbindən idi.      Məqalədə deyilir ki, İran məzhəbçi missiyası ilə hərəkət etdiyi üçün Çin də daxil olm... Devamı

06 08 2015

70 İLİN PLANI: “NƏ TÜRKİYƏ, BİZ TÜRKLƏRİ ASİYAYA QOVACAĞIQ”

70 İLİN PLANI: “NƏ TÜRKİYƏ, BİZ TÜRKLƏRİ ASİYAYA QOVACAĞIQ” |  görsel 1

İkinci Dünya Müharibəsində “böyük üçlüyün” üçüncü və sonuncu görüşü – Potsdam konfransının (17 iyul-2 avqust 1945) 70 illiyinə həsr edilmişdi.   Bundan əvvəlki iki görüşdən - Tehran (1943), Yalta (1945) konfranslarından fərqli olaraq Potsdam konfransında Qərbi nə Franklin Ruzvelt, nə də Vinston Çörçil təmsil edirdilər.   ABŞ prezidenti 1945-ci ilin aprelində vəfat etmişdi. Onun əvəzinə Potsdama vitse-prezident Harri Truman gəlmişdi. Britaniyanın baş naziri Çörçil iyulun 26-da parlament seçkisində məğlub olmuşdu.   Stalinin təəccübü   Çörçili Potsdamda leyboristlərin lideri Klement Attlee əvəz edirdi. Bəzi nümayəndə heyəti üzvlərinin xatirələrinə görə bu, Stalin üçün tamamilə gözlənilməz idi. O heç cür başa düşə bilmirdi ki, britaniyalılar tarixi qələbə qazanmış bir adamın üstündən necə xətt çəkə biliblər.   Görünür bu, elə Çörçilin özü üçün də gözlənilməz olmuşdu. Beləki o, demək olar seçki kampaniyası aparmamış və öz alternativsizliyinə inanmışdı. O, ictimaiyyət qarşısında ara-sıra görünər, barmaqları ilə “V” – victory (qələbə) işarəsi göstərməklə kifayətlənərmiş. Əvəzində Attlee şəxsi avtomobilində ölkə boyunca gəzmiş və “xalqla pablarda ünsiyyət qurmuşdu”. Üstəlik, sükan arxasında onun xanımı olmuşdu.   Berlin üzərində “zövqlü iş”   Yeni partnyorlarla Berlin təəssüratlarını bölüşən Stalin demişdi: “Hiss olunur ki, bizim qoşunlarımız Berlin üzərində zövqlə işləyiblər. Ordan keçəndə yalnız beş-on salamat bina görd&uu... Devamı