23 01 2012

RAFİQ ƏLİYEVİN TƏKLİFİNƏ DƏSTƏK GƏLDİ

RAFİQ ƏLİYEVİN TƏKLİFİNƏ DƏSTƏK GƏLDİ |  görsel 1
RAFİQ ƏLİYEVİN TƏKLİFİNƏ DƏSTƏK GƏLDİ |  görsel 2
RAFİQ ƏLİYEVİN TƏKLİFİNƏ DƏSTƏK GƏLDİ |  görsel 3

Natiq Miri: “Bütün işləri Xarici İşlər Nazirliyinin üstünə atmaq düzgün deyil” Elxan Mehdiyev: “Qarabağ konflikti ilə məşğul olan mərkəzlər dəstəklənmirsə, heç olmasa mane olmasınlar”  Adı Nobel mükafatına namizədlər sırasında çəkilən dünya şöhrətli riyaziyyatçı-alim, professor Rafiq Əliyev Qarabağ məsələsinin həllində ən birinci yolun konfliktologiya ilə məşğul olan beyin laboratoriyasının yaradılması olduğunu bəyan edib. Professor bildirib ki, Qarabağ problemini beynəlxalq müstəviyə çıxartmaq yanlış addım olub. Çünki beynəlxalq müstəviyə çıxandan sonra beynəlxalq siyasi fəzada məsələni həll etmək çox çətin işdir.  Professor problemi həm də Azərbaycanda Qarabağ probleminə aid laboratoriyaların, institutların yaradılmamasında görür: “İnstitutlar işləməlidir. SSRİ-ni ABŞ institutları dağıtdı. Amma ola bilər ki, o laboratoriyadakı alınmış qərarların yerinə yetirilməsi üçün qılınc da lazım olsun. Nəhayət, Qarabağ probleminin həllinə xalqı cəlb etmək lazımdır. Bütün güc mərkəzləri görməlidir ki, bu problemin arxasında xalq durur. Onu görməsə, məsələnin həlli alınmayacaq”.  Ekspertlər də Rafiq Əliyevin fikirlərinin haqlı olduğunu və təklifinin dövlət səviyyəsində reallaşmasının vacibliyini bildirirlər. Sülh və Münaqişələrin Həlli Mərkəzinin sədri Elxan Mehdiyev bildirdi ki, Azərbaycanda Qarabağ münaqişəsini araşdıran bir neçə güclü mərkəzin yaradılması vacibdir: “İsraildə yüzə qədər müxtəlif adlarda bu cür mərkəz var. Dövlət həmin Mərkəzlərin fəaliyyətinə mane olmur, fəaliyyətin daha da güclənməsinə imkan yaradır. O Mərkəzlərdə düşüncə sahibləri araşdırma aparır, analiz edir, komplekt materiallar hazırlayır və ölkəyə çatdırırlar. Azərbaycanda isə mən ... Devamı

23 01 2012

Azärbaycan Respublikasının Prezidenti Cänab İlham Heydəroğluna

Azärbaycan Respublikasının Prezidenti Cänab İlham Heydəroğluna |  görsel 1

AÇIQ MÜRACİÄT Hörmätli Cänab Prezident, Azärbaycan Respublikası 20 ildän artıqdır ki, ikinci müstäqillik dövrünü yaşamaqdadır. Bu dövr ärzindä bir çox sahälärdä milliläşmä aparılmış, dövlätimiz uğurlu idaräetmä sayäsindä möhkäm tämällär üzärinä oturdulmuşdur. Älbättä ki, Azärbaycanın dünyanın sayılıb seçilän dövlätläri arasında yer almasında şäxsän Sizin rolunuz danılmazdır. Uzun zaman hällini gözläyän bir çox ümummilli problemläri öz qätiyyätli vä qärarlı addımlarınızla häll etmäyiniz ondan xäbär verir ki, şäxsän Siz Azärbaycan Respublikasının prezidenti olaraq ölkämizin müstäqilliyinin daha da möhkämlänmäsi, onun bizä yad mädäniyyätlärin täsirindän azad edilmäsi vä özünü täsdiqi üçün durmadan çalışırsınız. Biz, adi Azärbaycan vätändaşı olaraq Sizin bu yanaşmanızı täqdir edirik vä sevinirik ki, Prezidentimiz bu qädär enerjili bir şäkildä çalışmaqdadır. Hörmätli Cänab Prezident, Hälli vacib mäsälälärdän biri dä Azärbaycan Respublikası vätändaşlarının soyadlarının milliläşdirilmäsi ilä bağlıdır. Sizin rähbärliyiniz altında bu mäsälänin dä hälli üçün son iki ildä gäräkli addımlar atılmış, soyadların milliläşdirilmäsi üçün lazım olan qanunverici baza hazırlanaraq täsdiqlänmişdir. Sevindirici haldır ki, vätändaşlarımız çox sadä bir... Devamı

21 01 2012

İran səmasında qara buludlar: müharibə labüddür

İran səmasında qara buludlar: müharibə labüddür |  görsel 1

 Neçə illərdən bəri Vaşinqtonla Tehran arasında gərginləşmiş münasibətlər indi mediada və xalq arasında tez-tez səslənən sadə bir sual cümləsi ilə ifadə olunmaqdadır: ABŞ İranı vuracaqmı? Son günlərə qədər bu dilemmaya inamla “yox” deyənlərin arqumentləri xeyli tutarlı görünürdüsə, yeni ilin ikinci ongünlüyündə cərəyan edən hadisələr vəziyyətin xeyli dəyışdiyini təsdiqləyir. Yaponiyanın İrandan neft almasını azaltması, Çinin bəyanatlarında ahəngin yumşalması, Avropanın iqtisadi sanksiyalardan bir şey çıxmayacağı qənaətinə gəlməsi ciddi mətləblərdən xəbər verir. Məncə, hücum üçün yanvarın 30-nun dəqiq tarix kimi göstərilməsi də təkcə Tehrana psixoloji təzyiq məqsədi daşımır. Bu məsələdə İrana təsəlli olacaq bircə məqam varsa, o da Rusiyanın BMT-də sanksiyalara qarşı savaşması və Vaşınqtonla Tehran arasında görünməz vasitəçiliyidir.   Bəs 500 tonluq atom silahına malik ABŞ-ın real hədələri qarşısında əlindəki uranı zənginləşdirmək üçün 15-20 kiloqram xammala yiyələnmiş İran neyləyir? Təhlükəni necə duyur, hansı hərbi-siyasi imkanları var, müharibə təhlükəsini önləməyə hazırdırmı və ümumiyyətlə, Pentaqon hava əməliyyatlarına başlasa ölkə nə edəcək? Adama elə gəlir ki, Tehran bu sualların cavabını özü də bilmir və hələlik Allah ümidinə olsa da, özünə xas hərbi ritorikasını davam etdirir, Amerikaya cavab vermək qüdrətindən və İsraili Yer üzərindən silmək planlarından dəm vurur.  Əslində isə hadisələr göstərir ki, vəziyyətin kəskinləşməsi və qığılcımın alova çevrilməsi təhlükəsi qalır. Hətta belə görünür ki, İran Hörmüz boğazını blokadaya almasa da Vaşinqton düşündüyü ssenarini gerçəkləşdirəcək. Ona görə də indiki halda Iran hakimiyyətinin hərbi ritorikası onunla nəticələ... Devamı

21 01 2012

Avropanın gözü qarşısında vəhşilik

Avropanın gözü qarşısında vəhşilik |  görsel 1

Danimarkada irqçi bir qrupun hücumuna məruz qalan türk gənc döyülərək öldürülüb.  Ötən gecə 21 yaşlı Cem Aydın yaşadığı Kopenhagenin Frederiksberq səmtində baş verən hadisədə, Kong Georgs Vej küçəsindəki evinin yaxınlığında 8-10 nəfərdən ibarət qrupun hücumuna məruz qalıb. Aydın beysbol ağacı ilə faciəvi şəkildə döyülüb.   Şahidlərin bildirdiyinə görə, yerə yıxılan Aydının üstündə tullandıqları söylənin və danimarkalı olduqları bildirilən qrup hadisə yerindən qaçıb. Riqshospital xəstəxanasına aparılan Cem Aydın respiratora qoşulub. Həkimlər komaya düşən Aydına qoşulan respiratorun dayandırılması üçün ailəsinə müraciət edib. Əvvəl buna icazə verməyən ailə daha sonra razılaşıblar. Aydın dünən yerli vaxtla saat 20.30 radələrində respiratordan ayrılıb və dünyasını dəyişib.   Qeyd edək ki, universitetə hazırlaşan Cem Aydının həkim olan böyük qardaşının dünən ad günü imiş. Bundan əlavə, Kopenhagendə ötən ay da bir türk gənci irqçilər tərəfindən döyülərək xəstəxanalıq edilmişdi. Devamı

21 01 2012

Türkiyədəki azərbaycanlılar imzatoplama kampaniyası keçiriblər

Türkiyədəki azərbaycanlılar imzatoplama kampaniyası keçiriblər |  görsel 1

Onlar qondarma erməni soyqırımı barədə qanun layihəsinə qarşı topladıqları imzaları TBMM sədrinə təqdim ediblər.  Qondarma erməni soyqırımı iddialarını inkar edənlərin cəzalandırılmasına dair qanun layihəsinə qarşı Türkiyədəki azərbycanlıların topladıqları imzalar bu ölkənin parlament sədri Cəmil Çiçəyə təqdim olunub. İyirminci əsrin ən ağır cinayətlərindən biri olan Xocalı qətliamı haqqında braşür və disklər parlamentin spikeri və siyasi partiyaların qrup sədrlərinin müavinlərinə təqdim olunub.  Devamı

21 01 2012

KREMLİN YENİ QARABAĞ PLANI VAR

KREMLİN YENİ QARABAĞ PLANI VAR |  görsel 1

Yüksək vəzifəli rusiyalı diplomatlar prezidentlərin Soçi görüşü ərəfəsində bu planı Vaşinqtonla razılaşdırıb, münaqişəyə dair yeni üçtərəfli bəyanat gözlənilir, rəsmi Bakı bir gün sonra baş tutacaq danışıqlara ümidlə baxır  Rusiya Prezidenti Administrasiyasının Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair yeni planı var və onun bir gün sonra baş tutacaq üçtərəfli Soçi danışıqlarında razılaşdırılmasına nail olmaq istəyir. Xəbərlərə görə, Rusiya planı prezidentlərin Soçi danışıqları ərəfəsində ABŞ-la razılaşdırıb. Yanvarın 19-də Rusiya xarici işlər nazirinin müavini, XİN-də Qarabağ münaqişəsinin nizamlanmasına dair məsələləri kurasiya edən Qriqori Karasin və nazirin digər müavini Sergey Ryabkov Vaşinqtonda amerikalı həmkarları ilə bu barədə müzakirələr aparıb.  Həmin gün Karasini ABŞ dövlət katibinin siyasi işlər üzrə müavini Uilyam Berns, Ryabkovu isə dövlət katibinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisi Ellen Tauşer qəbul edib.  Dövlət Departamentinin yaydığı məlumata görə, tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və digər regional təhlükəsizlik problemlərini müzakirə ediblər. “Turan” agentliyinə isə Vaşinqtondakı diplomatik mənbələrdən məlum olub ki, yüksək vəzifəli Rusiya və Amerika diplomatları prezidentlərin Soçidə imzalanması üçün Kreml tərəfindən hazırlanan birgə bəyanatın mətnini razılaşdırıblar.  Q.Karasin Dövlət Departamentindəki müzakirələrdən sonra Vaşinqtondakı analitiklərlə söhbətində deyib ki, Qarabağa dair yanvarın 23-də baş tutacaq Soçi sammiti çox güman ki, prezident Dmitri Medvedyev üçün sonuncu olacaq və bu görüşə böyük ümidlər var. Lakin danışıqlarda uğur əldə etmək &uum... Devamı

20 01 2012

20 Yanvar faciəsindən 22 il ötür

20 Yanvar faciəsindən 22 il ötür |  görsel 1

1990-cı ilin 20 yanvarı çağdaş tariximizə qürur və şərəf mübarizəsi tarixi kimi daxil olub  Azərbaycan xalqının qürur ünvanına çevrilmiş 20 Yanvar hadisələrindən 22 il ötür. Hadisənin başvermə səbəbləri ilə bağlı zaman-zaman müxtəlif fikirlərə, rəylərə rast gəlinsə də, bütün əks mövqelər bir nöqtədə kəsişir: bu tarixi gündə Azərbaycan xalqı əsrlər boyu qəlbində yaşatdığı milli azadlıq və istiqlal istəyindən geri çəkilməyəcəyini, bu müqəddəs amal uğrunda hətta canından belə, keçməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirdi.   1990-cı il yanvarın 20-də baş verən faciəli hadisələr süquta uğrumaqda olan sovet imperiyasının mənfur repressiya maşınının xalqımıza qarşı törətdiyi amansız cinayət idi. Həmin gün 130-dan çox dinc insanın xüsusi qəddarlıqla qətlə yetirilməsi, 1000-ə yaxın insanın yaralanması, şübhəsiz, xalqımız üçün böyük dərd, faciə idi. Lakin eyni zamanda, bu hadisə xalqımızın milli azadlıq və müstəqillik uğrunda mübarizəsinin kulminasiya nöqtəsi olmaqla, çağdaş tariximizə qürur və şərəf mübarizəsi kimi daxil oldu.   Tarixi prizmadan yanaşdıqda, aydın olur ki, 20 Yanvara aparan yol 1988-ci ilin ziddiyyətli hadisələrindən başlanır. Keçmiş imperiya rəhbərliyinin xeyir-duası ilə Ermənistanın Azərbaycana qarşı başladığı ərazi iddiaları nəticə etibarilə xalqımızın milli müstəqillik və istiqlaliyyət uğrunda mübarizəsinə impulslar verdi. Xalqımız ölkəmizin ərazi bütövlüyünu qoruyub saxlamaq üçün 1988-ci ildə öz iradəsini ortaya qoydu. Respublika vətəndaşları İttifaq mərkəzinin Azərbaycana qarşı məqsədli şəkildə həyata keçirdiyi məkrli plana etiraz edir, Dağlıq Qarabağdakı ermənilərin separatçı və ekstremist hərəkətlərinin qarşısının alınmasını, haqq-... Devamı

20 01 2012

Şəhidlər ölməz, Vətən bölünməz !

şehitler ölmez ŞEHİTLER ÖLMEZ VATAN BÖLÜNMEZ ! - YouTube Devamı

20 01 2012

ABŞ-da prezidentliyə namizəd Türkiyəni təhqir edib

ABŞ-da prezidentliyə namizəd Türkiyəni təhqir edib |  görsel 1

Texas qubernatoru Rik Perri Türkiyəni “İslamçı terrorçular tərəfindən idarə olunan ölkə” adlandırıb  ABŞ-da prezidentliyə namizəd olan Texas qubernatoru Rik Perrinin seçkiqabağı debatlar zamanı səsləndirdiyi bəyanatlar Dövlət Departamentini pis vəziyyətdə qoyub. ANS PRESS RİA Novosti agentliyinə istinadən xəbər verir ki, Mertl Biç şəhərində baş tutan debat vaxtı Rik Perri bildirib ki, ABŞ-ın regionda uzun müddət strateji müttəfiq hesab etdiyi Türkiyə “İslamçı terrorçular tərəfindən idarə olunur”, bundan başqa, bu ölkənin NATO-da üzvlük məsələsi də yenidən nəzərdən keçirilməlidir.  Yerli KİV Rik Perrinin bu bəyanatını onu araya qoymaq üçün bəhanə kimi istifadə etsə də, bu, dünyada mətbuatında rezonansa səbəb olub. Xüsusilə Türkiyə xarici işlər naziri buna cavab olaraq texaslı qubernatorun bəyanatını əsassız və qəbul edilməz olduğunu bildirib. Türkiyə xarici siyasət idarəsi bəyab edib ki, ABŞ ölkələrinin müttəfiqlərinin kim olması haqda təssəvvürü olmayan namizədlərə fikir verməməlidir.  Ötən günün ortasında Dövlət Departamentində mütəmadi keçirilən brifinqə yığışan jurnalistlər qurumun nümayəndəsi Mark Tonerdən Amerikanın ən iri və zəngin ştatlarından birinin qubernatoru Rik Perrinin bəyanatını şərh etməyi xahiş ediblər. “Biz qəti şəkildə və tamamilə bu iddialarla razı deyilik”,- deyə Mark Toner bildirib. Daha sonra jurnalistlər məsələ ilə bağlı Dövlət Departamentinin Türkiyə ilə əlaqə saxlayıb-saxlamadığını və iki ölkənin münasibətlərində hər hansı bir gərginlik yaranması ehtimalını öyrəniblər.  Qurumun nümayəndəsi əlavə edib ki, ABŞ Türkiyəni NATO və eləcə də ikitərəfli münasibətlərdə etibarlı tərəfdaş hesab edir: “Bizim regional və qlobal təhlü... Devamı

20 01 2012

“ABŞ İranı işğal edəcəyi təqdirdə Ermənistan Dağlıq Qarabağı Azə

“ABŞ İranı işğal edəcəyi təqdirdə Ermənistan Dağlıq Qarabağı Azə |  görsel 1

Rusiyalı politoloq: “İranın işğalı Rusiya Federasiyasının süqutu ilə nəticələnəcək” “ABŞ-ın İranı işğal etməsi Rusiya Federasiyasının süqutu ilə nəticələnəcək”. Bu açıqlamanı APA-nın Moskva müxbirinə rusiyalı politoloq, Müasir İran Tədqiqat Mərkəzinin baş direktoru Rəcəb Səfərov verib. Onun sözlərinə görə, İranın Avropa Birliyinin əlinə keçəcəyi təqdirdə Orta Asiyada avtomatik olaraq ABŞ-ın dominantlığı hökm sürəcək: “Eyni ilə Xəzər regionunda ABŞ hegemonluq etməyə başlayacaq. Bu Rusiyanın partnyorlarını itirməsi deməkdir. Cənubi Qafqaz ölkələrindən Azərbaycan da Qərbə istiqamətlənəcək və NATO-ya üzv qəbul olunacaq. Ermənistan işğal altında olan Dağlıq Qarabağı Azərbaycana qaytaracaq və o da NATO-ya üzv qəbul olunacaq”.  Politoloq Rusiyanın İran ətrafında baş verən proseslərə sakit yanaşmamalı olduğunu söyləyib: “ABŞ-ın məqsədi İranın enerji resurslarını ələ keçirməkdir. Bu həm də Rusiya qarşı bir hədədir. Ona görə də Rusiya dərhal İrana hərbi sahədə kömək etməli, S-300 və S-400 raketlərini İrana verməlidir. Bu gün İran ətrafında baş verən prosesləri ancaq Rusiya və Çinin birgə mövqeyi həll edə bilər. İran bu problemin öhdəsindən tək gələ bilməyəcək”. Devamı

20 01 2012

“20 Yanvar” hadisələrini çəkən fədakar kino operatorları

“20 Yanvar” hadisələrini çəkən fədakar kino operatorları |  görsel 1

“DTK” belə operatorlara kömək edirdi  1990-cı il 20 yanvar hadisələrini kinоlеntə köçürməklə tarixin vizual yaddaşına həkk еdən “Salnamə” sənədli filmlər studiyası (indiki “Salnamə” kinostudiyası) sözün həqiqi mənasında qəhrəmanlıq göstərib.   Hadisələr zamanı “Salnamə” sənədli filmlər studiyasının dirеktоru Xamis Muradovun rəhbərliyi altında studiyanın rejissor və operatorları həmin vaxt Azərbaycanda baş vеrən hadisələri çəkməklə tariximizin bu önəmli məqamlarını kinolentin yaddaşına köçürüblər. İndi biz bu kadrları hər il yanvarın 20-də çox rahat izləyə bilirik. Bəlkə də elə bu rahatlığa görə həmin qanlı-silahlı kadrların arxasında dayanan kino işçilərindən xəbərsizik. Gəlin onlardan xəbər tutaq. Çəkilişləri xatırlamaqda bizə həmin dövrdə studiyanın rejissoru və sonradan studiyanın direktoru işləmiş Tofiq Məmmədov yardımçı olacaq. “Salnamə” sənədli filmlər studiyasınını qərargahı   1988-1990-cı illərdə çəkilmiş kadrlarda yumruq kimi birləşmiş bir millət görünür. О dövrdə dünya Kütləvi İnfоrmasiya Vasitələrində azərbaycanlılar öz varlığını sübut еdən xalq kimi qiymətləndirilib. Məlumdur ki, 20 Yanvar hadisəsinə qədər rеspublikamızın sərhəd bölgələrində, о cümlədən, еrmənilər yaşayan yеrlərdə gərginlik var idi. Gəncə ətrafı kəndlərdə - Kamо, Tоdan, Çaykənddə еrmənilər yaşayırdı. Həmin ərəfədə “Salnamə” sənədli filmlər studiyasının operator və rejissorları xalqın еtiraz dalğasını lеntə alıblar. Həmin insanların arasında оlublar. Bu barədə rejissor Tofiq Məmmədovun dediklərindən: “Rus vеrtolyоtları həmin vaxt bu kəndlərə silah daşıyırdı. О vеrtоlyоtlardan biri də dərəyə düşmüşdü. Əhali tоplaşıb bu addıma qarşı müqavimət göstərirdi. Birinci rus gü... Devamı

18 01 2012

KKTC, Yavruvatan, Kuzey Kıbrıs Türk Cumhuriyeti

KKTC, Yavruvatan, Kuzey Kıbrıs Türk Cumhuriyeti Rauf Denktaş'ın Türk Dünyası'na mesajı.mp4 - YouTube Devamı

18 01 2012

Kuzey Kıbrıs Türk Cumhuriyeti (KKTC) Kurucu Cumhurbaşkanı Ruaf R

Kuzey Kıbrıs Türk Cumhuriyeti (KKTC) Kurucu Cumhurbaşkanı Ruaf Raif Denktaş son yolculuğuna "gökkuşağı" altında uğurlandı. Tedavi gördüğü Yakın Doğu Üniversi... Rauf Denktaş toprağa verildi 'Hoşçakal Toros' - YouTube Devamı

17 01 2012

Fransa Senatının sədri “erməni soyqırımı”nın inkarı qanununa qar

Fransa Senatının sədri “erməni soyqırımı”nın inkarı qanununa qar |  görsel 1

 Almaniyaya rəsmi səfər edən Fransa Senatının sədri Jan-Pyer Bel mətbuat konfransında deyib ki, “erməni soyqırımı”nı inkar edənlərə cəza verilməsini nəzərdə tutan qanunun müzakirəyə çıxarılmasına müsbət yanaşmır. O, Fransa ilə Türkiyənin yaxınlaşmasına, iki ölkə arasında əlaqələrin inkişafına ehtiyac duyulduğu bir vaxtda belə qanunun müzakirəyə çıxarılmasından ciddi narahatçılıq hissi keçirdiyini vurğulayıb. AzərTAc xəbər verir ki, qanun Senatda yanvarın 23-də müzakirə olunacaq. Layihə parlamentin aşağı palatasında 2011-ci il dekabrın 22-də qəbul olunub. Qanuna əsasən, “erməni soyqırımı”nı inkar edənlər cinayət məsuliyyətinə cəlb olunaraq 45 min avro cərimə və ya bir il müddətinə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. Devamı

17 01 2012

GünAz TV mətbuat mərkəzinin növbəti müsahibi, “İnam” Plüralizm M

GünAz TV mətbuat mərkəzinin növbəti müsahibi, “İnam” Plüralizm M |  görsel 1

- Vahid bəy, Azərbaycan həqiqətlərinin çatdırılması istiqamətində təbliğatımızı necə qurmalıyıq ki, dünya səsimizi eşitsin, kor olmuş gözəllər açılsın?   - Fikrimcə “Azərbaycan həqiqətləri” deyilən o “vacib xəbəri” ilk növbədə Azərbaycan xalqının özünə çatdırmaq lazımdır. Özü də pıçıltı ilə yox, qulağının dibində qışqırmaqla. Bəlkə belə diksinib ayılaq. Ayılıb “Azərbaycan həqiqətləri”ni özümüz görək, səsimizi özümüz eşidək, öz kor olmuş gözlərimizi açaq. Bunu edə bilsək, inanın, dünya özü bizi dinləyəcək. Son illər dilimizi yağır eləmiş “Azərbaycan həqiqətləri” ondan ibarətdir ki, gözümüzün qabağında Qarabağ boyda vətən torpağı, mədəniyyət incisi əldən çıxmaqdadır. Qarabağ de-fakto bizim deyil. Onun de-yuri qarantı (zamini) hələ ki, neftimiz və neft borumuzdu. Vaxtilə neft əvəzinə Qarabağı qaytarmaq haqda düşünürdük, alınmadı. Bu gedişlə post(keçmiş)-neft dövründə Qarabağın hüquqi itirilməsinin konturları görünür. - Ziyalılar, siyasi şərhçilər Fransa məclisinin məlum qərarını arxasında bir çox səbəblərin durduğunu qeyd edirlər. Sizcə, Fransa niyə bu qədər türkün üzərinə gedir və doğrudanmı, bu ölkədə bu qədər güclü erməni sevgisi var? - Əgər kimsə desə ki, Fransa Minsk qrupunun üzvü olanda türkün dostu idi və Qarabağ probleminin ədalətli həllinə dəstək verəcəyinə ümidliydi, bilin ki, sizin gözünüzün içinə baxıb sizi aldadır. Necə ki, 20 ildir gözümüzün içinə baxıb ağ yalan deyirlər. Fransanın hər bir güclü xristian dövlət kimi, uzun əsrlər Avropanı təlaş içində saxlayan müsəlman inanclı bir xalqa özəl münasibəti var. Və bu ... Devamı

16 01 2012

Bəxtiyar Vahabzadə yaradıcılığından Qarabağ atı səsli şer. http:

Bəxtiyar Vahabzadə yaradıcılığından Qarabağ atı səsli şer. http://www.edebiyyat.az/index.php?option=com_content&view=article&id=642:qaraba-ati-bxtyar-vahabza... Qarabağ atı - Bəxtiyar Vahabzadənin öz səsi ilə - YouTube Devamı

14 01 2012

Ruhu şad, mekanı Tanrı Dağları olsun.

 Ruhu şad, mekanı Tanrı Dağları olsun. |  görsel 1

Türk milleti değerli bir büyüğünü bugün itibariyle kaybetmiştir. Kuzey Kıbrıs Türk Cumhuriyeti'nin kurucu cumhurbaşkanı Bozkurt Rauf Denktaş 88 yaşında uçmağa varmıştır. Ruhu şad, mekanı Tanrı Dağları olsun. Devamı

14 01 2012

Laricani Qarabağ münaqişəsinin həllini açıqladı

Laricani Qarabağ münaqişəsinin həllini açıqladı |  görsel 1

"Probleminin həlli ərazi bütövlüyü çərcivəsində həll olunmalıdır" "Dağlıq Qarabağ probleminin həlli ərazi bütövlüyü çərcivəsində və beynəlxalq hüquqi normalar əsasında həll edilməlidir". Bu barədə Türkiyədə səfəri ərəfəsində "Anadolu" agentliyinə müsahibəsində İran parlamentinin spikeri Əli Laricani bildirib. Onun sözlərinə görə, Türkiyə və İran müsəlman və dost ölkədirlər. Bunun üçün də regional problemlərin həllində onların birgə işi labüddür. Devamı

14 01 2012

Ruslar "erməni soyqırımı"nı inkar etməyə görə cəzanı absurd sayı

Ruslar erməni soyqırımını inkar etməyə görə cəzanı absurd sayı |  görsel 1

“Çoxmillətli dövlət olan Rusiya Federasiyasında “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunması haqqında qanunun qəbulunu təklif etmək təxribatdır və bu prinsipcə dövlətin mövcudluğunu sarsıda bilər”.  APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu fikirləri Rusiya Dövlət Dumasının MDB məsələləri üzrə komitəsinin sədri, deputat Aleksey Ostrovski deyib. Onun sözlərinə görə, Avropa Birliyi və planetin başqa ölkələrində demokratiyanın inkişafının səviyyəsi absurd həddə çatıb: “Artıq həmin ölkələr bundan əziyyət çəkirlər. Fransa parlamentinin qəbul etdiyi qanun layihəsi də absurddur”. A. Ostrovski Rusiyanın cənubunda, Krasnodar vilayətində və o cümlədən Rusiyanın digər regionlarında ermənilərin yaşadığını söyləyib: “Eyni ilə Fransada, ABŞ-da da ermənilər yaşayır. Lakin bu o demək deyil ki, bütün Rusiya cəmiyyəti bu ideyanı qəbul etməlidir. Hesab edirəm ki, bu qanunun qəbul olunması demokratik və sivil vətəndaş cəmiyyəti normalarını aşmaq deməkdir”. Millət vəkili xalqın seçiminə görə bu məsələni qaldırmağın düzgün və konkret olmadığını söyləyib: “Bizim üçün bütün millətlər və xalqlar eynidir. Biz hamı ilə qardaşlıq və dostluq münasibətləri saxlayırıq. Məncə bu məsələni qaldırmaqla aranı qarışdırmağın və “Pandora” qutusunu açmağın heç bir mənası yoxdur, hansı ki, bu qutunu bağlamaq daha sonra çox çətin olacaq”. Qeyd edək ki, bir müddət öncə Rusiyanın Soçi şəhərində fəaliyyət göstərən “Soçi Ermənilər Birliyi” adlı diaspor təşkilatı Fransa parlamentində qəbul edilən qondarma “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyəti daşıması haqqında qanunun eynisinin Rusiya Dövlət Dumasında qəbul edilməsi üçü... Devamı

13 01 2012

http://youtu.be/4farNCt8CDA

http://youtu.be/4farNCt8CDA 1945 Tabriz South Azerbaijan - YouTube Devamı

13 01 2012

AKP HUKUMETI GÜNAZ TV NIN TÜRKSAT YAYININI KESTI !!! http://guna

AKP HUKUMETI GÜNAZ TV NIN TÜRKSAT YAYININI KESTI !!! http://gunaz.tv/ 35 MİLYON GÜNEY AZERBAYCAN TÜRK'Ü AKP'YE REST ÇEKTİ !! AKP YI YERDEN YERE VURDU ! - YouTube Devamı

13 01 2012

Güney Azerbaycan İran işgalında Güney Azerbaycan İran işgali alt

Güney Azerbaycan İran işgalında Güney Azerbaycan İran işgali altında. 35 milyon Türk, Güney Azerbaycanda İran işgali altında yaşıyor. Azerbaycan Türkleri yan... Güney Azerbaycan İran işgalında (Turkish) - YouTube Devamı

13 01 2012

QARABAĞIN İŞĞALI ERMƏNİSTANI MİLLİ FƏLAKƏTƏ SÜRÜKLƏYİB

QARABAĞIN İŞĞALI ERMƏNİSTANI MİLLİ FƏLAKƏTƏ SÜRÜKLƏYİB |  görsel 1

Berlində nəşr edilmiş kitabda deyilir ki, diaspor və Rusiya olmasa, bu ölkənin yaşamaq şansı yoxdur İrəvanda qocalar evində basabasdır, dolanışıq dalınca xaricə gedənlər yaşlı, əlsiz-ayaqsız valideynlərini atır, onları donuz fermasında işlədirlər  Azərbaycan ərazilərini işğal etməklə və uzun illərdir münaqişənin sülh yoluyla həllini əngəlləməklə Ermənistanın hansı fəlakətə sürükləndiyi təkcə bu ölkənin daxilində deyil, xaricdə də diqqətləri cəlb edir. Almaniyada nəşr edilmiş kitabda Ermənistanın Qarabağı işğal etməklə heç nə qazanmadığı, əksinə, heç bir gələcəyi olmayan, diaspordan və Rusiyadan asılı olan ölkəyə çevrildiyi vurğulanır. Kitabın müəllifləri almaniyalı tədqiqatçı-tarixçi, Konrad Adenaur Fondunun əvvəl Moskvadakı, hazırda isə Daşkənddəki nümayəndəliyinə rəhbərlik edən Tomas Kontse və isveçrəli jurnalist, İsveçrə televiziyasının ən populyar xəbər proqramının aparıcısı Tomas Foqeldir.  Azərbaycan ərazilərini işğal etməklə və uzun illərdir münaqişənin sülh yoluyla həllini əngəlləməklə Ermənistanın hansı fəlakətə sürükləndiyi təkcə bu ölkənin daxilində deyil, xaricdə də diqqətləri cəlb edir. Almaniyada nəşr edilmiş kitabda Ermənistanın Qarabağı işğal etməklə heç nə qazanmadığı, əksinə, heç bir gələcəyi olmayan, diaspordan və Rusiyadan asılı olan ölkəyə çevrildiyi vurğulanır. Kitabın müəllifləri almaniyalı tədqiqatçı-tarixçi, Konrad Adenaur Fondunun əvvəl Moskvadakı, hazırda isə Daşkənddəki nümayəndəliyinə rəhbərlik edən Tomas Kontse və isveçrəli jurnalist, İsveçrə televiziyasının ən populyar xəbər proqramının aparıcısı Tomas Foqeldir. Onlar “Sovet İttifaqından müstəqilliyə” adlı kitabı yazmaq üçün ittifaqa daxil olan keçmiş sovet respublikalarını gəziblər, o cümlədən Ermənistanda və onun işğalı altında olan... Devamı

13 01 2012

AZƏRBAYCANIN “F-16” TƏYYARƏLƏRİ VAR İMİŞ!!!

AZƏRBAYCANIN “F-16” TƏYYARƏLƏRİ VAR İMİŞ!!! |  görsel 1

Ölkəmiz sensasion hərbi hazırlıq içində Bakı ətrafındakı hərbi aerodromda azı iki belə təyyarə görünüb; hərbi qaynaqlar daha sensasion açıqlamalar verdilər; İran mənbələri isə fərqli iddialar irəli sürürlər...  Azərbaycanın Hərbi-Hava Qüvvələrinin sərəncamında dünyanın ən güclü hava döyüş texnikalarından biri olan “F-16" qırıcı-bombardmançıları var. Bu sensasion xəbər bizə hərbi çevrələrə yaxın qaynaqlardan çatıb.  Məlumata görə, həmin unikal hərbi təyyarələr bir müddət öncə Bakı ətrafında, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən və “Nasosnı” kimi tanınan hərbi aerodromda görünüb: “Buna şahid olan zabitlər də təsdiqləyib ki, aerodromun ərazisində korpusu gümüşü rənglə rənglənmiş iki belə döyüş təyyarəsi olub. Təyyarələrin üzərində hər hansı tanınma nişanı olmayıb, yalnız qara rəngdə hansısa rəqəmlərin yazıldığı görünüb. Zabitlərdən biri hətta təyyarələrə baxaraq heyrətlə ”F-16"lara baxın, bunlar burada nə gəzir?", deyib. Onun bu təəccübü həmin təyyarələrin ölkəmizin hərbi texnikası sırasında yeni olduğunu göstərən əlamət idi".  Bu mövzu ilə bağlı söhbətləşdiyimiz hərbi ekspertlər deyir ki, görünür, Azərbaycan “F-16" təyyarələrini gizli şəkildə hansısa müttəfiq ölkədən alıb. Çünki bu təyyarələri istehsal edən ABŞ onu Azərbaycana açıq şəkildə satmaz. ABŞ Konqresinin Azərbaycana silah satışına qadağa qoyan xüsusi düzəlişi var, həmçinin BMT Qarabağ münaqişəsi tərəflərinə hücum silahları satılmasını qadağan edir. “F-16" təyyarələrinin qiyməti 120-130 milyon dollar arasındadır. Bu təyyarələr güclü silah sistemləri və ”hava-hava", “hava-yer” raketləri, habelə ağ... Devamı

12 01 2012

TRT Avaz İctimai TV ortaq yayımı Yeni Gün verilişi TRT Avaz İçti

TRT Avaz İctimai TV ortaq yayımı Yeni Gün verilişi TRT Avaz İçtimai TV ortak yayını Yenigün programı Ahmet Şafak - Karabağ ( Əhməd Şəfəq - Qarabağ ) - YouTube Devamı

12 01 2012

ÖTƏN İL ORDUDA BAŞ VERƏN İTKİLƏR AÇIQLANIB

ÖTƏN İL ORDUDA BAŞ VERƏN İTKİLƏR AÇIQLANIB |  görsel 1

“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi tərəfindən Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda baş verən itkilərin monitorinqi davam edir. Milaz.info portalı “Doktrina” JHAM-ın məlumatlarına əsasən 2003-cü ildən bu yana itkilərin və yaralıların adlı xronologiyasını təqdim edir. Monitorinq KİV-də əksini tapan məlumatlar əsasında aparılıb.  Son olaraq 2011-ci ildə Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda baş verən itkilərin adlı xronologiyasını təqdim edirik. Mətbuatda əksini tapan məlumatlara istinad edərək adlı siyahı üzrə 2011-ci ildə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 97 nəfər təşkil edib. Ötən müddətdə 102 nəfər yaralanıb (və ya xəsarət alıb).  Döyüş itkiləri 14 nəfər (13 nəfər erməni gülləsi, 1 nəfər mina partlayışı), qeyri-döyüş itkiləri isə 83 nəfər təşkil edir. 9 nəfər naməlum səbəbdən, 17 nəfər bədbəxt hadisədən (qar uçqunu, dəm qazından boğulma, ildırım vurması, yıxılma, elektrik cərəyanı vurması, əldə silah partlaması və s.), 15 nəfər avtoqəzadan, 12 nəfər xəstəlikdən (və ya zəhərlənmə), 1 nəfər əməliyyat tədbirlərindən, 17 nəfərsə bir-birinə qarşı silah tətbiq etmək - qeyri-nizamnamə hadisələrindən dünyasını dəyişib. 12 nəfərsə intihar edib. Dünyasını dəyişənlərin 87-i Müdafiə Nazirliyinin, 4-ü Dövlət Sərhəd Xidmətinin, 5-i Daxili Qoşunların, 1 nəfərsə Xüsusi Dövlət Mühafizəsi Dəstəsinin hərbi qulluqçusu olub. Dünyasını dəyişənlərin 15 nəfəri zabit, 5 nəfəri gizir (o cümlədən MAXHQ), 77 nəfəri isə əsgər olub.  Yaralılara gəldikdə isə 22 nəfər qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan), 5 nəfər intihara cəhddən, 38 nəfər avtomobil qəzalarından, 11 nəfər bədbəxt hadisələrdən, 22 nəfər erməni gülləsindən, 4 nəfər mina partlayışından yaralanıb və ya xəsarət alıb. Onların 11-i Dövlət Sə... Devamı

11 01 2012

Ən faydalı tərəvəz

Ən faydalı tərəvəz |  görsel 1

Bu tərəvəz orqanizmin saat kimi işləməsinə kömək edir  Pomidor 2012-ci ilin ən faydalı qidası seçilib. Bunu uzun müddətli araşdırmalardan sonra amerikalı alimlər müəyyən ediblər. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, siyahıya tərkibində daha çox antioksidant olan pomidorlar liderlik edir. Tərkibində qlükoza, fruktoza, yod, marqanez, sink, natrium, А, В, В2, В6, К, РР, Е vitaminləri olan tomat sousları insana güc verir və orqanizmin saat kimi işləməsinə kömək edir.   İkinci C vitamini ilə zəngin yerdə şirin istiot gəlir. Üçüncü isə vitamin və mineral kompleksləri ilə bol olan giləmeyvələrdir. Siyahının növbəti yerlərində qeyd edilənlər isə aşağıdakılardır. 4. Soya fındığı 5.Təbii yoqurt. 6.İspanaq 7. Brokolli 8. Zeytun yağı 9.Yağsız ət 10. Qızıl balıq   Adətən bayramlarda ziyan çəkən ciyər üçün ən məsləhətli qida almadır. Onu həm adi halda, həm də kompot kimi qəbul etmək olar. Gündə ən azı 2 alma yemək məsləhət görülür.   Diqqət mərkəzində olan tərəvəzlər siyahısında narıncı rəngdə olanlar da var. Xüsusilə, balqabaq və yerkökü. Balqabaq ciyər üçün ümumiyyətlə ən yaxşı qida hesab edilir. Kəmalə Məmmədova Devamı

11 01 2012

Almaniyada Xocalı soyqırımının 20 illiyinə həsr olunmuş kitab nə

Almaniyada Xocalı soyqırımının 20 illiyinə həsr olunmuş kitab nə |  görsel 1

242 səhifəlik kitabın müəllifi Rolf Kunshdur Almaniyada Xocalı soyqırımının 20 illiyinə həsr olunmuş kitab nəşr olunub. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Almaniyada Xocalı soyqırımından bəhs edən kitab və almanca-azərbaycanca sözlük nəşr edilib. Məlumatda qeyd olunur ki, Xocalı faciəsi haqqında 242 səhifəlik kitabın müəllifi Rolf Kunshdur. Almaniyanın Maqdeburq şəhərində fəaliyyət göstərən Saksen-Anhalt vilayəti üzrə Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin səyi sayəsində ərsəyə gələn kitabda Xocalı soyqırımı barədə ətraflı məlumat verilib, erməni vandallarının dinc azərbaycanlılara qarşı törətdiyi qətliam insanlığa qarşı cinayət kimi səciyyələndirilib. Berlində yaşayan həmyerlimiz, Alman-Azərbaycan Akademiklər Cəmiyyətinin sədri, professor Əhməd Ümid Yazdaninin müəllifliyi ilə 900 səhifəlik, 45 mindən artıq söz və ifadədən ibarət "Almanca-Azərbaycanca sözlük" də işıq üzü görüb. ANS Devamı

11 01 2012

Bolqarıstan parlamenti "erməni soyqırımı"nı müzakirədən imtina e

Bolqarıstan parlamenti erməni soyqırımını müzakirədən imtina e |  görsel 1

Soyqırım iddialarının parlamentə çıxarılması səyləri nəticəsiz qalıb  Bolqarıstan parlamenti qondarma erməni soyqırımının tanınmasının müzakirəsi haqqında ultramillətçi "Hücum" partiyasının təşəbbüsünə rədd cavabı verib. ANS PRESS-in Ermənistan mətbuatına istinadla verdiyi məlumata görə, Plovdiv, Varna, Burqas və Stara Zaqora kimi bir necə bolqar şəhərinin bələdiyyələri qondarma soyqırımının tanınması haqqında qətnaməni dəstəkləsələr də, onun parlamentə çıxarılması səyləri nəticəsiz qalıb.  Partiya lideri Volen Sidorov bildirib ki, onun partiyasının təşəbbüsündə məqsəd məsələni siyasiləşdirmək cəhdi yox, tarixin bəzi xoşagəlməz məqamlarının tanınması olub. Kəmalə Məmmədova Devamı