29 03 2012

“Daily Times” “31 Mart -Azərbaycanlıların soyqırımı günü” adlı m

“Daily Times” “31 Mart -Azərbaycanlıların soyqırımı günü” adlı m |  görsel 1

Pakistanın ingilis dilli qəzeti həmin günü azərbaycanlıların soyqırımı kimi qeyd edib Pakistanın ən nüfuzlu ingilis dilli qəzetlərindən sayılan “Daily Times”-ın bu günkü buraxılışında “31 Mart -Azərbaycanlıların soyqırımı günü” adlı məqaləsi dərc edilib. Azərbaycanın Pakistandakı səfirliyindən ANS PRESS-ə verilən məlumata görə, məqalədə, Azərbaycan xalqının hər ilin 31 mart tarixində 20-ci əsrdə baş vermiş faciəli hadisələrini yad etdiyini və həmin günün azərbaycanlıların soyqırımı kimi qeyd olunduğu vurğulanıb. Qeyd olunub ki,əsrlər boyu böyük Ermənistan xülyası ilə yaşayan erməni şovinistləri öz məkrli niyyətlərinə çatmaq üçün hər vasitələrə əl atıb, dinc əhaliyə qarşı misli görünməmiş cinayətlər ediblər. Yazıda, Azərbaycan tarixinə ekskursiya edilərək, Gülüstan və Türkmənçay müqavilələrindən dərhal sonra Rus İmperatorunun fərmanına əsasən İravandan və Türkiyədən Azərbaycanın tarixi torpaqlarına on minlərlə ermənilərin köçürüldüyü bildirilib. Daha sonra, 1918-ci ildən başlayaraq təpədən dırnağa qədər silahlanmış erməni millətçilərinin rus bolşevikləri ilə birgə Azərbaycanın Bakı, Şamaxı, Quba, Naxçıvan, Lənkəran və digər şəhərlərində 50 mindən çox günahsız insanı qəddarcasına öldürdükləri, həmin ərazilərdə yüzlərlə kəndləri yer üzündən sildikləri vurğulanıb. Oxucuların nəzərinə çatdırılıb ki, 1918-ci ildə Azərbaycanın tarixi torpaqlarında Ermənistan Respublikasının yaradılmasına baxmayaraq, erməni millətçiləri qonşu Azərbaycan və Gürcüstana torpaq iddialarından əl çəkməyiblər. “Daily Times”-ın məqaləsində, ikinci dünya müharibəsindən sonra Yaxın Şərq və bəzi Avropa ölkələrindən Ermənistana 509 min ermənilərin köçürüld... Devamı

29 03 2012

TÜRK DÜNYASININ FİKİR HOCASI İLƏ TÜRKLÜK SÖHBƏTİ

TÜRK DÜNYASININ FİKİR HOCASI İLƏ TÜRKLÜK SÖHBƏTİ  |  görsel 1

"Türk millətçiliyi Avropanın faşizm irqçiliyilə eyniləşdirilə bilməz" Ankaraya Xocalı soyqırımın 20-ci ildönümü ilə əlaqədar Türk Ocaqlarının dəvəti ilə getmişdim. Türk Ocaqları Genel başqanı Nuri bəylə tanışlığımız da elə bu səfər çərçivəsində baş tutdu. Yazılarını oxumuşudum deyə onun haqqında təsəvvürüm vardı. Mənim üçün Nuri bəy Alparslan Türkeşin davamçısı, varisi idi. Söhbətimiz zamanı fikirlərimdə yanılmadığımı gördüm. Bitməz-tükənməz millət sevgisi ilə qonağına göstərdiyi diqqəti, ilgisi, mehribançılığı ilə əsl Anadolu insanı idi ev sahibi. Mən Türk dünyasının övliyasıyla qarşı-qarşıya oturmuşdum. Hocamın söhbətlərindən doymaq olmurdu... Bu il Türk Ocaqlarının 100 yaşını qeyd etməsini nəzərə alıb Nuri hocamla söhbətimizin xülasəsini sizlərə yetirməyə qərar verdim. Beləliklə... Nuri Gürgür 1940-cı ildə Kemaliyedə anadan olub. 1963-cü ildə Ankara hüquq fakültəsini bitirib. Tələbəlik illərində 1958-1961-ci illər arasında Türk Ocağı Genclik Qolunun qurucularından biri kimi qurumun idarəetməsində çalışıb. Bir müddət jurnalist kimi də fəaliyyət göstərib: Son Havadis Gazetesi, Düşünən Adam dergisi, Ankara Ticarət Postası, Dövlət Dərgisi və s. Türk Ocağı Ankara şöbəsinə başkan seçilib (1993-ci ildən 1994-cü ilə kimi). 1996-cı ildə keçirilən Qurultayda isə Türk Ocaqlarının Genel Başkanı seçilib. Hal-hazırda bu vəzifəni icra edir və “Türk Yurdu” dərgisinin başyazarıdır. - Hocam, bildiyimiz kimi 2012-ci il Türk Ocaqları üçün çox əlamətdar bir ildir. Beləki qurumun 100 yaşı tamam olur. İlk öncə Sizi bu münasibətlə təbrik edirəm. Bir əsr bundan qabaq Türk Ocaqları hansı zərurətdən yarandı?... - 12 mart 1912... Devamı

27 03 2012

İSRAİLDƏN ALINAN SİLAH SİSTEMLƏRİNİN TƏYİNATI MƏLUM OLDU

İSRAİLDƏN ALINAN SİLAH SİSTEMLƏRİNİN TƏYİNATI MƏLUM OLDU |  görsel 1

Azərbaycana satılan “Arrow” dünyada yeganədir və “Yer-Yer” tipli istənilən raketi zərərsizləşdirir Azərbaycanın İsraildən aldığı 1.6 milyard dollarlıq silah sistemlərinin təyinatı üzə çıxıb. Hərbi qaynaqlardan məlum olub ki, bu silahlar iki il davam edən gərgin danışıqlardan sonra alınıb və Azərbaycan ərazisini "Yer-Yer" tipli istənilən raketlərin hücumlarından qoruya biləcək. Xəbər verildiyi kimi, İsrailin Azərbaycana satdığı silah sistemlərinə raketdən müdafiə sistemləri və uzaq məsafəyə uça bilən pilotsuz kəşfiyyat təyyarələri daxildir. Bu silah sövdələşməsi regionda narahatlıq yaradıb və İranın Bakıya nota verməsinə səbəb olub. Azərbaycan müdafiə naziri İrana səfər edərək Tehranı inandırmağa çalışıb ki, həmin silahlar bu ölkəyə qarşı istifadə edilməyəcək. Bununla belə, silah sistemlərinin strateji təyinatı bir sıra ekspertlərdə onların həm də İranın mümkün hücumlarına qarşı yönələcəyinə dair fikirlərə səbəb olub. İsraildən göndərilmiş hərbi mütəxəssislərin böyük qrupu hazırda azərbaycanlı həmkarlarına həmin silahlarla işləmək üçün təcrübə keçir. Hərbi qaynaqlardan məlum olub ki, İsrailin Azərbaycana satdığı silahların arasında "ARROW" raketdən müdafiə sistemi və bu sistemin tərkib hissəsi olan “Green Pine” (“Qartal şüası”) erkən xəbərdarlıq radar kompleksi xüsusi çəkiyə malikdir. "ARROW" raketdən müdafiə sistemi dünyada yer-yer tipli istənilən raketləri zərərsizləşdirə bilən yeganə sistemdir. Sistemin tərkibinə daxil olan radar kompleksi “Yer-Yer” tipli raketləri hələ çox uzaqda ikən, onların start nöqtəsindən qeydə alır və eyni vaxtda izləməklə yanaşı "ARROW" raketlərini hədəfə buraxır. Raketlər hədəfi ən yüksək məsafədə yüz faiz dəqiqliklə zərərsizləşdirir. “Gree... Devamı

27 03 2012

ƏRDOĞAN OBAMA İLƏ QARABAĞI MÜZAKİRƏ EDİB

ƏRDOĞAN OBAMA İLƏ QARABAĞI MÜZAKİRƏ EDİB |  görsel 1

“Mən ABŞ prezidentinə «biz artıq bezdik» dedim” Cənubi Koreyanın paytaxtı Seul şəhərində Nüvə Təhlükəsizliyi Sammiti öncəsi Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın ABŞ prezidenti Barak Obama ilə görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi də müzakirə olunub. APA-nın Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə açıqlamasında baş nazir Ərdoğan bildirib. Ərdoğan görüşdə Ermənistan və Azərbaycan arasında Qarabağ münaqişəsinin həlli ilə bağlı fikirlərini B.Obamaya çatdırdığını söyləyib: "ATƏT-in Minsk Qrupu üçlüyünün Ermənistan və Azərbaycan arasındakı münaqişəni 20 ildir həll edə bilmədiyini xatırlatdım. Bir təklif verdim: “Madam bu məsələ dalana dirənib, lazım olsa, biz Azərbaycanla danışaq, Fransa, Rusiya və siz də ermənilərlə danışın, razı salın, bu problemi həll edək” dedim. Uydurma “erməni soyqırımı” məsələsini də danışdıq. Əslində o da narahatdır. Bu məsələ onun da qarşısında dayanır. Amma çox təəssüf ki, "siyasətçiyik, yox saymırıq" deyən kimi idi. Mən ona "Biz artıq bezdik" dedim. Hər il aprel ayında eyni məsələ. Respublikaçılar gəlir - eyni məsələ, demokratlar gəlir - eyni məsələ. Bizim atdığımız addımları qeyd etdim. Akdamar adasını nümunə göstərdim». Ərdoğan onu da əlavə edib ki, görüşdə B.Obama Vicdan Azadlığı Hesabatında Türkiyənin əldə etdiyi nailiyyətlər üçün ona təşəkkür edib. Xəbər xidməti Devamı

23 03 2012

PKK İLƏ QANLI DÖYÜŞ

PKK İLƏ QANLI DÖYÜŞ |  görsel 1

5 polis şəhid olub, 7 terrorçu öldürülüb Türkiyədə PKK terror təşkilatına qarşı keçirilən əməliyyatlar davam edir. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Şırnak vilayətindəki Çudi dağında son günlər həyata keçirilən əməliyyatlarda şəhid olan polislərin sayı 6-ya çatıb, 7 terrorçu öldürülüb. İkisi əsgər olmaqla təhlükəsizlik qüvvələrinin 10 əməkdaşı yaralanıb. Məlumata görə, təhlükəsizlik qüvvələrinə məxsus helikopterlər Çudi dağında terrorçuların məskunlaşdığı sahələri atəş altında saxlayır, ərazilər bombalanır. Türkiyənin daxili işlər naziri İdris Naim Şahin və digər yüksək rütbəli şəxslər bu gün təyyarə ilə Diyarbəkirə gediblər. Onlar buradan şəhid olan polislərin dəfn mərasimində iştirak etmək üçün Şırnaka yola düşüblər.   Devamı

23 03 2012

ERMƏNİLƏRİ VƏ SARKOZİNİ ŞOKA SALACAQ XƏBƏR

ERMƏNİLƏRİ VƏ SARKOZİNİ ŞOKA SALACAQ XƏBƏR |  görsel 1

Avropa Parlamenti ATƏT-in Minsk Qrupunun həmsədrliyində Fransanın əvəzlənməsini istəyir Martın 22-də Avropa Parlamentinin Xarici əlaqələr komissiyası Ermənistanla bağlı sənəd qəbul edib. Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, sənəddə bir sıra təkliflər yer alıb. Bu təkliflərdən biri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olan Fransanın mandatının əvəzlənməsi ilə əlaqədardır. Qeyd edək ki, Xarici əlaqələr komissiyasında qəbul edilən sənəd Avropa Parlamentinin plenar iclasında səsverməyə çıxarılmalıdır. Sənədin bir ay sonra Avropa Parlamentində səsverməyə çıxarılması gözlənilir. lent.az Devamı

19 03 2012

Cavadov Rövşən Bəxtiyar oğlu

Cavadov Rövşən Bəxtiyar oğlu    |  görsel 1

Doğum tarixi: 19 oktyabr 1951-ci il Doğum yeri: Azərbaycan SSR, Laçın Vəfatı: 17 mart 1995-ci il (43 yaşında) Vəfat yeri: Azərbaycan, Bakı Vəfat səbəbi: qətlə yetirilib Atası: Bəxtiyar Cavadov Anası: Tamara Cavadova Uşağı: Laçın Cavadov Milliyyəti: azərbaycanlı -------------------------------------------------------------- Həyatı Rövşən Cavadov 19 oktyabr 1951-ci ildə Laçın rayonunda dünyaya gəlib. 1973-cü ildə Azərbaycan Dövlət Tibb Universitetindən məzun olub. 1973-1976-cı illər arasında DİN Xəstəxanasında cərrah işləyib. 1976-cı ildə Rostov şəhərindəki SSRİ DİN Akademiyasına daxil olub və 1980-ci ildə oranı bitirib. 1980-ci ildə Əfqanıstanda hərbi xidmət üçün müraciət etsə də bu müraciəti anti-kommunist fikirlərinə görə Moskva tərəfindən qəbul edilməyib. 1981-ci ildə Azərbaycanda ilk gizli karate klublarını açmışdır. 1982-ci ildə Gəncə şəhərinə sahə müvəkkili təyin olunub. 1987-ci ildə qardaşı Mahir Cavadovla bərabər Təkamül Partiyasını yaradıb. Qanlı yanvar hadisələri zamanı tərəfdaşları və tələbələri ilə birgə imkanları daxilində SSRİ qoşunlarına qarşı çıxıb və Gəncə şəhərinə gedərək iri miqyaslı üsyan hərəkatı planlaşdırıb. Qarabağda baş verən hadisələr zamanı Təkamül Partiyası Rövşən Cavadovun təlimatı ilə hərbi birləşməyə çevrilib. Üzvlərin yerləşdikləri batalyon "OMON" adlandırılıb. İlk dəfə cəmi 60 nəfərdən ibarət batalyonda sonralar 3000 nəfər olub. Bundan sonra Rövşən Cavadov polkovnik hərbi rütbəsi alıb və onun rəhbərlik etdiyi hərbi birləşmə XTPD (xüsusi təyinatlı polis dəstəsi) adlandırılıb. Horadizin erməni işğalından azad edilməsi, Ağdam yaxınlığında 150 nəfərə qədər erməninin əsir götürülməsi, Ağdərənin Heyvalı kəndində erməni düşərgəsinin məhv edilməsində XTPD-nin böyük rolu olub. 1991-ci ildə döyüş meydanınd... Devamı

29 02 2012

DÜNYAYA MÖHTƏŞƏM XOCALI MESAJI

DÜNYAYA MÖHTƏŞƏM XOCALI MESAJI |  görsel 1
DÜNYAYA MÖHTƏŞƏM XOCALI MESAJI |  görsel 2
DÜNYAYA MÖHTƏŞƏM XOCALI MESAJI |  görsel 3

Türklüyün böyük İstanbul və Bakı dalğası ermənini vurdu Prezident İlham Əliyev xalqla birgə yürüşə qatıldı, İctimai Palata yüksək səviyyəli aksiya keçirdi; İstanbulun Taksim meydanında isə Azərbaycana dəstək məqsədilə son illərin ən izdihamlı mitinqi reallaşdırıldı Xocalıda körpələri süngüyə keçirən, ahılları işgəncə ilə öldürən, qadınlara təcavüz edən, kişiləri kəsib-doğrayan erməni vəhşiliyinin 20 ili tamam oldu. Bu faciənin ildönümü münasibətilə təkcə Azərbaycanda yox, qardaş Türkiyədə və Şimali Kipr Türk Cümhuriyyətində də izdihamlı etiraz mitinqləri keçirildi. Azərbaycan və Türkiyədə yüz minlərlə insanın qatıldığı yürüş-mitinqlər bütün dünyaya səs saldı. Bundan əlavə, ayrı-ayrı ölkələrdə yaşayan türk topluluqları da Xocalıda dinc insanlara qarşı bu bəşəri cinayəti törətmiş erməni cinayətkarlarını lənətlədilər. Belə aksiyalar dünyanın 40 şəhərində keçirilib. Həm Türkiyədə, həm də Azərbaycanda iqtidarla müxalifət birləşərək erməni faşizminə etirazını bəyan etdilər. Fevralın 26-da Bakı və İstanbul meydanlarını “Xocalıya ədalət”, “Hamımız Xocalıdanıq” şüarları bürüdü. Bakının Azadlıq meydanından Xocalı qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsinə doğru səhər saatlarından izdihamlı yürüş başlandı. Eyni zamanda Türkiyənin İstanbul şəhərindəki mərkəzi Taksim meydanında izdiham yaşandı. İstanbuldakı aksiyada yüz minlərlə adam iştirak edib. Yerli müşahidəçilərin və ekspertlərin rəyinə görə, bu, son illərin ən böyük aksiyası idi. Taksim aksiyası hətta Türkiyə gündəmini, Türkiyənin Azərbaycan məsələlərinə münasibətini dəyişə biləcək böyük bir hadisə kimi qiymətləndirilir. Azadlıq meydanında 100 minlik etiraz mitin... Devamı

29 02 2012

AZƏRBAYCANIN XAKERLƏRİ 26.02.2012 - ci il TARİXİNDƏ 1749 ERMƏNİ

AZƏRBAYCANIN XAKERLƏRİ 26.02.2012 - ci il TARİXİNDƏ 1749 ERMƏNİ SAYTINI DARMADAĞIN ETDİLER VE ONLARIN ƏKS TƏBLİQATINA İMKAN VERMƏDİLƏR. http://zone-h.org/archive/filter=1/published=0/notifier=CwGhost/page=1 http://www.cintres-deluxe.fr http://www.services-vaucluse.fr http://www.domaine-reverchon-poligny.com http://www.ecosystem-consulting.com http://www.emmanuelleraj-esthetiquedomicile.com http://www.odetti-batiment.fr http://www.c-coiffee.com http://www.pactoleproductions.fr http://www.garage-providentiel.com http://www.lemantp.fr http://www.aucoindulivre-83.com http://www.selva-bienetre.com http://www.leboisfute.be http://www.ad-depannage.com http://www.instant-privilege.com                     VƏ SAİR... Devamı

20 02 2012

Xocalı ayı çərçivəsində Luqansk şəhərində anım mərasimi keçirili

Xocalı ayı çərçivəsində Luqansk şəhərində anım mərasimi keçirili |  görsel 1

Ukrayna Azərbaycanlı Gənclər Birliyi və İslam Konfransı Gənclər Forumu Xocalı ayı çərçivəsində Luqansk şəhərində anım mərasimi keçirib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Ukrayna Azərbaycanlı Gənclər Birliyindən bildirilib.  Anım mərasimində Ukrayna Azərbaycanlıları Konqresinin Luqansk vilayət təşkilatının sədr müavinləri Telman Cəfərov, Akif Hümbətov və digər diaspor fəalları çıxış edərək 20 il bundan əvvəl erməni daşnaklarının Xocalı şəhərində azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri son iki əsrdə xalqımıza qarşı həyata keçirilmiş mərhələli soyqrım siyasətinin tərkib hissəsi kimi səciyyələndiriblər.  Sonra tədbirdə Azərbaycan və Ukrayna televiziyalarının birgə istehsalı olan "Qarabağ tarixin burulğanında" sənədli filmi nümayiş olunub.  Tədbirdə çıxış edən Hindistan Cəmiyyətinin gənclər təşkilatının sədri Mayna Jabasta Ukrayna Azərbaycanlı Gənclər Birliyinin baş katibi Ayaz Salmanov, birliyin Luqansk vilayət təşkilatının sədri Nahid Uğurluyev, gənc fəallardan Kərim Kərimzadə, Elçin Mehdiyev, Anna Semikos, İrina Xorşkovskoqo ermənilərin Xocalı şəhərində törətdiyi qəddarlıq aktının Azərbaycan xalqına qarşı əsl soyqırım siyasəti olduğunu vurğulayıblar. Çıxış edənlər beynəlxalq təşkilatların insanlığa yönəlmiş belə bir bəşəri cinayətə indiyədək hüquqi siyasi qiymət verməməsini tarixi ədalətsizlik kimi dəyərləndiriblər. M. Əliyev Devamı

20 02 2012

Sloveniyada Xocalı şəhidlərinin xatirəsi anılıb

Sloveniyada Xocalı şəhidlərinin xatirəsi anılıb |  görsel 1

Sloveniyanın Nova Qoritsa şəhərində Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə anım tədbiri keçirilib.  Azərbaycanın Sloveniyadakı səfirliyindən bazar ertəsi Trend-ə verilən məlumata görə, tədbirdə Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Sloveniyadakə müvəqqəti işlər vəkili Emil Həsənov çıxış edib, tədbir iştirakçılarına Xocalıda baş vermiş faciəli hadisələr haqqında geniş məlumat verib.  Gələcəkdə oxşar cinayətlərin təkrar olunmasının qarşısının alınması məqsədilə bu soyqırımın ədalətli hüquqi qiymətləndirilməsinin vacibliyi qeyd edilib. Bu faciə barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması məqsədilə Heydər Əliyev Fondunun vitse-prezidenti, İƏT Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" kampaniyası haqqında tədbir iştirakçılarına məlumat verilib.  Çıxışdan sonra "Azərbaycan" cəmiyyəti tərəfindən çəkilmiş Xocalı soyqırımı haqqında sənədli filmin nümayişi olub.  Bundan əlavə, tədbirin keçirildiyi Kromberk muzeyində Ermənistanın Azərbaycan qarşı təcavüzü, Dağlıq Qarabağ münaqişəsi və onun ağır nəticələri haqqında materiallar yayılıb. Devamı

20 02 2012

Xocalı soyqırımı haqqında qətnamə Pakistan Senatının ən yüksək s

Xocalı soyqırımı haqqında qətnamə Pakistan Senatının ən yüksək s |  görsel 1

 Pakistan Azərbaycan ərazilərinin işğalını, habelə erməni hərbi qüvvələrinin Xocalı şəhərinin dinc sakinlərinə qarşı törətdiyi soyqrımı qəti şəkildə pisləyən qətnaməni qəbul etməklə beynəlxalq ictimaiyyəti Ermənistanı BMT-nin Təhlükəsizlik Şurasının (TŞ) qətnamələrini yerinə yetirməyə vadar etməyə çağırıb. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov bildirib. "Qətnamə dünya ictimaiyyətinə Ermənistan tərəfini bütün işğal edilmiş ərazilərin dərhal azad edilməsi haqqında BMT TŞ-nin qətnamələrinin yerinə yetirilməsinə məcbur etmək çağırışından ibarətdir. Qətnamənin Xocalı soyqırımında bütün təqsirkarların məsuliyyətə cəlb edilməsinə çağırması da az əhəmiyyətli deyil", - səfir Trend-ə müsahibəsində deyib.  Qeyd edək ki, Pakistan Senatı fevralın 1-də Azərbaycanın Xocalı şəhərindəki hadisələri soyqırım kimi tanıyıb.  Sənəddə qeyd edilir ki, Senat ermənilərin Azərbaycan ərazilərini işğal etməsini və Ermənistan Silahlı Qüvvələrinin 1992-ci ilin fevralında Xocalıda törətdiyi soyqırımı pisləyir. Senat bir daha Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyir və onu beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində tanıyır.  Səfirin sözlərinə görə, Senatın sədr müavininin (Pakistan Senatının yalnız bir müavini var) rəhbərliyi altında keçirilən iclasda həm iqtidaryönlü, həm də müxalifət partiyaları, habelə Senatın komitə sədrləri fəal iştirak ediblər. Mövcud sənəd sessiyanın bütün iştirakçılarının yekdil səsi ilə qəbul edilib.  Diplomatın sözlərinə görə, Pakistanın parlament ənənələri digər ölkələrlə bağlı məsələlərin nəzərdən keçirilməsini təşviq etmir, lakin əgər bu baş verirsə, qanunvericilər bəyanatla kifayətlənir. "Bizim məsələdə isə qətnamə qəbul edilib ki, bu da Senat tər... Devamı

18 02 2012

Almaniya Bundestaqının İşçi Qrupu Qarabağ münaqişəsi ilə bağlı s

Almaniya Bundestaqının İşçi Qrupu Qarabağ münaqişəsi ilə bağlı s |  görsel 1

Sənəddə Xarici Siyasət üzrə İşçi Qrup Almaniya Federal Hökumətini bir sıra məqamlara diqqət yetirməyə səsləyir  Sənəddə Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixinə nəzər salınaraq, Azərbaycan torpaqlarının hələ də erməni silahlı qüvvələrinin işğalı altında olması, BMT TŞ-nın münaqişə ilə bağlı 4 qətnaməsinin qəbul edilməsi, 1994-cü ildən bəri tərəflər arasında atəşkəs əldə olunsa da təmas xəttində mütəmadi şəkildə insidentlərin baş verməsi, Almaniyanın bu münaqişənin həllində öz mövqeyini dəyişməməsi və Azərbaycanın Avropanın enerji təhlükəsizliyin təmin olunmasında oynadığı rol öz əksini tapıb.   Sənəddə Xarici Siyasət üzrə İşçi Qrup Almaniya Federal Hökumətini aşağıdakı məqamlara diqqət yetirməyə səsləyir: 1. ATƏT, NATO və BMT-dəki tərəfdaşlarımızla birgə Dağlıq Qarabağ münaqişəsinə daha çox diqqət ayrılması, münaqişənin sülh yolu ilə həlli üçün bütün tərəflərin siyasi kompromislərə hazır olması, təmas xəttində yaşayan insanların həyatlarının təhlükəsizliyinə təminat verilməsi və qarşılıqlı etimad yaratma tədbirləri həyata keçirilməsi; 2. Münaqişənin həllində Avropa İttifaqının (Aİ) rolunun artması, Minsk qrupunda Fransanın tutduğu yerə Aİ-nin gətirilərək, münaqişə tərəfləri arasında vasitəçilik edə biləcək və Aİ-nin konkret mandatına malik olan Cənubi Qafqaz üzrə Xüsusi Nümayəndəsi müəyyənləşdirilməsi; 3. Şərq Tərəfdaşlığı çərçivəsində Ermənistan və Azərbaycanın siyasi və iqtisadi cəhətdən bir-birinə yaxınlaşdırılması üçün bütün mümkün vasitələrdən istifadə olunması və bu çərçivədə regional münaqişənin həlli mexanizminin işlənib hazırlanması; 4. Dağlıq Qarabağ münaqişəsinin həllində əsas ölkə olan tərəfdaşımız Rusiyanın status-kvonun saxlanması &uum... Devamı

14 02 2012

Meksikanın “The News” qəzetində Xocalı soyqırımı ilə bağlı məqal

Meksikanın “The News” qəzetində Xocalı soyqırımı ilə bağlı məqal |  görsel 1

İngilis dilində dərc olunan nəşrdə Meksika ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafı da yer alıb.  Meksikanın ingilis dilində dərc olunan “The News” qəzetində Meksika ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafı, habelə bu yaxınlarda Meksika Konqresində Ermənistanın Azərbaycana qarşı təcavüzü və Xocalı soyqırımına dair qəbul edilmiş qətnamələrdən bəhs edən geniş məqalə dərc edilib.   Azərbaycanın Meksika Səfirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, “Latın Amerikasında Azərbaycanın Meksikada açılmış ilk səfirliyi Meksika ilə ikitərəfli münasibətlərə xüsusi önəm verir” və bu əlaqələrin inkişaf etdirilməsinin göstəricisi kimi yüksək səviyyəli qarşılıqlı səfərlər, xüsusən də Nazir E.Məmmədyarovun 2011-ci ildə Meksikaya həyata keçirilmiş səfəri, mədəniyyət sahəsində müxtəlif tədbirlər, iki ölkə arasında imzalanmış bir sıra sazişlər misal göstərilib.   Daha sonra məqalədə, 2011-ci ilin noyabr və dekabr tarixlərində Meksika Senatı və Deputatlar Palatası tərəfindən Ermənistanın Azərbaycana təcavüzü və Xocalı soyqırımına dair qəbul edilmiş qətnamələrdən söz açılıb. Bildirilib ki, sözügedən sənədlərə əsasən, “Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işğalı pislənilib, BMT TŞ-nın qətnamələrinin Ermənistan hökuməti tərəfindən yerinə yetirilməsi və işğal edilmiş ərazilərin geri qaytarılması tələb edilib, həmçinin təcavüz nəticəsində iyirmi il öncə fevral ayında Xocalı şəhərində 600-dən çox dinc əhalinin etnik təmizləməyə məruz qaldığı və soyqırımın baş verdiyi qəbul edilib”. Aynur Əliyeva ... Devamı

14 02 2012

HOCALI SOYKIRIMI - 20

HOCALI SOYKIRIMI - 20 |  görsel 1

Xocalıda şəhid olan insanların heç birinin ruhu əbədiyyətə qovuşmayıb. Bu zalım dünyada sürünüb bizdən ədalət gözləyirlər. "Biz Xaçaturla ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq". Zori Balayan "Ruhumuzun dirçəlişi" adlı kitabından  Dünyada baş verən bütün soyqırımlardan fərqlidir Xocalı.. Uzun illər boyu dünyanın müxtəlif ölkələrində həyata keçirilən, tarixə düşən heç bir soyqırım faktı Xocalıdakı qədər amansız olmamışdı. İndiyə qədər görülməyən vəhşiliklər, insan təsəvvürünə sığa bilməyəcək qədər amansız zülm, dillə deyilə bilməyəcək yanğı yaşandı həmin gün.. Sinizmdən doğan amansızlıq Cənubi Qafqazda növbəti humanitar fəlakəti Azərbaycan tarixinə qanlı hərflərlə yazdı...   Düşünəndə ki, orda həlak olan hər kəsin gələcəyi, hər bir körpənin gəncliyi, hər bir gəncin sevgisi, ümidləri, arzuları vardı... Ailələri, valideynləri, övladları, dostları, sevdikləri də həmçinin.. Faciənin dərinliyini şəkillərə baxdıqca daha çox dərk edir insan. O insanlara ki, bütün həyatları zalım bir siyasət, əsassız bir iddia, vəhşi bir qətliam sonucu he&... Devamı

09 02 2012

Fotoğraf

Fotoğraf |  görsel 1

Devamı

09 02 2012

EK İŞ EK GELİR ARAYANLAR. internette geçirdiğiniz zamanı paraya

EK İŞ EK GELİR ARAYANLAR. internette geçirdiğiniz zamanı paraya çevirerek kazanç elde edebilirsiniz. tamamen ücretsiz üyelik ve maximum kazanç.. Dolaştığınız... Atatürkün En Net Ses Kaydı - YouTube Devamı

09 02 2012

Atatürkün yeni videoyazısı tapıldı

Atatürkün yeni videoyazısı tapıldı |  görsel 1

Videçarx ABŞ Milli arxivində aşkarlanıb Türkiyə lideri Atatürkün indiyədək olan ən keyfiyyətli videoyazısı aşkar edilib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, videoyazı ABŞ-in Milli arxivində tapılıb. Video 1950-53-cü illərdə Koreya müharibəsi zamanı lentə alınıb. Videyazıda Atatürk türk millətinin təbiətdən demakratik olduğu məlumatını verib. Qeyd edək ki, indiyədək Atatürkün ən uğurlu videoyazısı 1927-ci ildə lentə alınan videoçarx olduğu hesab edilirdi. Ancaq bu videoyazıda Atatürkün səsi xırıltılı və zəif eşidilir. Devamı

06 02 2012

AVROPA BİRLİYİNİN QARABAĞ SİYASƏTİNİN İFLASA UĞRADIĞI AÇIQLANDI

AVROPA BİRLİYİNİN QARABAĞ SİYASƏTİNİN İFLASA UĞRADIĞI AÇIQLANDI |  görsel 1

Brüsseldə təqdim edilən hesabata görə, Birliyin münaqişənin nizamlanmasına yönələn səyləri “2  Avropa İttifaqının son 10 ildə Qarabağ münaqişəsinin nizamlanmasına yönələn səyləri heç bir nəticə verməyib. Bu barədə Brüsseldə açıqlanmış hesabatda bildirilir. Avropa İttifaqının rəsmi saytına istinadən yayılan xəbərlərə görə, “Avropanın xarici siyasət göstəriciləri-2012" adlı hesabat Avropa Xarici Əlaqələr Şurası tərəfindən hazırlanıb. Hesabatda göstərilir ki, Aİ-nin Qarabağ münaqişəsinə dair səyləri bir neçə istiqamətdən iflasa uğrayıb. “Aİ dondurulmuş münaqişənin nizamlanmasına dair konsensus əldə olunmasını dəstəkləyib, lakin buna nail olmaq üçün çox cüzi addım atıb. Dağlıq Qarabağ, Cənubi Osetiya və Abxaziya münaqişələri Aİ-nin gündəmində yer almayıb”, - deyə hesabatda bildirilir.  Hesabatı hazırlayan xarici siyasət üzrə avropalı ekspertlərə görə Brüsselin səylərinin tamamilə, iflasa uğradığı bir vaxtda Azərbaycanla Ermənistan arasında gərginlik artır. Onların arasında qəfil hərbi əməliyyatların başlanması riski qalmaqdadır. Hesabata görə, Dnestryanı, Abxaziya və Cənubi Osetiya münaqişələri ilə müqayisədə Aİ-nin Qarabağ münaqişəsinin nizamlanmasına təsir imkanları məhduddur. İttifaqa üzv olan bütün dövlətlər bu münaqişənin dinc yolla nizamlanmasını dəstəkləyir. Lakin həm üzv ölkələr, hm Aİ-nin institutları digər dondurulmuş münaqişələrə nisbətən Qarabağ münaqişəsinə az diqqət ayırıblar. Həmçinin Aİ birbaşa danışıqlar prosesində iştirak etmir, onu Minsk Qrupunda Fransa təmsil edir. Rusiya və ABŞ-la birlikdə Minsk Qrupuna həmsədrlik edən Fransa Aİ-nin Qarabağ münaqişəsinin nizamlanması prosesindəki təmsilçisi funksiyasından imtina etmək fikrində deyil. “Nəticədə, Aİ-yə üzv olan dövlətlə... Devamı

01 02 2012

BLOGCU.COM LUTFEN BANA KOMEK EDIN. BEN SIKILDIM, BEN BIKDIM. SIZ

BLOGCU.COM LUTFEN BANA KOMEK EDIN. BEN SIKILDIM, BEN BIKDIM. SIZE DEGISMEDE BASARILAR DILIYORUM. www.realistadilaz.blogcu.com Devamı

31 01 2012

Ezizim blogcu, benim arsivdeki yazilarim neden acilmiyor?

Ezizim blogcu, benim arsivdeki yazilarim neden acilmiyor? |  görsel 1

Ezizim blogcu, benim arsivdeki yazilarim neden acilmiyor? Ne olur, komek edin de. Karsidan XOCALI FACIESI gelir. Bununla bagli yazilarim ve fotograflarim olacaq. Pica ederim komek edin. Devamı

24 01 2012

“ERMƏNİ SOYQIRIMI” LAYİHƏSİNİN MÜƏLLİFİ AŞ PA SƏDRİ OLDU

“ERMƏNİ SOYQIRIMI” LAYİHƏSİNİN MÜƏLLİFİ AŞ PA SƏDRİ OLDU |  görsel 1

Dünən Strasburqda keçirilən Avropa Şurası Parlament Assambleyasının qış sessiyasının ilk günündə qurumun yeni sədri seçilib. APA-nın Avropa bürosunun məlumatına görə, bundan sonra quruma Fransanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri, Fransa Milli Assambleyasının deputatı Jan-Klod Minyon sədrlik edəcək. Assambleyanın daxili nizamnaməsinə görə, yeni sədr iki il ərzində bu vəzifəni tutacaq.  62 yaşı olan Jan-Klod Minyon 1993-cü ildən etibarən Fransa Milli Assambleyasının AŞ PA-dakı nümayəndə heyətinin üzvüdür, 2002-2003-cü illərdə və 2007-ci ildən bəri nümayəndə heyətinə rəhbərlik edir. Assambleyada Avropa Xalq Partiyasının vitse-prezidentidir. Fransada hakim Xalq Hərəkatı Partiyasının (UMP) üzvü və ölkəsində nüfuzlu siyasi simalarından hesab olunan Jan-Klod Minyon ötən əsrin 70-ci illərindən Fransada fəal siyasətlə məşğul olub və 1988-ci ildən etibarən Fransa Milli Assambleyasının üzvüdür.  Parlamentar fəaliyyəti dövründə Milli Assambleyada Avropa və xarici məsələlərlə məşğul olan bir neçə komitənin üzvü olub, 1990-cı illərin əvvəllərində üzv olduğu partiyada Mərkəzi və Şərqi Avropa ölkələrində yeni demokratikləşən ölkələrlə əlaqələr üzrə baş katib vəzifəsində çalışıb. Xatırladaq ki, Jan-Klod Minyon Fransa Milli Assambleyasında Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvüdür. Eyni zamanda Milli Assambleya və AŞ PA-dakı fəaliyyəti zamanı uydurma “erməni soyqırımı”nın tanınmasının tərəfdarı olub. 2001-ci ildə Fransa Milli Assambleyasının “erməni soyqırımı”nı tanıması haqda qanun layihəsi təklifini imzalayanlar arasında onun da adı var. Bundan başqa, Jan-Klod Minyon AŞ PA-nın vitse-prezidenti vəzifəsində olduğu zaman bu qurumda da qondarma “erməni soyqırımı”nın tanınması və onun pislənməsi haqda yazılı bəyana... Devamı

24 01 2012

SOÇİ SAMMİTİ BƏYANATLA YEKUNLAŞDI

SOÇİ SAMMİTİ BƏYANATLA YEKUNLAŞDI |  görsel 1

 Prezidentlərin imzaladığı birgə bəyanata görə, münaqişəni erməni və azərbaycanlı ziyalılar, elm və ictimaiyyət xadimləri “nizamlayacaq”  Dünən Soçidə Rusiya prezidenti Dmitri Medvedyevin vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Ermənistanla Azərbaycan dövlət başçıları arasında keçirilən sayca 10-cu görüş gözlənildiyi kimi, hansısa razılaşmaya gətirib çıxarmayıb. Prezidentlər bu dəfə də ümumi məzmunlu birgə bəyanat imzalayaraq ayrılıblar və belə qərara alınıb ki, danışıqları sürətləndirməklə yanaşı, tərəflər arasında qarşılıqlı etimadı möhkəmləndirməyə xidmət edən humanitar xarakterli təmaslar da çoxalsın.  Xəbər verildiyi kimi, Kreml Soçi sammitinə ciddi hazırlıq işləri aparıb. Əvvəlcə xarici işlər naziri Sergey Lavrov Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirlərini ayrı-ayrılıqda qəbul edərək onunla prezidentlərin görüşünə hazırlıq məsələlərini müzakirə edib. Daha sonra Rusiya xarici işlər nazirinin müavini, XİN-də Qarabağ məsələsini kurasiya edən Qriqori Karasin və nazirin beynəlxalq təhlükəsizlik məsələləri üzrə müavini Sergey Ryabkov Vaşinqtona səfər ediblər. Burada ABŞ dövlət katibinin müavinləri ilə Qarabağa dair müzakirələr olub. Vaşinqtondakı diplomatik qaynaqlardan bildirildiyinə görə, Rusiya diplomatları Soçi sammitində prezidentlər tərəfindən imzalanması nəzərdə tutulan hansısa sənədin mətnini Amerika tərəfi ilə razılaşdırıblar. Nəhayət, yanvarın 21-də axşam Rusiya XİN-də Minsk Qrupu həmsədrləri ilə məsləhətləşmələr olub. Kreml görüşün nə məqsəd güddüyünü əvvəlcədən açıqladı  Dünən isə danışıqlar başlamazdan əvvəl Kremlin mətbuat xidməti prezident Medvedyevin 2008-ci ildən başlayan vasitəçilik missiyasının icmalı barədə məlumat yayıb. Bu a&c... Devamı

24 01 2012

Avropa Şurasının baş katibi erməni deputata sərt cavab verdi

Avropa Şurasının baş katibi erməni deputata sərt cavab verdi |  görsel 1

Torbörn Yaqland: “Tarixlə tarixçilər məşğul olmalıdırlar”  Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası dünən günün ikinci yarısında öz işini davam etdirib. Sessiyada Avropa Şurasının baş katibi T. Yaqland deputatlar qarşısında çıxış edib. Ənənə üzrə baş katibin çıxışından sonra deputatlar ona sualla müraciət ediblər. Erməni deputat Naira Zöhrabyan qondarma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsi ilə bağlı sual verib.   T. Yaqland bu məsələnin Fransanın işi olduğunu bildirmiş və öz ölkəsinin - İsveçin qanun layihəsi ilə bağlı mövqeyini açıqlayıb. Baş katib ölkəsinin belə bir qanunun qəbul edilməsinin qəti əleyhinə olduğunu söyləyib və qeyd edib ki, tarixi hadisələrlə bağlı siyasi qərarlar vermək lazım deyil: “Tarixlə tarixçilər məşğul olmalıdırlar. Türkiyə hökuməti vaxtilə soyqırımı iddialarını araşdırmaq üçün tarixçilərdən ibarət komissiyanın yaradılmasını təklif etmişdi”. O, bu komissiyanın tövsiyələrini tanıyacağını bildirib.     Mahir Məmmədli Devamı

24 01 2012

Türkiyənin Fransadakı səfiri bəyanatla çıxış etdi

Türkiyənin Fransadakı səfiri bəyanatla çıxış etdi |  görsel 1

Türkiyə Fransa ilə diplomatik münasibətləri müvəqqəti işlər vəkilləri səviyyəsinə endirəcək  Türkiyənin Fransadakı səfiri Tahsin Burcuoğlu bu ölkə Senatında qondarma “erməni soyqırımı”nın inkarına görə məsuliyyət nəzərdə tutan qanunun qəbulu ilə bağlı bəyanat verib. ANS PRESS-in Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, diplomat Fransa Senatının qərarının kökündən yanlış olduğunu və Türkiyənin baş verənlərə görə məsuliyyət daşımadığını bildirib. “Biz mümkün olan hər şeyi etdik. Ümid edirəm ki, Fransanın Konstitusiya Məhkəməsi qanun layihəsini geri qaytaracaq”.   Səfir onu da bəyan edib ki, Türkiyə Fransa ilə diplomatik münasibətləri müvəqqəti işlər vəkilləri səviyyəsinə endirəcək. “Çox güman ki mən Türkiyəyə qayıdacağam. Ölkələrimiz arasında münasibətlər səfirliklər yox, müvəqqəti işlər vəkilləri səviyyəsində olacaq”, - Tahsin Burcuoğlu bildirib.   Türkiyəli diplomatın sözlərinə görə, ölkəsi Fransa Senatının qəbul etdiyi qanunla heç vaxt barışmayacaq: “Nəticələrə gəldikdə, hər şey mümkündür. Çünki, bu, Türkiyə üçün çox həssas məsələdir. Bunun nəticəsini hamı, o cümlədən, Türkiyə, Fransa və Ermənistan çəkəcək”.   Mahir Məmmədli Devamı

24 01 2012

Türkiyə XİN Fransanın “soyqırımı” qərarına etiraz etdi

Türkiyə XİN Fransanın “soyqırımı” qərarına etiraz etdi |  görsel 1

“Bu qərara reaksiyamızı bütün platformlarda bildirəcəyimizi elan edirik”  Türkiyə Xarici İşlər Nazirliyi Fransa Senatında qəbul edilən, qondarma “erməni soyqırımı"nı inkar edənlərə cəza verilməsini nəzərdə tutan qanun layihəsinə kəskin reaksiya bildirib. Türkiyə mətbuatının yaydığı məlumata görə, nazirlik bütün platformlarda bu qərara etiraz edəcəklərini açıqlayıb. “Hərtərəfli problemli olan və məsuliyyətsizlik nümayiş etdirən bu qərarı kəskin şəkildə pisləyir və bu qərara reaksiyamızı bütün platformlarda bildirəcəyimizi elan edirik. Qanunun qəbul olunması prosesi başa çatdıqdan sonra daha əvvəl nəzərdə tutduğumuz tədbirləri müvafiq şəkildə sürətlə həyata keçirəcəyimizi də xatırlatmaqda fayda görürük”.     Şirəli Məmmədov Devamı

24 01 2012

Fransa Senatı “erməni soyqırımı” ilə bağlı qanunu qəbul etdi

Fransa Senatı “erməni soyqırımı” ilə bağlı qanunu qəbul etdi  |  görsel 1

Qondarma "soyqırımı"nı inkara görə məsuliyyət nəzərdə tutan sənədin lehinə 127, əleyhinə 86 senator səs verib  Fransa Senatı qondarma “erməni soyqırımı”nı inkara görə məsuliyyət nəzərdə tutan qanun layihəsini qəbul edib. ANS PRESS-in məlumatına görə, Fransanın Türkiyə ilə münasibətlərinə ciddi zərbə vuracaq qanunun lehinə 127, əleyhinə 86 senator səs verib.  Fransa qanunveriiliyinə görə, prezident qəbul edilmiş sənəd hökumətə təqdim olunduqdan sonra 15 gün ərzində onu təsdiqləməlidir. O, müddət bitdiyində parlamentdən qanuna və ya onun ayrı-ayrı maddələrinə yenidən baxılmasını xaşiş edə bilər. Bu xahiş rədd edilə bilməz.  Fransa Senatında qondarma “erməni soyqırımı”nın inkarına görə məsuliyyət nəzərdə tutan qanun layihəsinin müzakirəsi davam edir. ANS PRESS-in məlumatına görə, qanunverici orqanın müzakirəsinə qanun layihəsinin 1-ci maddəsinin ləğvi ilə bağlı düzəliş çıxarılıb. Konstitusiya Komissiyasının sədri Jan Pyer Süyor düzəlişin lehinə çıxış edib. Parlamentlə əlaqələr üzrə nazir Patrik Ollye isə düzəlişləri qəbul etməməyə çağırıb.  Sonra düzəliş səsə qoyulub. Onun lehinə 86, əleyhinə isə 120 senator səs verib. Beləliklə, qanun layihəsinin qondarma “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan 1-ci maddəsi qəbul edilib.   Mahir Məmmədli Devamı

23 01 2012

ERMƏNİSTANDAN CİNAYƏTKARLARI QARABAĞA KÖÇÜRMƏK PLANI CİDDİLƏŞİR

ERMƏNİSTANDAN CİNAYƏTKARLARI QARABAĞA KÖÇÜRMƏK PLANI CİDDİLƏŞİR |  görsel 1

Yaxın vaxtlarda bu barədə qanun layihəsi parlamentdə müzakirəyə çıxarılacaq, Azərbaycanın işğal altındakı ərazilərində demoqrafik vəziyyəti dəyişmək üçün yeni avantürist cəhd edilir, lakin İrəvanda bu avantüraya qarşı çıxanlar da var  Ermənistanda həbsxanalarda cəza çəkən cinayətkarları həbsdən azad edib Azərbaycanın işğal altındakı ərazilərinə köçürmək planı ilə bağlı müzakirələr ciddiləşir. İrəvandan erməni jurnalistin “Eurasianet.org” saytında dərc edilmiş məqaləsinə əsasən, yaxın vaxtlarda bu barədə qanun layihəsinin parlamentdə müzakirəyə çıxarılacağı gözlənilir.  Xəbər verildiyi kimi, Ermənistanda bəzi QHT-lər tərəfindən ötən ilin sonlarında həbsxanalarda cəza çəkən məhbusları həbsdən azad edərək işğal altındakı Azərbaycan ərazilərində yerləşdirmək ideyası ortaya atılıb və bu barədə qanun layihəsi hazırlanıb. Belə məlum olur ki, bu layihə artıq parlamentdədir və tezliklə onun müzakirələri başlayacaq. Məhbusların həbsxanadan Qarabağa köçürülməsi məskunlaşmanın “Avstraliya modeli”dir. Britaniya imperiyası 1780-ci ildə Avstraliyanı öz müstəmləkəsinə çevirəndə orada məskunlaşma aparmaq üçün məhbusları həbsxanalardan azad edib gəmilərlə qitəyə yola salmışdı.  Erməni jurnalistin məqaləsində deyildiyinə görə, müzakirəyə təqdim edilən qanun layihəsi nisbətən yüngül cinayətlər törətmiş məhbuslara seçim təklif edəcək: ya cəzalarının qalan hissəsini həbsxanada çəkmək, ya da azadlığa çıxıb Qarabağda məskunlaşmaq. Qanun layihəsində məhbusların məskunlaşması üçün “azad ərazilər” nəzərdə tutulur. Aydındır ki, söhbət Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ətrafındakı işğal edilmiş rayonlarından gedir. Bildirilir ki, Ermənistan bu əraziləri 20 ilə yaxındır nəzarət altında saxlasa d... Devamı