08 06 2012

Komitə sədri: “Ermənistanı bizim torpaqlarımızda Rusiya formalaş

Komitə sədri: “Ermənistanı bizim torpaqlarımızda Rusiya formalaş |  görsel 1

Əli Həsənov: “Bu xalq torpaqlarını faşist ermənilərdən azad edəcək” 08 İyun 2012 10:38 “Qaçqın və məcburi köçkün övladları, o torpaqlarda anadan olmayan uşaqlar da o torpaqların həsrəti ilə yaşayırlar”. Lent.az-ın verdiyi məlumatına görə, bunu Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov söyləyib. Danimarka Qaçqınlar Şurası Beynəlxalq Humanitar Təşkilatı, Həyat Beynəlxalq Humanitar Təşkilatı və Azərbaycan Gənc Hüquqşünaslar Birliyinin məcburi köçkün uşaq komitələri və dövlət qurumları arasında əməkdaşlıq perspektivləri ilə bağlı konfransda çıxış edən Əli Həsənov deyib ki, erməni millətinin genində başqa dövlətlərin sərvətlərinə, torpağına göz dikmək var: “Köçəryanlar, Sərkisyanlar Azərbaycan dövlətini təxribatlarla qorxuda bilməz. Azərbaycan prezidenti səbir nümayiş etdirir, dünya ictimaiyyəti ilə hesablaşır. Ermənistan isə artıq təklənib, onu himayə edən dövlətlər, qüvvələr də yorulub. Ermənistanı bizim torpaqlarımızda çar Rusiyası, sonra da Sovet Rusiyası formalaşdırıb. Erməni lobbisi də artıq Ermənistan dövlətini saxlamaqdan yorulub”. Əli Həsənov bildirib ki, Azərbaycan dünyanın tələblərinə uyğun yaşayan bir dövlətdir: “Azərbaycan prezidenti mütləq bu problemin həllinə nail olacaq. Ölkəmizdə qalan yeganə problem budur. Azərbaycan iqtisadiyyatı inkişaf edir, mədəniyyət sahəsində uğurlarımız ortadadır. İqtisadiyyatın neftdən asılılığı azaldılır. Yaxın illərdə Azərbaycanda bir yoxsul insan qalmayacaq. Bu xalq torpaqlarını faşist ermənilərdən azad edəcək, o torpaqlarımıza qayıdacağıq. Ona görə də bu gün qaçqın uşaqların fikirləri öyrənilir, bununla bağlı konfranslar, layihələr keçirilir”. Ramiz   ... Devamı

08 06 2012

Türkiyədə terrorçulara yardım edən bələdiyyə sədrləri həbs olunu

Türkiyədə terrorçulara yardım edən bələdiyyə sədrləri həbs olunu |  görsel 1

Türkiyədə PKK terrorçularına dəstək verən daxili qüvvələrə qarşı əməliyyatlar davam etdirilir. 07 İyun 2012 17:28 Lent.az-ın “habertürk”ə istinadən verdiyi məlumata görə, terror təşkilatının şəhər özəklərini birləşdirən KCK-ya qarşı son əməliyyatlarda aralarında Van vilayətinin bələdiyyə sədri Bəkir Kaya da olmaqla 6 vəzifəli şəxs həbs olunub. Bu gün səhər saatlarında başlayan əməliyyat nəticəsində Vanın bələdiyyə sədrindən başqa Vanın Beşkale, Muradiye, Özalp rayonlarının bələdiyyə rəhbərləri də saxlanılıb. Eyni zamanda onların rəhbərlik etdikləri təşkilatların binalarında da axtarışlar aparılıb, xeyli maddi sübut götürülüb. Qeyd edək ki, saxlanılanların hamısı kürdlərin təşkil etdiyi BDP-nin (Barış və Demokratiya Partiyası) üzvüdür. Devamı

08 06 2012

AZƏRBAYCANLA TÜRKİYƏ ARASINDA “GENERAL TRAFİKİ” 2012-06-07

AZƏRBAYCANLA TÜRKİYƏ ARASINDA “GENERAL TRAFİKİ”     2012-06-07 |  görsel 1

Elxan Şahinoğlu: “Türkiyəli generalın Bakıdakı açıqlaması İrana mesajdır” Türkiyə Quru Qoşunlarının komandanı, ordu generalı Hayri Kıvrıkoğlunun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana gəlib. Azərbaycanın müdafiə nazirinin dəvəti ilə baş tutan səfər iyunun 8-dək davam edəcək. H.Kıvrıkoğlunun başçılıq etdiyi heyəti müdafiə naziri, dövlət və hökumət rəsmiləri ilə görüşləri planlaşdırılır. Görüşlərdə Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında əməkdaşlığın perspektivləri müzakirə olunacaq. Bir həftədən sonra isə Azərbaycana başqa bir türkiyəli komutan - Jandarma Baş Komandanı, ordu generalı Bəkir Kalyoncu gələcək. İyunun 10-dan 13-dək davam edəcək səfər zamanı general Azərbaycanın hərbi qurumlarının rəhbərləri, dövlət və hökumət rəsmiləri ilə görüşəcək. Azərbaycanın daxili işlər naziri Ramil Usubov da hazırda Türkiyədə rəsmi səfərdədir. O, Türkiyədə həmkarı İdris Naim Şahin və digər dövlət rəsmiləri ilə bir araya gəlib. Türkiyə generallarının bir-birinin ardınca Azərbaycana gəlməsi, Azərbaycanda daxili təhlükəsizliyə cavabdeh nazirin 10 ildən sonra Ankaraya getməsi tarixlərinin üst-üstə düşməsi təsadüfi ola bilməz. Redaksiyamıza çatan məlumatlara görə, generalların səfərləri heç də təsadüfi deyil. Türkiyə ordusu rəhbərliyinin Azərbaycana səfəri İran-Azərbaycan münasibətlərində yaranmış gərginliklə əlaqədardır. Məlumatlı dairələrdən gələn xəbərlərə görə, qardaş dövləti təmsil edən hərbi məmurların Bakıya səfərləri və burada keçirdikləri görüşlər gərginləşməkdə olan İran-Azərbaycan münasibətləri kontekstində ölkəmizə dəstək vermək məqsədi daşıyır. Ötən gün modern.az saytı “EurasiaNet”ə istinadən ABŞ Dövlət Departamentinin Azərbaycana kəşfiyyat-izləmə aparatlarını almaq &uum... Devamı

08 06 2012

AZƏRBAYCAN-ERMƏNİSTAN CƏBHƏ XƏTTİNDƏ TOQQUŞMALAR SƏNGİMİR 20

AZƏRBAYCAN-ERMƏNİSTAN CƏBHƏ XƏTTİNDƏ TOQQUŞMALAR SƏNGİMİR     20 |  görsel 1

Silahlı Qüvvələrin Baş qərargahı: “10 günə torpaqları geri alıb İran və Ermənistanla dövlət sərhədlərinə çıxarıq” Serj Sərkisyan Yaponiyadan təhdidkar bəyanat verdi, beynəlxalq ekspertlər müharibənin başlamasını real sayırlar Azərbaycan və Ermənistan qoşunlarının təmas xətti boyu iyunun 4-dən etibarən hər iki tərəfdən itkilərlə müşayiət olunan toqquşmalar səngimir. İşğalçı qüvvələrin komandanlığının yaydığı xəbərlərə görə, iyunun 6-da təmas xəttinin cənub istiqamətində erməni qüvvələrinin mövqelərinə “diversiya həmləsi” edilib. İddiada deyilir ki, Azərbaycan mövqelərindən edilən hücumun dəf edilməsi zamanı erməni qüvvələrinin bir çavuşu öldürülüb, iki əsgəri ağır yaralanıb. Azərbaycan Müdafiə Nazirliyi bu iddianı təsdiq etmir, ancaq bildirir ki, bütün təmas xətti boyu Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozması halları artaraq davam etməkdədir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, atışmalar intensiv xarakter alıb və daha çox Qazax, Füzuli, Gədəbəy, Tovuz, Tərtər, Ağdam, Goranboy, Xocavənd, Cəbrayıl, Ağstafa istiqamətlərində qeydə alınıb. Azərbaycan tərəfinin heç bir itkisi və yaralısı olmayıb. Düşmən cavab atəşi ilə susdurulub. *** Xatırladaq ki, təmas xəttində vəziyyətin kritik şəkildə gərginləşməsi ABŞ dövlət katibi Hillari Klintonun Cənubi Qafqaz regionuna səfəri ilə eyni vaxta təsadüf edib. Analitiklər bu gərginliyin arxasında Rusiyanın Ermənistan vasitəsilə ABŞ-ın Qarabağ münaqişəsinə və ümumiyyətlə, regiona dair hər hansı təşəbbüsünü baltalamaq niyyətinin dayandığını təxmin edir. H.Klintonun regiona gəlişindən sonra elan edilib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri münaqişə ətrafında yaranmış böhranlı vəziyyəti müzakirə etmək üçün iyunun 1... Devamı

06 06 2012

İran Türkün olub, Türkün olacaq - Şeyir

İran Türkün olub, Türkün olacaq - Şeyir |  görsel 1

Azərbaycanı “Aran” adlandıraraq İranın bir parçası kimi təqdim edən İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinə Heydər Oğuz ------------------ Mənə Aranlısan deyən general, Doğdu cavab haqqım, cavabını al, Gün gələr, çin çıxar qurduğun xəyal, Sənə ağır olar, qorxuram ancaq. İran Türkün olub, Türkün olacaq. * * * Sən dünən çıxıbsan köhnə əbamdan, Mənə xox gəlirsən doğma obamdan? İran miras qalıb ulu babamdan. Xətai sancıbdır o yurda sancaq İran Türkün olub, Türkün olacaq. * * * Bir vaxt söz deməzdin sözüm üstünə, Yoxsa kor olardın özün tüstünə. Mən sənin dilini gözüm üstünə Qaldırıb açmışdım qardaşa qucaq. Sən mənim dilimi xor gördün ancaq. * * * Sən zülmə qərq etdin İran elini, Cəhlin dili etdin doğma dilini. İndi uzadırsan mənə əlini? O əl öz saçını dönüb yolacaq. İran Türkün olub Türkün olacaq. * * * Yorulub dövr etdim sənə növbəni. Sən isə geyinib qara cübbəni, Yağıya buraxdın Məkkə, Kəbəni. Mənimmi yurdumda olubsan qoçaq? İran Türkün olub Türkün olacaq. * * * Yoxsa yorğun Türkü sanaraq ölü, Yerinə qoymursan nöqtə, vergülü. Qalxib ələyəndə başına külü Sənə dar gələcək girdiyin bucaq. İran Türkün olub, Türkün olacaq. * * * Yəqin utudubsan Alp Ər Tonqanı, Məhəmməd Qacarı, Səlcuq sultanı. O Uzun Həsəni, o Qazan xanı Darıxma, yadına biri salacaq. İran Türkün olub, Türkün olacaq. * * * Bəli, Böyük İran Arandan keçir. İrəvandan keçir, Muğandan keçir. Turana gedən yol İrandan keçir. İransız qurulmaz bu ŞANLI OCAQ, İran Türkün olub, Türkü... Devamı

06 06 2012

AMERİKALI ANALİTİKLƏR QARABAĞ MÜNAQİŞƏSİNİ TƏHLİL ETDİLƏR 20

AMERİKALI ANALİTİKLƏR QARABAĞ MÜNAQİŞƏSİNİ TƏHLİL ETDİLƏR     20 |  görsel 1

Dondurulmuş münaqişə qaynar münaqişəyə çevrilə bilərmi? –ABŞ-ın Cənubi Qafqaz üzrə ən yaxşı analitiklərinin iyunun 5-də Vaşinqtonda Vudro Vilson Mərkəzində apardıqları müzakirələrin mövzusu belə olub. Müzakirə iştirakçıları atəşkəsin pozulması və Ermənistan-Azərbaycan sərhədində gərginliklə bağlı dərin narahatlıqlarını bildiriblər. Bu, son illərdə ən ciddi gərginlik idi, onun nəticəsində üç erməni və beş Azərbaycan əsgəri öldürülüb. Xarici siyasət üzrə Amerika Şurasının elmi əməkdaşı Ueyn Merri hesab edir ki, “sadəcə müharibə getmir, bu, həm də müsbət bir şey kimi qəbul olunur”. Minsk qrupu bunun qarşısını almaq iqtidarında deyil. “Vasitəçilər danışıqlar aparmır: Hər iki tərəf – Azərbaycan və Ermənistan onların işini əngəlləyir və vasitəçilikdə güc arbitrajına keçməyin vaxtı yetişib”, deyə Merri bildirib. Yeni münaqişə 1988-ci ildəkinin təkrarı olmayacaq, hərbi hazırlıqları nəzərə alsaq, bu, daha sürətli və ölümcül olacaq. Buna görə, gözlənildiyindən daha çox dağıntı olacaq. Yeni müharibə həmçinin regional oyunçuları – Azərbaycan üçün Türkiyəni və Ermənistan üçün Rusiyanı da cəlb edəcək. “Münaqişə yalnız bu regionla məhdudlaşmayacaq, yayılacaq”, deyə o əlavə edib. “Məsələni həll etmək üçün böyük qardaşın güclü əli lazımdır”, deyə, Merri Türkiyənin iştirakı olmadan Azərbaycanın bu addımı atmayacağını nəzərdə tutaraq qeyd edib. Müzakirələrin digər iştirakçısı, Karnegi Fondundan Tomas de Vaal deyib ki, hər il onlarca insan həlak olur, odur ki, bu, dondurulmuş münaqişə deyil. Bu yaxınlarda baş verən hadisələr bunu bir daha sübut etdi. Dünyanın müxtəlif liderləri uğursuz ol... Devamı

04 06 2012

Zirəddin Rzayev dünyanın sonu haqqında danışdı

Zirəddin Rzayev dünyanın sonu haqqında danışdı |  görsel 1

Rusiyada yaşayan və fəaliyyət göstərən azərbaycanlı öncəgörən Zirəddin Rzayev Rusiya mətbuatına bir neçə maraqlı açıqlamalar verib. Milli.Az Trend Life-a istinadən xəbər verir ki, baxıcı dünyanın sonu və onkologiya xəstəliyinin müalicəsi haqqında öncəgörənlik edib. Onun sözlərinə görə, biz dünyanın sonu barədə danışanda Allahın acığına gəlir. “Əgər biz dünyanın sonu barədə danışırıqsa, belə çıxır ki, biz dünyanın sonunu istəyirik?” - o, qeyd edib. O hesab edir ki, dünyanın sonu haqqında danışmaq günahdır və yalnız Allah dünyanın sonu haqqında bilir. Onkoloji xəstəliklərə gəlincə Z.Rzayev qeyd edib ki, bu xəstəliyin müalicəsi tezliklə mümkün olacaq. “Bu xəstəliyin dərmanı Türkiyədə tapılacaq”, - o, əlavə edib. Devamı

04 06 2012

Vikipedia ensiklopediyası Dağlıq Qarabağla bağlı dezinformasiyay

Vikipedia ensiklopediyası Dağlıq Qarabağla bağlı dezinformasiyay |  görsel 1

Day.Az saytının istifadəçiləri müxtəlif internet resurslarında Azərbaycanın ərazi bütövlüyü ilə bağlı buraxılmış səhvlərlə bağlı ictimaiyyəti məlumatlandırmaqda davam edirlər. Milli.Az xəbər verir ki, bu dəfə Day.Az saytının istifadəçilərindən biri saytın redaksiyasına məlumat verib ki, Vikipedia saytında Dağlıq Qarabağla bağlı dezinformasiyaya yol verilib. “Rusiya vətənddaşlarının viza almaları üçün tələblər” bölməsində yalnışlığıa yol verilib. Saytda Dağlıq Qarabağ “müstəqil dövlət” kimi qeyd olunur və bildirilir ki, Rusiya vətəndaşlarının bura gəlməsi üçün viza tələb olunmur. İnternet resurslarda bu cür dezinformasiyalarla qarşılaşan Rusiyanın turizm şirkətləri Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarını ziyarətin hüquqi əsasları barədə yalnış məlumat verirlər. Yuxarıda qeyd olunanaları nəzərə alaraq, öz oxucularımızdan xahiş edirik ki, “Vikipedia” saytına daxil olaraq ölkəmizin tarixi, coğrafiyası, adət-ənənələri və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı informasiyalarda düzəliş etsinlər. Vikipedia düzəliş etmək texniki cəhətdən mümkündür. Lakin Vikipediada bu cür düzəlişlər etmək üçün kifayət qədər təcrübə tələb olunur. Vikipediada artıq redaktələr etmiş insanlar üçün yuxarıda qeyd olunan informasiyaların redaktə edilməsi asandır. Devamı

04 06 2012

Əli Həsənovun dedikləri İranı silkələdi

Əli Həsənovun dedikləri İranı silkələdi |  görsel 1

“Hazırda İranda mövcud rejimdən narazı kütlənin ən çox izlədiyi video Ə. Həsənovun məlum çıxışıdır” Bir neçə gün əvvəl Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun İranla bağlı səsləndirdiyi fikirlər qonşu ölkədə böyük rezonans yaradıb. İranın nüfuzlu dairələrindən “Qafqazinfo”ya daxil olan məlumata görə, Ə. Həsənovun son vaxtlar rəsmi Tehranın rəsmi Bakının daxili işlərinə müdaxilə cəhdləri ilə bağlı verdiyi sərt açıqlamalar bu ölkənin həm dini, həm də siyasi rəhbərliyi ciddi reaksiyasına səbəb olub. Məlumata görə, Azərbaycanın hökumət rəsmisinin sonuncu çıxışında dedikləri isə İranda geniş əks-səda doğurub. Bu arada xatırladaq ki, Ə. Həsənov məlum çıxışında İranın bəzi ruhanilərinin son vaxtlar Azərbaycana qarşı tutduqları sərt mövqeni yolverilməz hesab edərək, “İranın bəzi dini liderlərinə “onların “sevgisi” də, ruhaniyyəti də saxtadır”-deyə müraciət etməsi dini dairələrdə narazılıq yaratsa da, əhalinin qeyri-mühafizəkar qismi tərəfindən rəğbətlə qarşılanıb. Artıq hazırda İranda mövcud rejimdən narazı kütlənin ən çox izlədiyi video Ə. Həsənovun məlum çıxışıdır. Videonu izləyin: Devamı

04 06 2012

Amerikalı konqresmen: “Azərbaycan ən vacib tərəfdaşlarımızdan bi

Amerikalı konqresmen: “Azərbaycan ən vacib tərəfdaşlarımızdan bi |  görsel 1

ABŞ-ın Arizona ştatının Vaşinqtondakı təmsilçisi, Nümayəndələr Palatasında Silahlı Xidmətlər və Ədliyyə Komitələrinin üzvü, respublikaçı konqresmen Trent Franks Azərbaycan-ABŞ diplomatik münasibətlərinin qurulmasının 20 illiyinə həsr edilən konfransda ölkəmizə bölgədə nümayiş etdirdiyi iradə və ABŞ-la əməkdaşlığa görə minnətdarlığını bildirib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, konfransın “Xəzər hövzəsinin enerji təhlükəsizliyi” devizi altına keçirilən sessiyasında çıxış edən T.Franks bildirib ki, son 20 il ərzində Azərbaycan ilə ABŞ arasında qurulan strateji tərəfdaşlıq böyük əhəmiyyətə malikdir: “ABŞ Konqresinin çoxsaylı üzvləri bölgədə Azərbaycanın göstərdiyi cəsarət və iradəni yüksək qiymətləndirirlər. Təbii ehtiyatların işlənilməsi və bir sıra mühüm məsələlərdə, o cümlədən beynəlxalq və enerji təhlükəsizliyi üzrə Birləşmiş Ştatlarla Azərbaycanın əməkdaşlığını önəmli hesab edirik”. Konqresmen vurğulayıb ki, Azərbaycan OPEC təchizatçılarına alternativ kimi ABŞ-ın milli maraqları üçün çox əhəmiyyətlidir: “Azərbaycanın neft-qaz kəmərlərini şaxələndirmək planları olduqca əhəmiyyətlidir. Çünki bununla Azərbaycan enerji təminatı mənasında təkcə ABŞ-ın təhlükəsizliyini deyil, bizim müttəfiqlərin də təhlükəsizliyini möhkəmləndirmiş olur. Ümid edirəm, bu planlar davamlı olaraq gerçəkləşəcəkdir. Xəzər hövzəsində enerji təhlükəsizliyi üzrə əməkdaşlıq münasibətlərimizin əsas istiqamətidir”. T.Franksın sözlərinə görə, bu gün ABŞ və Azərbaycanın birlikdə olması çox vacibdir. “Çünki illər sonra uşaqlarımız bu günün çətinlikləri ilə necə birgə mübarizə apardığımızla maraqlanacaqlar. Biz, elə bir dövrdə ya... Devamı

03 06 2012

"TEHRAN REJİMİNİN ÇÖKMƏSİ REGİONUN GEOSİYASƏTİNİ DƏYİŞƏCƏK"

TEHRAN REJİMİNİN ÇÖKMƏSİ REGİONUN GEOSİYASƏTİNİ DƏYİŞƏCƏK |  görsel 1

Son vaxtlar İran-Azərbaycan münasibətlərinin növbəti dəfə gərginləşməsi İrandaxili proseslərə siyasi baxış tələb edir. Milli baxışlarına görə İranda siyasi məhbus olmuş, hazırda uzun müddətdir ki, ABŞ-da mühacirətdə yaşayan Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri, Dünya Azərbaycanlıları Konqresi (DAK) Məşvərət Məclisinin (MM) sədri, doktor Mahmudəli (Çağrı) Çöhrəqanlı “Contact.az”a müsahibəsində təkcə İran-Azərbaycan münasibətlərinə deyil, bölgədə və dünyada baş verən proseslərə dair açıqlama verib. İran-Azərbaycan münasibətlərinin perspektivini necə görürsünüz? -İran rejiminin Azərbaycanla ilgili əsl niyyətini bildiyimiz üçün deyirik ki, Azərbaycan və İran münasibətləri gərginləşməyə doğru gedəcək. Səbəbləri də aşağıdakılardır: İran həqiqətdə Azərbaycanı müstəqil dövlət kimi tanımır. Azərbaycan Respublikasını qeyri-rəsmi kanallar vasitəsilə də olsa “Quzey İran” sayır. Rəsmi Tehranla bağlı qüvvələr “Quzey İran” adlı qəzet nəşr edir. İranın “Səhər TV” telekanalının siyasi etikadan kənar fəaliyyəti, vilayəti-fəqihə bağlı ayətullahlar vasitəsilə Azərbaycan dövlətçiliyinə qarşı fətvalar rəsmi Tehranın Azərbaycanın haqlarına və daxili işlərinə müdaxilədir. İranda hakim fars-molla rejiminin doktrinasına görə, Azərbaycanın inkişafı İranın zəifləməsi və nəhayət, dağılması deməkdir. Əksinə, hər baxımdan Azərbaycanın geridə qalması İran rejiminə rahatçılıq və həyat deməkdir. Güney Azərbaycanda yaşayan 35 milyon soydaşımız qonşuluğunda mütərəqqi, çağdaş və güclü Azərbaycan görsə, heç zaman faşist fars-molla rejiminin hakimiyyəti altında yaşamağa razı olmayacaq. Nəhayət, İrandan ayrılaraq bütöv Azərbaycanı qurmağa sarı yürüyəcəklər. Fikrimcə, Azərbaycan və İran antaq... Devamı

10 04 2012

Advertisement of the most Magnificent hotel in the world

Advertisement of the most Magnificent hotel in the world Hotel Mardan Palace video by Yigal Pesahov Fulfillment Studio Ltd - YouTube Devamı

09 04 2012

Arif Babayev - Professor. Xalq artisti. Milli Konnservatoriyanın

Arif Babayev - Professor. Xalq artisti. Milli Konnservatoriyanın |  görsel 1

Arif İmran oğlu Babayev mart ayının 20-si 1938-ci ildə Ağdam şəhəri yaxınlığındakı Sarıhacılı kəndində anadan olmuşdur. Xanəndə, xalq artisti (1988), professor (1996), “Şöhrət” (1998) və “İstiqlal” (2008) ordenlərinə layiq görülmüşdür. Arif Babayev XX əsrin ikinci yarısında Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndələrindən biridir. O, Seyid Şuşinski, Xan Şuşinski, Zülfi Adıgözəlov kimi sənətkarların ənənələrinə əsaslanaraq, özünəməxsus ifaçılıq üslubu yaratmışdır. 1960-cı ildən başlayaraq Arif Babayevin yaradıcılıq yolu Bakı şəhəri ilə bağlı olmuşdudur. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil almışdır. Əvvəl Azərbaycan Dövlət Filarmoniyasına, sonar isə Azərbaycan Dövlət opera və Balet Teatrına solist kimi dəvət olunan Arif Babayev bu teatrın səhnəsində muğam operalarında Məcnun, Kərəm (Ü.Hacıbəyov-“Leyli-Məcnun”, “Əsli və Kərəm “), Aşıq Qərib (Z.Hacıbəyov-“Aşıq Qərib”), Camal (Ş.Axundova-“Gəlin qayası”) kimi yaddaqalan obrazlar yaratmışdır. Arif Babayevin ifasında bütün muğam dəstgahlar səslənmiş və lentə alınaraq AzTR Fonduna daxil olmuşdur. Onun yaradıcılığında “Şur”, “Seygah” muğam dəstgahları, “Arazbarı”, “Qarabağ şikəstəsi” zərbi muğamları xüsusi yer tutur. Xüsusilə , “Seygah” muğamını Arif Babayev təkrarolunmaz bir üslubda oxumuşdur. Xanəndə həm də təsnif və xalq mahnılarının ifaçısı kimi çox sevilir, onları böyük ifa etmişdir. Arif Babayevin 70 illik yubileyi münasibətilə Heydər Əliyev Fondu tərəfindən xanəndənin səsyazılarından, həyat və yaradıcılıq yolunu əks etdirən şəkillərdən ibarət CD-albom nəşr olunmuşdur. Arif Babayev 1938-ci il fevralın 22-də Ağdamda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunu... Devamı

09 04 2012

Akademik Rafiq Əziz oğlu Əliyev

Akademik Rafiq Əziz oğlu Əliyev |  görsel 1

Professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan Dövlət Neft Akademiyası ″Avtomatlaşdırılmış idarəetmə sistemləri″ kafedrasının müdiri, MBA Proqram direktoru, Azərbaycan Dövlət Neft Akademiyası (ADNA) Bakı, Corciya Dövlət Universiteti, Atlanta, ABŞ, BBA Proqram direktoru, Azərbaycan Dövlət Neft Akademiyası (ADNA), Bakı, Corciya Dövlət Universiteti, Atlanta, ABŞ, ″Zadə irsi və Süni intellekt″ Assosiasiyasının prezidenti. Rafiq Əziz oğlu Əliyev 10 fevral 1942-ci ildə Azərbaycan Respublikasının Ağdam rayonunun Novruzlu kəndində anadan olmuşdur. 1948-1958-ci ildə Ağdamda orta məktəbi medalla bitirmişdir. 1958-1963-cü ildə Bakıda M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya institutunu fərqlənmə diplomu ilə bitirib. 1964-1967-ci ildə Moskva şəhəri, SSRİ Elimlər Akademiyası İdarəetmə Problemləri institutunda oxuyub, Aspirant olub • 1967-ci ildə Texnika elmləri namizədi, • 1975-ci il Texnika elmləri doktoru, • 1976-cı ildə Professor, • 1989 Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının müxbir üzvü. • 1967-1969 Neftkimyaavtomat (Azərbaycan, Bakı) Elmi-Tədqiqat və Layihə İnstitutu (ETLİ), elmi-tədqiqat laboratoriyasının müdiri. • 1989-dən indiyə kimi Azərbaycan Dövlət Neft Akademiyası (ADNA), ″Avtomatlaşdırılmış idarəetmə sistemləri″ kafedrasının müdiri, Bakı. • 1998-dən indiyə kimi MBA Proqram direktoru, Azərbaycan Dövlət Neft Akademiyası (ADNA) Bakı, Corciya Dövlət Universiteti, Atlanta, ABŞ. • 2001-dən indiyə kimi BBA Proqram direktoru, Azərbaycan Dövlət Neft Akademiyası (ADNA), Bakı, Corciya Dövlət Universiteti, Atlanta, ABŞ Mükafatları: • 1971 Elm sahəsində Azərbaycan Lenin komsomolu mükafatı laureatı • 1983 Elm və Texnika üzrə SSRİ Dövlət mükafatı verilmişdir... Devamı

09 04 2012

O, mənim müəllimim olub...

O, mənim müəllimim olub... |  görsel 1

Bu əhvalatı mənə mərhum müəllimim, professor Nəsir İmanquliyev danışıb. O vaxt mən BDU-nun jurnalistika fakültəsində oxuyurdum. Bir gün fakültənin dekanı Akif Rüstəmov məni çağırıb dedi ki, gəl ikimiz bir savab iş görək. Dedim nə məsələdir? Dedi “Nəsir müəllim xəstələnib, bir müddət işə gələ bilməyəcək. Mən onun dərslərini deyim, sənsə maaşını aparıb özünə çatdır”.. Beləcə, hər ayın axırı mən hündür boylu, enli kürəkli, zarafatından qalmayan Nəsir müəllimin evinə getməli oldum. İlk dəfə məni qapıda görəndə güldü. Dedi ki, əgər Akif müəllim bu işi sənə tapşırıbsa, deməli etibar edir.... Akif Rüstəmovun ona qarşı niyə belə həssas davranmasının səbəbini soruşdum. Nəsir İmanquliyevin gözlərində istehzalı bir kədər peyda olub itdi. Gülümsünüb: –Akif dəyərli adamdı, Allah onun canını sağ eləsin! – deyərək danışmağa başladı... 1990-cı illərin əvvəllərində BDU-nun o vaxtkı rektoru (indi haqq dünyasındadır) jurnalistika fakültəsinin dekanı Akif Rüstəmovu çağırıb deyir ki, “təqdimat yaz, Nəsir İmanquliyevi işdən çıxardaq”. Akif Rüstəmov cavab verir ki, “mən belə iş tuta bilmərəm. O mənim müəllimim olub”. Rektorsa - get, yaz, gətir - deyə təkid edir. Bir neçə gündən sonra rektor Akif müəllimi çağırıb - təqdimat nə oldu? -deyə şoruşur. Dekan yenə də “o, mənim müəllimim olub”- deyə yazmadığını bildirir. Rektor əsəbiləşib daha inadla təqdimat tələb edir... Aradan bir həftə də keçir. Rektor yenə Akif müəllimi kabinetinə çağırır. O qapıda görünən kimi – yazmısan?- deyə soruşur. Bu dəfə Akif Rüstəmov – hə, yazmışam –deyərək özünün işdən azad olunması üçün yazdığı ərizəni rektorun qarşısına qoyur. Rektor əriz... Devamı

09 04 2012

Anamın qardaşı - dayım Akif Rüstəm oğlu Rüstəmov

Anamın qardaşı - dayım  Akif Rüstəm oğlu Rüstəmov |  görsel 1

QISA BİOQRAFİK MƏLUMAT 1939-cu ildə Ağdamda anadan olub Ailəlidir, üç övladı var. TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI 1964-1969-cu illərdə ADU, Jurnalistika fakültəsində təhsil alıb. 1982-ci ildə namizədlik dissertasiyası müdafiə edib. ƏMƏK FƏALİYYƏTİ 1969-1975-ci illərdə jurnalistika fakültəsində baş laborant vəzifəsində çalışıb. 1975-1989-cu illərdə jurnalistikanın nəzəriyyəsi və təcrübəci kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. 1989-1999-cu illərdə Jurnalistika fakültəsinin dekanı vəzifəsində çalışıb. 1999-cu ildən jurnalistikanın nəzəriyyəsi və təcrübəci kafedrasının dosentidir. TƏDQIQAT SAHƏSI Mass medianın hədəf auditoriyası, KİV-in fəaliyyətində auditoriyanın rolu və yeri BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI 1995-ci il Avropa Jurnalistlərinin beynəlxalq seminarı, Hollandiya SEÇIILMIŞ ƏSƏRLƏRI Kütləvi informasiya vasitələri IV hakimiyyət kimi. Elmi-praktik konfransın materialları, Bakı Universiteti, 2006 Jurnalistika demokratik cəmiyyətdə. Elmi-praktik konfransın materialları, Bakı Universiteti, 2006 Azərbaycanın müstəqil mətbuatının təşəkkülü. „Dirçəliş XXI əsr ". Bakı, 104-105 sayi, 2006 Jurnalist təşkilatları vətəndaş cəmiyyətinin atributudur. Elmi-praktik konfransın materialları, Bakı Universiteti, 2008 Qadın hüquqlarının müdafiəsinda jurnalist təşəbüssləri. „Qadın və cəmiyyət", Bakı, 2007 KITABLAR Xarici ölkələrin jurnalistikası. (Həmmüəllif). B., 2007 Jurnalistika. Dərs vəsaiti. B., 2005 ... Devamı

09 04 2012

Azərbaycanın gənc oliqarx səfirləri Budapeştdə: Tale Heydərov, A

Azərbaycanın gənc oliqarx səfirləri Budapeştdə: Tale Heydərov, A |  görsel 1

Azərbaycan varlıdır, zəngindir. Varlı və zəngin Azərbaycanı dünyada varlı oliqarxların gənc şahzadələri təmsil edir, martın 17-də Bayılda mitinqə toplaşıb demokratiya tələb edən kasıb, amma cəsarətli gənclər yox. Azərbaycanın gənc "səfirləri" total korrupsiya şəraitində, klan hakimiyyətinin kölgəsində, baş oliqarx prezidentin qanadları altında varlanan oliqarxların balalarıdır. Oliqarx gənclərin ASAİF (Azerbaijani Students and Alumni International Forum - Xarici Ölkələrdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclər Forumu) təşkilatının Budapeştdə işə başlayan yığıncağı „Mən gənc səfirəm“ şüarı altında keçirilir. Maraqlı yığıncaqdır. Azərbaycanı təmsil edən gənclərin siyahısı diqqəti cəlb edir. Forumun işində Kəmaləddin Heydərovun oğlu Tale, Ziya Məmmədovun oğlu Anar iştirak edir. İlham Əliyevin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Budapeşt Forumunnun iştirakçılarına müraciət ünvanlayıb. Ən maraqlı çıxışı isə Anar Məmmədov etmişdir. Anar Amerika Birləşmiş Ştatlarında 150 milyon insanı Xocalı qırğını ilə tanış etdiyinə dair martın 12-də bəyan etdiyi iddiasını Budapeştdə təkrar etmıyi unutmamışdır. Ən mühüm məlumat isə ondan ibarətdir ki, Forumun işində təhsil sistemini bərbad günə salan, lakin gənc oliqarxları yetişdirməkdə uğurlu olan təhsil naziri Misir Mərdanov da iştirak etmişdir. Çıxışların hamısında Azərbaycanın "həqiqətlərini" dünyaya yaymaq fikri təkrar edilib. Lakin oliqarx gənclərin heç biri dünyanın demokratik ənənələrinin Azərbaycanın özündə bərqərar edilməsinə yardım etməkdən bəhs etməmişdir. Səbəbi aydındır. Demokratik şərait yaranarsa, İlham Əliyev prezident, Kəmaləddin Heydərov və Ziya Məmmədov oliqarx olmazdı. Onlar olmasaydılar, Tale, Anar və başqa gənc oliqarxlar Azərbaycanın səfirləri olmazdılar... Mirzə Xəzər 07.04.2012 ... Devamı

09 04 2012

Tale Heydərov: “Lobbi quruculuğu milli dövlətçiliyimizin möhkəml

Tale Heydərov: “Lobbi quruculuğu milli dövlətçiliyimizin möhkəml |  görsel 1

"Azərbaycanlı gənclər daha aktiv şəkildə lobbiçilik fəaliyyətinə cəlb olunmalıdırlar" "Lobbi quruculuğu zamanı xüsusi diqqət yetirdiyimiz bir məsələ üzərində də dayanmaq istəyirəm. Bu da anti-Azərbaycan qüvvələrinin genişlənən lobbiçilik fəaliyyətimizdən narahat olaraq bizə qarşı apardığı əks təbliğatın nəzərə alınması ilə bağlıdır" Avropa-Azərbaycan Cəmiyyətinin (AAC) təsisçisi və sədri Tale Heydərov "Mən gənc səfirəm" ASAİF Budapeşt Forumunda keçirilən "Xaricdə təhsil alan Azərbaycanlı Gənclərin təşkilatlanma, diaspora və lobbiçilik fəaliyyətlərinin formalaşdırılması: baxış və perspektivlər" panelində çıxış edib. APA-nın məlumatına görə, azərbaycanlıların xaricdə təhsil almasının tarixi barədə danışan T. Heydərov bildirib ki, Azərbaycanın ilk ali təhsil ocağı olan Bakı Dövlət Universitetinin 1919-cu ildə yaranmasına qədər Azərbaycanın bir çox ziyalıları məhz xaricdə təhsil almışdılar. Bunların sırasında Həsən bəy Zərdabi, Fətəli Xan Xoyski, Nəcəf bəy Vəzirovun və başqalarının adını çəkən AAC sədrinin sözlərinə görə, Azərbaycan 1918-ci ildə müstəqillik əldə edəndən sonra ali təhsil mütəxəssislərinə ehtiyac özünü daha aydın göstərməyə başlayıb: "Azərbaycan Maarif Nazirliyi bu işi görmək üçün 7 milyon manat vəsait ayırmış, həmin vəsait hesabına Rusiya, Fransa, Türkiyədə tələbələrin oxuması, İngiltərə, Fransa, İtaliya və Türkiyəyə tələbə göndərilməsi ilə bağlı rəsmi qərar qəbul olunmuşdu". T. Heydərov çıxışında tarixi təcrübənin öyrənilməsinə diqqət yetirməyinin zəruriliyini qeyd edib: "Azərbaycanın xaricdə təhsillə bağlı tarixi tələbə hərəkatını öyrənməyə ehtiyac var. Vaxtilə Avropanın müxtəlif ali təhsil məktəblərində təhsil almış şəxslərin fəaliyyəti tədqiq olunmalıdır. Bu, eyni zamanda Avropa təhsil sistem... Devamı

09 04 2012

Vardan Oskanyan: “Ermənistanın vəziyyəti ağırdır”

Vardan Oskanyan: “Ermənistanın vəziyyəti ağırdır” |  görsel 1

Sabiq xarici işlər naziri həyəcan təbili çalır “Ermənistanın sosial-iqtisadi vəziyyəti ağırdır, 4 ildə biz təkcə yerimizdə saymamışıq, həm də bir çox istiqamətdə geriləmişik”. Publika.Az-ın erməni mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan deyib. Sabiq nazir bildirib ki, mayın 6-da keçiriləcək seçkilər təkcə parlament seçkiləri yox, eyni zamanda hökumət seçimidir: “Ermənistan konstitusiyasına görə, hökumət millət vəkillərinin səs çoxluğu ilə təşkil olunur”. Vardan Oskanyan bildirib ki, ölkənin sosial-iqtisadi vəziyyətinin ağır olduğu bütün çılpaqlığı ilə göz qabağındadır. Bu gün Ermənistanda yoxsulluğun səviyyəsi artıb, təxminən yarım milyon insan yoxsulluqdan əziyyət çəkir. Oskanyanın sözlərinə görə, dövlətin xarici borcu 3 dəfə böyüyüb və ilin sonunda 4 milyard dollardan çox olacaq. O, vəziyyətin ağırlığının səbəbləri ilə bağlı deyib ki, iqtidarın idarəetmədə ciddi problemləri var: “İqtisadiyyatda səhv hədəflərin seçilməsi, mərkəzləşmə meylinin artması, mülkiyyət dağılmasında təhlükəli proseslər problemlərin başlıca səbəblərindəndir”. Oskanyanın fikrincə, vəziyyətdən çıxış yolu azad və ədalətli seçkilər nəticəsində yeni hökumətin yaradılması, dövlət idarəetməsində peşəkar şəxslərin iştirakıdır. Devamı

09 04 2012

Music video by Jennifer Lopez Feat. Pitbull performing Dance Aga

Music video by Jennifer Lopez Feat. Pitbull performing Dance Again. (C) 2012 Epic Records, a division of Sony Music Entertainment Jennifer Lopez - Dance Again ft. Pitbull - YouTube Devamı

08 04 2012

İran və Qarabağ "Qafqazda sabitliyə hədədir"

İran və Qarabağ Qafqazda sabitliyə hədədir |  görsel 1

Birləşmiş Ştatların Qafqaz üzrə ixtisaslaşmış nüfuzlu ekspertləri İsrailin Azərbaycanın cənubunda İran əleyhinə hərbi aerodroma çıxış əldə etməsinə dair məlumatlara skeptik yanaşırlar. Bazar ertəsi Vaşintqonda Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində “Böyük Qafqaz: dağılma və inteqrasiya arasında” adlı hesabatı təqdim edən sabiq diplomat və ekspertlər belə deyiblər. BBC Azərbaycancaya açıqlama verən hesabat müəllifi, Mərkəzin təhlilçisi Dr. Jeffrey Mankoff Qafqazda regional və qlobal təhlükəsizliyə ciddi hədə ola biləcək amillərdən narahatlığını ifadə edib. Onun fikrincə, Qərb bu regionda sülh və inkişafın təminatçısı qismində əhəmiyyətli rol alıb. Hərçənd bu işi bölgədə separatçı təmayülləri dayandırmadan davam etdirmək çətinləşir. “Bir nömrəli” hədə “Dağlıq Qarabağ regionda ərazi mübahisələrindən ən təhlükəlisi, bir nömrəli hədədir”, təhlilçi deyib. Onun fikrincə, qarşıduran tərəflər –Azərbaycan, Ermənistan, eləcə də Dağlıq Qarabağdakı qüvvələrin özləri “yaxşı silahlanıblar və hər biri münaqişənin bərpasından nə isə qazanacaqlarına inanırlar”. Zəngin neft gəlirləri və regional mövqeyi, ekspertə görə, Bakının torpaqlaını zor gücü ilə qaytamaq ambisiyalarını gücləndirib, belə ki hazırda Azərbaycan ümumdaxili məhsuluna görə, Ermənistanı 4,5 dəfə üstələyir. Hərçənd, təhlilçi hesab edir ki, enerji resurlarına beynəlxalq tələbatın azalması və indiki qlobal böhran bu ildən başlayaraq neft gəlirlərinin də azalacağından xəbər verir. “Bütün hallarda, iqtisadi tarazsızlığın hərbi xərclərdə əksini tapması, eləcə də sülh təşəbbüslərinin zəifləməsi Qarabağda müharibə təhlükəsini aktual saxlayır”, deyib cənab Mankoff və əlavə edib ki, "... Devamı

07 04 2012

Gül: "Türkiyə Qarabağda susmadığı kimi, ərəb dünyasına da biganə

Gül: Türkiyə Qarabağda susmadığı kimi, ərəb dünyasına da biganə |  görsel 1

Türkiyə prezidenti yerləşdiyimiz coğrafiyanı “soyuq müharibə” məkanına çevirmək səyləri olduğunu deyib "Türkiyənin Qafqaz, Balkanlar, Yaxın Şərq və Orta Asiyadakı xalqlarla qədim qardaşlıq və əqrəbalıq əlaqələri mövcuddur". Bunu Türkiyə Prezidenti Abdullah Gül Hərbi Akademiya müdavimləri ilə toplantıdakı nitqində bildirib. İstanbul və Anadolunun bu bölgələrdəki xalqlar üçün ortaq Vətən olduğunu da dilə gətirən A. Gül qeyd edib ki, Türkiyə Dağlıq Qarabağda qardaşlarımız yurd-yuvalarından didərgin salındığı vaxt susmadığı kimi, bu gün də ərəb dünyasında baş verənlərə biganə qala bilməz. Prezident bildirib ki, gələcəyə nikbin baxışlara rəğmən, bölgədə hələ də böyük risk və təhlükələr mövcuddur. Yerləşdiyimiz coğrafiyanı ərəb ölkələri və İranda baş verənlərin fonunda yeni “soyuq müharibə” məkanına çevirmək səyləri də var.  "Belə bir şəraitdə Türkiyənin daha fəal aktyor kimi səylərini artırması, xüsusilə diplomatiya sahəsində bütün imkanlardan istifadə olunmasına töhfə verməsi zəruridir. Ankara həm diplomatik fəallığı, həm də ordunun hazırlıq səviyyəsinin gücləndirilməsini sürətləndirməlidir". Kəmalə Məmmədova Devamı

01 04 2012

Türk Kafkaz İslam Ordusu, Nuru paşa, Enver paşa, Mürsel paşa, Şe

Türk Kafkaz İslam Ordusu, Nuru paşa, Enver paşa, Mürsel paşa, Şehid, Asker, Bayrak, Osmanlı devleti, Azerbaycan, Azərbaycan, Türkiye, Türkiyə, Bakı əməliyyat... Nuru paşa ve Qafqaz İslam Ordusu - YouTube Devamı

30 03 2012

Video

Devamı

30 03 2012

Fotoğraf

Fotoğraf |  görsel 1

https: Devamı

30 03 2012

Fotoğraf

Fotoğraf |  görsel 1

https: Devamı

29 03 2012

Fotoğraf

Fotoğraf |  görsel 1

Devamı