06 08 2015

STRATEJİ TARAZLIQ POZULDU: 10 İL SONRASI ÜÇÜN HAZIRLANAN

STRATEJİ TARAZLIQ POZULDU: 10 İL SONRASI ÜÇÜN HAZIRLANAN   |  görsel 1

Türkiyə 10 il sonrakı tarix üçün hazırladığı “B planı"nı iyulun 20-də 32 nəfərin ölümü, 100-dən artıq insanın yaralanması ilə nəticələnən Suruç terrorundan sonra işə salıb.   Publika.az xəbər verir ki, “Yeni Şafak” qəzeti bu planın detallarını açıqlayıb.   Bu gün Türkiyənin PKK və İŞİD-ə qarşı hücumlarını “həll müddəti” prosesinin dağılması kimi qələmə verir və bunu kürdlərə qarşı müharibə olaraq təqdim edirlər. Lakin bunu iddia edənlər də yaxşı bilir ki, Türkiyə beynəlxalq və regional güc olmaq uğuruna gedən savaşda məğlub olmaq istəmir. Bunu müstəqillik mübarizəsi də adlandırmaq olar. Terror təşkilatlarına qarşı aparılan əməliyyatlar əslində İrana və onun arxasındakı güclərin “yeni coğrafiyamızdakı” dizaynına qarşı göstərilən reaksiyadır.   Tehran bu gün imperialist Qərbin ona biçdiyi missiya ilə hərəkət edir. Avrasiya layihəsində vaxtilə “İslam inqilabı” adı altında Sovet Rusiyasına qarşı istifadə olunan şiə İranı kartı, hazırda ABŞ-ın İslam dünyasını idarəçilikdə saxlaması məqsədilə istifadə olunur. İraq-İran müharibəsi, şiə və sünni qarşıdurmasının inşa olunmasında İran amili əsas paya sahib olub. Bu strateji plan Körfəz ölkələri xaricindəki İslam coğrafiyasına da təsir edib. Misal üçün, 1947-ci ildən 1977-ci ilə qədər Pakistanda şiə-sünni münasibətləri normal idi. İranda islam inqilabından sonra Pakistanda şiə-sünni ayrı-seçkiliyi güclənməyə başladı və şiələr 1980-ci ildə güclənməyə başladı. Halbuki, Pakistanın qurucusu Əli Cinnah şiə idi. 1971-ci ildən 1977-ci ilə qədər baş nazir olan Əli Butto da şiə məzhəbindən idi.      Məqalədə deyilir ki, İran məzhəbçi missiyası ilə hərəkət etdiyi üçün Çin də daxil olm... Devamı

06 08 2015

70 İLİN PLANI: “NƏ TÜRKİYƏ, BİZ TÜRKLƏRİ ASİYAYA QOVACAĞIQ”

70 İLİN PLANI: “NƏ TÜRKİYƏ, BİZ TÜRKLƏRİ ASİYAYA QOVACAĞIQ” |  görsel 1

İkinci Dünya Müharibəsində “böyük üçlüyün” üçüncü və sonuncu görüşü – Potsdam konfransının (17 iyul-2 avqust 1945) 70 illiyinə həsr edilmişdi.   Bundan əvvəlki iki görüşdən - Tehran (1943), Yalta (1945) konfranslarından fərqli olaraq Potsdam konfransında Qərbi nə Franklin Ruzvelt, nə də Vinston Çörçil təmsil edirdilər.   ABŞ prezidenti 1945-ci ilin aprelində vəfat etmişdi. Onun əvəzinə Potsdama vitse-prezident Harri Truman gəlmişdi. Britaniyanın baş naziri Çörçil iyulun 26-da parlament seçkisində məğlub olmuşdu.   Stalinin təəccübü   Çörçili Potsdamda leyboristlərin lideri Klement Attlee əvəz edirdi. Bəzi nümayəndə heyəti üzvlərinin xatirələrinə görə bu, Stalin üçün tamamilə gözlənilməz idi. O heç cür başa düşə bilmirdi ki, britaniyalılar tarixi qələbə qazanmış bir adamın üstündən necə xətt çəkə biliblər.   Görünür bu, elə Çörçilin özü üçün də gözlənilməz olmuşdu. Beləki o, demək olar seçki kampaniyası aparmamış və öz alternativsizliyinə inanmışdı. O, ictimaiyyət qarşısında ara-sıra görünər, barmaqları ilə “V” – victory (qələbə) işarəsi göstərməklə kifayətlənərmiş. Əvəzində Attlee şəxsi avtomobilində ölkə boyunca gəzmiş və “xalqla pablarda ünsiyyət qurmuşdu”. Üstəlik, sükan arxasında onun xanımı olmuşdu.   Berlin üzərində “zövqlü iş”   Yeni partnyorlarla Berlin təəssüratlarını bölüşən Stalin demişdi: “Hiss olunur ki, bizim qoşunlarımız Berlin üzərində zövqlə işləyiblər. Ordan keçəndə yalnız beş-on salamat bina görd&uu... Devamı

06 08 2015

İNGİLİSLƏRİN NEFT OYUNU: ERMƏNİ MİLYONÇU OSMANLINI NECƏ YIXDI ?

İNGİLİSLƏRİN NEFT OYUNU: ERMƏNİ MİLYONÇU OSMANLINI NECƏ YIXDI ? |  görsel 1

“Beijing University of Chemical Technology”nun professoru Vilyam Engdahl “Dərin tarix” jurnalının avqust nömrəsində maraqlı bir yazı ilə çıxış edib.   Publika.az xəbər verir ki, “İngilislərin neft oyunu Osmanlını necə yıxmışdı?” başlıqlı yazıda maraqlı detallara toxunulub.   1873-cü ildə İngiltərə tarixində “Böyük böhran” adlandırılan ciddi iqtisadi böhran baş verdi. 1896-cı ilə qədər davam edən böhran İngiltərənin dünya bazarında rəqabət qabiliyyətini azaltdı, dünyanın ən böyük iqtisadi gücü adını itirməyə başladı. Texnologiyadakı inqilab kömürdən neftə keçdi. 1890-cı illərdən sonra neft axtarışları İngiltərə üçün ən əhəmiyyətli məsələyə çevrildi. Neft üzərindəki qlobal döyüş günbəgün yaxınlaşırdı.   Bu illərdə Osmanlı sultanı II Əbdülhəmid almanların ölkəsinə olan marağını cavabsız qoymadı və ingilislərin neft oyununa almanlarla cavab vermək istədi. Bağdada çəkiləcək dəmir yolu xətti buna görə də əhəmiyyət qazanmağa başladı. Dəmir yolunu çəkəcək ölkə neft axtarışlarında da imtiyaz əldə edəcəkdi. Almanlar bu imtiyazı əldə edərək qalib kimi göründülər.   1909-cu ildə londonlu bankir Ernest Kassel tərəfindən Türkiyə Milli Bankı qurulur. Kasselin ortaqlarından biri isə erməni əslli milyonçu Kalust Gülbenkyan adında sirli bir adam idi. Türkiyə Milli Bankında dövlət adına heç bir üzv yox idi. Bankın İdarə Heyətində London bankından Huqo Barinq, Dük Kramer və baronlar Asburton, Nortbrook və Revelston yer alırdı.   Bu dövrdə lord Kramer İngiltərə bankının da rəhbərliyində idi. İstanbuldakı bu elit ingilis o zamanlar Türkiyə Neft Şirkətini (Turkish Petroleum) qurur. İngilislərin Türkiyə Milli Bankındakı ortaqlarından ... Devamı

02 06 2015

DOST HƏDİYYƏSİ...

DOST HƏDİYYƏSİ... |  görsel 1

http://www.irshadtv.com/on11.shtml http://www.irshadtv.com/vtn4.shtml http://www.irshadtv.com/index.shtml Devamı

27 04 2015

TÜRKİYƏNİ SIXIŞDIRA BİLMƏZSİNİZ...

TÜRKİYƏNİ SIXIŞDIRA BİLMƏZSİNİZ... |  görsel 1

Səlcuq Akbaba: Əgər Türkiyə “soyqırım” edibsə, onda Almaniya da “erməni soyqırımına” sərikdir.     Erməni diasporası və Avropa dövlətləri Türkiyəni sıxışdırmaq, gözü kölgəli etmək üçün uydurulmuş, hec bir ciddi bir sənədlə, fakla sübut edilməyən qondarma “erməni soyqırımı”nın tanıdılması siyasətini davam etdirməkdədir. Almaniya prezideti İoaxim Qaukun qondarma “ erməni” soyqırımını tanıması əslində elə Almaniyanın özünü ittiham etməkdir. Bu barədə Ankardan, Türkiyə Qarapapaq Türkləri Dərnəyinin (TQTD) Sədr müavini Səlcuk Akbaba mətbuata açıqlama verib. Səlcuk Akbaba deyib ki, Əgər Osmanlı İmperiyası 1915-ci ildə ermənilərin soyqırımını həyata keçiribsə, o zaman Almaniya bu məsələdə 50 faiz şərikdir. Türkiyə Osmanlı İmperiyasının hüquqi varisi, Almaniya isə Kayzer Almaniyasının hüquqi varisidir. Hərbi əməliyyatlr zamanı Orta və Şərqi Anadoluda daxili təhlükəsizliyi təmin etmək üçün erməni əhalisinin köçürülməsi və erməni quldur dəstələrinin neytrallaşdırılmasını məhz o zaman Osmanlı Baş Qərargahı Almaniya Baş Qəraragahı ilə razılaşdırıb. Bir neçə ordu korpusunun komandanı isə Kayzer Almaniyasının generalları olub. Hətta Almanların kəşfiyyat məlumatlarından da istifədə edilib. Biz indi arxivlərdən bəzi sənədləri çıxarırıq və ictimayyətət açıqlayacağıq. Belə çıxır ki, o zaman Orta Andolu və Şərqi Anadoluda erməni əhalisinin köçürülməsi zamanı nəzarəti həyata kemirən xüsusi təyinatlı hərbi qrupların komandirləri alman zabitləri olub. Erməni əhalisinin göçürülməsində alaman generalları və əsgərləri iştirak edib. Əgər Almaniya prezidenti qondarma “erməni soyqırımını” taniyirsa, o zaman Almanıyanın da dinc əhaliyə divan tutulmasında günahı olduğunu qəb... Devamı

18 03 2015

Türkiyə Çanaqqala zəfərinin 100-cü ildönümünü qeyd edir

Türkiyə Çanaqqala zəfərinin 100-cü ildönümünü qeyd edir |  görsel 1

Türkiyədə Çanaqqala zəfərinin 100-cü ildönümünə həsr olunmuş rəsmi mərasimlər başlayıb. Bu gün səhər Çanaqqala şəhərinin Cümhuriyyət Meydanında keçirilən ilk mərasimdə müdafiə naziri İsmət Yılmaz Çanaqqala savaşlarının qəhrəmanı, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün abidəsi önünə çələng qoyub. Daha sonra 21 dəfə top atəşi açılıb, şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib, Dövlət Himni oxunub. Mərasimlər silsiləsi 19 mart stadionunda davam edəcək.  Qeyd edək ki, Çanaqqala savaşı I Dünya müharibəsi zamanı 1915-1916-cı illərdə Osmanlı İmperiyası ilə Antanta bloku üzrə müttəfiqlər arasında dənizdə və quruda baş verib. Müttəfiqlər Osmanlı İmperiyasını paytaxtı İstanbulu ələ keçirərək İstanbul və Çanaqqala (Bosfor və Dardanel) boğazlarını nəzarət altına almağı qarşılarına məqsəd qoyublar. Mübarizə 1915-ci ilin yanvar-fevral aylarında taktiki gedişlərlə şiddətlənincə ingilislər Aralıq dənizi səfəri ordusunu, Osmanlının İttihad və Tərəqqi hökuməti isə alman komandan van Sandersin komandanlığında 5-ci ordunu qurmuşdu. Alman generalın ləng addımlarına qarşı çıxan 57-ci alay komandanı, polkovnik Mustafa Kamal təşəbbüsü öz üzərinə alaraq düşmənin 15 min nəfərlik ordusuna qarşı 5 min əsgərlə savaşa girmişdi. Əsgərlərinə “Sizə ölməyi əmr edirəm!” - deyən polkovnik Mustafa Kamal onların cəbhədən geri çəkilməsini əngəlləyərək süngüylə vuruşmağa təşviq etmişdi. İlk qələbənin qazanılmasından sonra Anafartalar qrupunun komandanlığına gətirilən Mustafa Kamal işğalçı orduların Gelibolu yarımadasından tamamilə təmizlənməsi üçün 259 gün mübarizə aparmışdı. Tarixin gedişatının dəyişdirməsi baxımından Çanaqqala savaşlarında türklərin qələbəsi XX əsrin ən ... Devamı

03 03 2015

DOĞRU YOL GÖSTƏRƏN...

DOĞRU YOL GÖSTƏRƏN... |  görsel 1

http://www.irshadtv.com/index.shtml " İRŞAD - Teleradio Verilişləri, Sənədli və Bədii Filmlər Kompaniyası " Məhdud Məsuliyyətli Cəmiyyəti müstəqil Azərbaycanın dövlət mənafeyinə, xalqına, ölkədən uzaqlarda yaşayan digər soydaşlarına və Azərbaycanı sevən dünya  xalqlarına xidmət edəcək. Onlara ictimai – siyasi, maarifləndirici, sosial, dini, elmi, iqtisadi verilişlər hazırlayıb təqdim edəcək. Eyni zamanda azərbaycanlıların dünyanın inkişaf etmiş xalqlarının səviyyəsinə çatdırılmasında yaxından iştirak edəcək. Dünya azərbaycanlılarının vətənpərvərlik hisslərinin yüksəldilməsində bacardığını əsirgəməyəcək. “ İRŞAD “ sözü Müqəddəs kitabımız  QURANdan götürülmüşdür. Mənası “ Doğru yol göstərən “ deməkdir. Rəhmətlik atam İrşad Məhəmməd oğlu Əliyev bu adı dünyasını dəyişənədək şərəflə daşımışdır.              http://www.irshadtv.com/index.shtml   Devamı

17 01 2015

PREZİDENTİN TÜRKİYƏ SƏFƏRİNİN İLGİNC PƏRDƏARXASI

PREZİDENTİN TÜRKİYƏ SƏFƏRİNİN İLGİNC PƏRDƏARXASI |  görsel 1

Saxta soyqırım yubileyinə ortaq türk zərbəsi; İlham Əliyevin Türkiyə səfəri ermənilərin uydurma genosid planlarına zərbə ilə yadda qaldı; Ərdoğan Çanakkala zəfərinin 100 illiyi törəninə Sərkisyanı da dəvət eləməklə, “24 aprel iddiası”na qarşı uğurlu 24 aprel gedişi etdi; Moskvadan isə İrəvana xəbərdarlıq mesajı gəldi...    Azərbaycan prezidenti İlham Əliyevin 2015-ci ildə xaricə ilk səfərini Türkiyəyə etməsi bir çox parametrlərinə görə özünü doğrultdu. Səfər ikitərəfli münasibətlərdəki bütün strateji sahələr, o cümlədən Qarabağ, erməni-türk məsələləri üzrə Bakı ilə Ankara arasında ciddi fikir ayrılığının olmadığının təsdiqi oldu, həmçinin bəzi nöqtəsiz “i”-lərin üzərinə nöqtə qoydu.   Ziyarətin uydurma “soyqırımın” 100 illiyi ərəfəsinə təsadüf eləməsi isə xüsusi önəm daşıyırdı. Prezidentlərin bu mövzuya məxsusi yer ayırması da təbiidir. Aparılan müzakirələrin Azərbaycanı qane eləməsini İlham Əliyevin birgə mətbuat konfransında söylədiyi fikirlərdən görmək olar. Sitat: “Bu il Türkiyədə tez-tez olacağam. Aprelin 24-ü biz Çanakkala zəfərini birgə qeyd edəcəyik. Bu tarixin seçilməsinə görə özümün və Azərbaycan xalqı adından sizə minnətdaram”.   Yeri gəlmişkən, uydurma iddianın 100 illiyi yaxınlaşdıqca Türkiyə hücum diplomatiyasını gücləndirməkdədir. Bunu həm də prezident Rəcəb Tayyib Ərdoğanın Ermənistan prezidenti Serj Sərkisyana Türkiyəni ziyarət eləmək üçün rəsmi dəvət yollamasından görmək olar. Dəvət Çanakkala zəfərinin 100 illiyi törənlərinə qatılmaqla bağlıdır.    O da bəlli olub ki, Türkiyə Çanakkala döyüşünün 100 illiyi ilə əlaqədar aprelin 23-24-də böyük tədbirlər planlaşdır... Devamı

14 01 2015

ƏRDOĞANI 16 TÜRK DÖVLƏTİNİN ƏSGƏRLƏRİ MÜŞAYİƏT EDƏCƏK

ƏRDOĞANI 16 TÜRK DÖVLƏTİNİN ƏSGƏRLƏRİ MÜŞAYİƏT EDƏCƏK |  görsel 1

Türkiyə prezidentinin rəsmi iqamətgahında ilkə imza atılıb.   ANS PRESS-in məlumatına görə, bundan sonra əcnəbi qonaqlar tarixdəki 16 türk dövlətinə aid əsgərlərə aid paltarları geyinmiş şəxslərin müşayiəti ilə qarşılanacaq. Artıq bu istiqamətdə ilk addım atılıb və prezident Rəcəb Tayyib Ərdoğan Fələstinin dövlət başçısı Mahmud Abbası belə bir mərasimlə qarşılayıb.    Qeyd edək ki, bu geyim Türkiyə ilə yanaşı bütün dünyada da müzakirələrə səbəb olub. Hətta İngiltərədə nəşr olunan “Guardian” qəzeti bu tədbiri sirk ilə müqayisə edib. Yerli mətbu orqanlar isə “Guardian”ı İngiltərənin ali məhkəmələrindəki hakimlərin pariklərinə baxmağa dəvət edib.    Prezident adiminstrasiyası bu barədə verdiyi açıqlamada, tarixdəki 16 türk dövlətinə aid hərbi geyimlilərin müşayiəti ilə keçirilən tədbirlərin davam edəcəyini bildirib.    Bildirilir ki, pilləkənin sağ tərəfində dayanan 1 Qaraxanlı, 2 Qızıl Orda, 3 Qəznəli, 4 Xarəzmşah, 5 Avar xanlığı, 6 Uyğur xanlığı, 7 Xəzər xaqanlığı və 8 Babür imperatorluğunu təmsil edir.    Sol tərəfdə isə, 9 Böyük Hun, 10 Qərbi Hun, 11 Avropa Hun, 12 Ağhun, 13 Səlcuqlu, 14 Timur, 15 Göytürk xaqanlığı və 16 Osmanlı imperatorluqlarını təmsil edir.  Devamı

13 01 2015

DOSTLARA YENİ İL HƏDİYYƏSİ...

DOSTLARA YENİ İL HƏDİYYƏSİ... |  görsel 1

DOSTLARA YENİ İL HƏDİYYƏSİ... AŞAĞIDAKI SAYTLARA DAXİL OLUB ORADAKI REKLAMLARI TIQLASANIZ - KLİK ETSƏNİZ VƏ HƏMİN REKLAM SAYTLARINA ÜZV YAZILSANIZ EVİNİZDƏ OTURUB BİR NEÇƏ SAAT VAXTINIZI SƏRF ETMƏKLƏ PUL QAZANA BİLƏRSİNİZ.   MARAQLI NƏ ISTƏYIRSINIZSƏ BURADA : ------- http://www.realazerbaijanadilile.blogcu.com http://www.adilirshadoglu.blogcu.com http://www.realistadilaz.blogcu.com http://www.realistadil.blogspot.com http://crossingthefreeline.com/omega/ind3x.html ------- Devamı

03 01 2015

Andressa Soares - Mulher Melancia - Eliana - SB...

Andressa Soares - Mulher Melancia - Eliana - SB... ...Kaynak : realistadilaz.blogcu.com Devamı

03 01 2015

2015-Cİ İLDƏ BÜRCLƏR NƏ VƏD EDİR ?

2015-Cİ İLDƏ BÜRCLƏR NƏ VƏD EDİR ? |  görsel 1

2015-ci il - qoyun ilində bizi nə gözləyir?    QOÇ İlk öncə qeyd edək ki, yanvarın ikinci yarısından başlayaraq fəaliyyət zəminində yeni və perspektivli məqamlarla rastlaşacaqsınız. Təxminən dörd ay davam edən bu proses gələcək karyeranız üçün xüsusi önəm daşıyacaq. Ola bilsin ki, hazırkı iş yerini də dəyişəsiniz. Amma bununla heç nə itirməyəcəyinizi nəzərə alıb, narahat olmayın. Hər halda, yenisi köhnədən yaxşı olacaq. Bu il vəzifə pilləsində yüksəlmə ehtimalınız da böyükdür. Aprel və may aylarında deyilən istiqamətdə gücünüzü sınayın. 2015-ci ildə daxili sabitliyinizi qorumaq, qarşıya qoyulan işlərin icrasında məsuliyyət hissinizi artırmaq, riskli pul sövdələşmələrindən uzaq olmaq ən başlıca vəzifənizə çevrilməlidir. Nəzərə alın ki, Keçi sizə yeni və sadiq dostlar yetirəcək. Bu isə prinsip etibarilə işlərinizi daha da sürətləndirəcək. Ətrafınızda baş verən hər bir situasiyaya aydın baxışla nəzər salın. Bu il qohum və doğmalarınızla aranızda yaranmış soyuqluq tədricən azalmağa başlayacaq. Kin-kidurəti bir tərəfə atıb qarşı tərəfə güzəşt edin, hətta günahkar olsalar da. Axı Tanrı da bağışlayanları sevir. Sevgi demişkən, 2015-ci il sizin üçün toy-nişanla zəngin keçəcək. Amma subaylar uğurlu məhəbbətlə az rastlaşacaqlar. Maliyyə məsələlərinə gəlincə, ulduzlar fevral-may və oktyabr-dekabr aralığından istifadə etməyi məsləhət görür. Əsəblərinizi qoruya bilsəniz, il ərzində yalnız daxili orqanlarınızda xırda nasazlıqlar müşahidə olunacaq.   BUĞA Keçi öz gəlişi ilə həyata və insanlara baxışlarınızda köklü dəyişikliklər edəcək. Fikirlərinizdə baş qaldıran bu yenidənqurma həyatın əksər sahələrində hər şeyi sıfırdan başlamağa zəmin yaradacaq. Fevral-mart aylarında qarşılıqlı münasibətlər zəminində ciddi seçim ... Devamı

01 01 2015

YENİ İLİNİZ MÜBARƏK !

YENİ İLİNİZ MÜBARƏK ! |  görsel 1

ƏZİZ AZƏRBAYCAN XALQI, BÜTÜN AZƏRBAYCANLILAR, SEVİMLİ ÖLKƏMİN VƏTƏNDAŞLARI, HƏMKARLAR, DOSTLAR VƏ QOHUMLAR !  DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİ GÜNÜ VƏ YENİ İL MÜNASİBƏTİLƏ SİZİ TƏBRİK EDİRƏM. İŞİNİZDƏ UĞURLAR ARZULAYİRAM. HAMINIZIN BUNDAN SONRAKI BÜTÜN GÜNLƏRİ XOŞBƏXTLİKLƏ DOLU SƏHƏRLƏRLƏ AÇILSIN. AMİN, YA RƏBBİM. BAYRAMINIZ MÜBARƏK ! Sizə "Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" haqqında qısa məlumat verməyi borc bildim. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) dağılması zamanı qoyuldu. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. Bu vaxt İstanbulda türk dilli xalqların Konfransı keçirilirdi. Konfrans da dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunmasına qərar verdi. 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Beləliklə, bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayram edilir. Azərbaycanlılar bu gün ilə fəxr edir və onu qürurla qeyd edirlər. Dünya Azərbaycanlılarının Həmrəylik Günü - 31 dekabr Azərbaycan millətinin ümumdünya birlik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir. Azərbaycanlıların yaşadıqları, fəaliyyə... Devamı