05 07 2013

Bu ölkələrdə 21 saat oruc tutulacaq

Bu ölkələrdə 21 saat oruc tutulacaq |  görsel 1

 

Skandinaviya ölkələrində yaşayan müsəlmanlar sutkada sadəcə 2-3 saat qida qəbul edə biləcəklər.

Bu il Ramazan ayında ən uzun orucu bəyaz gecələrin olduğu Skandinaviya ölkələrində yaşayan müsəlmanlar tutacaq. Türkiyənin rəsmi din qurumu olan “Diyanət”in təqviminə görə, bu ölkələrin sakinləri 21-22 saat oruc tutacaqlar. Təqvimə görə, İslandiyanın Reykyavik, İsveçin Kiruna və Norveçin Trömse şəhərində yaşayan müsəlmanlar Ramazan ayının ilk günündə 22 saat oruc tutacaq. Stokholm, Oslo, Kopenhagen və Helsinkidə yaşayan müsəlmanlar isə sutkanın 21 saatını oruclu keçirəcəklər.

Mütəxəssislər hesab edir ki, bu ölkələrdə hava sərin keçdiyindən burada yaşayan müsəlmanlar oruc tutarkən çox da çətinlik çəkməyəcəklər. Yerli sinoptiklər bu ölkələrdə havanın temperaturunun 15 – 18 dərəcə olacağını və tez-tez yağış yağacağını proqnozlaşdırır.

Bu ölkələrdə yaşayan müsəlmanların ən böyük problemi iftar ziyafətlərinə gedə bilməməkdir. Çünki iftardan sonra bir neçə saat ərzində obaş vaxtı çatır ki, müsəlmanlar gecə namazlarını qılaraq yeməyi öz evlərində yeməyə çalışır.

Qeyd edək ki, Ramazan ayının ilk günündə Bakı sakinləri 16 saat 40 dəqiqə oruc tutacaqlar. Bu müddət günlərin qısalması ilə ay arzində yarım saata qədər azalacaq.

Şirəli Məmmədov

0
0
0
Yorum Yaz