12 01 2012

Azərbaycan Respublikasının Milli Qəhrəmanı M.İbrahimovun atası A

Azərbaycan Respublikasının Milli Qəhrəmanı M.İbrahimovun atası A |  görsel 1

AĞAKƏRİM QARDAŞ, BAŞIN SAĞ OLSUN ! TƏKİ VƏTƏN YAŞASIN ! VATAN SAĞ OLSUN ! Devamı

11 01 2012

http://youtu.be/GDL7o9JSssE

http://youtu.be/GDL7o9JSssE Milyonlarla Azerini Aglatan Klip Azeri Sehit Mubariz Ibrahimov ve Ferid Ahmadov Cenazesi - YouTube Devamı

11 01 2012

Azərbaycandan bir qrup jurnalist Ermənistanı Avropa Məhkəməsinə

Azərbaycandan bir qrup jurnalist Ermənistanı Avropa Məhkəməsinə  |  görsel 1

Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində məcburi köçkün düşmüş bir qrup azərbaycanlı jurnalist Ermənistan dövlətini Avropa Məhkəməsinə verir.  Jurnalistlər Xalid Asif oğlu Kazımlı, Xalid Vahid oğlu Kazımov, Etibar Seyidağa, Seymur Verdizadə, Məhəbbət Orucov, Aynur Elgünəş, Sevil Hilalqızı, Samir Kazımlı Ermənistan dövlətinin tarixi Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənarda olan Qarabağ rayonlarını işğal etməsi nəticəsində onların mülkiyyət, yaşayış, təhsil və digər hüquqlarını zorakılıqla pozduğunu, maddi və mənəvi zərbəyə məruz qoyduğunu əsas göstərirlər. Yaxın günlərdə Avropa İnsan Haqları Məhkəməsinə rəsmi şikayət ünvanlacaq. Şikayətdə jurnalistlər Avropa İnsan Haqları Məhkəməsindən Ermənistanın onların hüquqlarını pozduğunun, işğalçılıq etməsinin təsdiqlənməsini xahiş edəcəklər. Eyni zamanda Ermənistanın buna görə təzminat ödəməsi istəniləcək. İddia ərizəsi Avropa İnsan Hüquqları Konvensiyasının 1-ci Protokolunun 1-ci (mülkiyyətin toxunulmazlığı), 8-ci (şəxsi həyatın toxunulmazlığı), 13-cü (ədalətli mühakimə hüququ) və digər maddələrinə əsaslanır. İddiaçılar həmçinin milli ayrı-seçkiliyə (14-cü maddə) məruz qaldıqlarını ərzidə qeyd edəcəklər. Jurnalistlərin şikayəti üçün sənədləşmə işini Media Hüquqları İnstitutunun rəhbəri, tanınmış hüquqşünas Rəşid Hacılı öhdəsinə götürüb.  Təşəbbüsün müəlliflərindən Xalid Kazımlı bildirib ki, əslində onlar bu barədə ötən ilin əvvəlindən düşünürmüşlər: “Müxtəlif səbəblərdən, həm də ən ümdəsi, iddianın perspektivinə olan şübhəmizin artıqlığından biz bu təşəbbüsü təxirə saldıq. Ancaq bu günlərdə bir qrup Laçın sakininin müvafiq iddiasının AİHM-də icraata qəbul olunduğunu bildikdə yenidən bir araya... Devamı

11 01 2012

«Fransa qanun layihəsini Avropa Birliyinin gündəminə gətirməməli

«Fransa qanun layihəsini Avropa Birliyinin gündəminə gətirməməli |  görsel 1

Yerji Buzek: "Bu məsələni iki ölkənin qarşılıqlı anlayışına buraxmaq lazımdır"   Fransanın qondarma erməni soyqırımının inkarını cinayət hesab edən qanun layihəsini milli səviyyədə həyata keçirmək təşəbbüsü davam edərkən, ölkə prezidenti Nikola Sarkozinin bu məsələni Avropa Birliyinə də daşımaq cəhdi Türkiyə ilə Fransa arasında gərginliyi bir az da artırıb. Avropa Parlamentindən buna münasibət bildirilib. "Fransa inkara görə cəza qanununu Avropa Birliyinin gündəminə gətirməməlidir". Bunu Avropa Parlamentinin sədri Yerji Buzek bəyan edib.  Türkiyənin "İhlas" xəbər agentliyinə müsahibə verən Yerji Buzek məsələnin Türkiyə ilə Fransa arasında həll edilməli olduğunu deyib: "Bu məsələni iki ölkənin qarşılıqlı anlayışına buraxmaq lazımdır" .  SamirYerji Buzek: "Bu məsələni iki ölkənin qarşılıqlı anlayışına buraxmaq lazımdır" Fransanın qondarma erməni soyqırımının inkarını cinayət hesab edən qanun layihəsini milli səviyyədə həyata keçirmək təşəbbüsü davam edərkən, ölkə prezidenti Nikola Sarkozinin bu məsələni Avropa Birliyinə də daşımaq cəhdi Türkiyə ilə Fransa arasında gərginliyi bir az da artırıb. Avropa Parlamentindən buna münasibət bildirilib. "Fransa inkara görə cəza qanununu Avropa Birliyinin gündəminə gətirməməlidir". Bunu Avropa Parlamentinin sədri Yerji Buzek bəyan edib.  Türkiyənin "İhlas" xəbər agentliyinə müsahibə verən Yerji Buzek məsələnin Türkiyə ilə Fransa arasında həll edilməli olduğunu deyib: "Bu məsələni iki ölkənin qarşılıqlı anlayışına buraxmaq lazımdır" . Samir ... Devamı

11 01 2012

“Münaqişənin nizamlanmasını Minsk Qrupu formatı ilə məhdudlaşdır

“Münaqişənin nizamlanmasını Minsk Qrupu formatı ilə məhdudlaşdır |  görsel 1

Finlandiya BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçkilərdə Azərbaycandan dəstək istəyib “Finlandiya Dağlıq Qarabağ münaqişəsinin ciddiliyini anlayır, bu münaqişənin həll olunmaması bütün regiona təsir göstərir”. Bu fikirləri Azərbaycanda səfərdə olan Finlandiyanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri İlkka Kanerva deyib. Fin deputat bildirib ki, beynəlxalq birlik bu münaqişənin nə qədər ciddi olduğunu anlamır, buna görə də beynəlxalq ictimaiyyəti bu istiqamətdə aktiv şəkildə məlumatlandırmaq lazımdır: “Eyni zamanda beynəlxalq birlik bu münaqişənin nizamlanmasına öz töhfəsini verə bilər, çünki ATƏT-in Minsk Qrupunun bu istiqamətdə səyləri nəticə verməyib. Bu problemin həllini Minsk Qrupu formatı ilə məhdudlaşdırmaq olmaz, beynəlxalq birlik münaqişənin nizamlanmasına daha geniş cəlb olunmalı, münaqişə haqqında daha ətraflı təsəvvürə malik olmalıdır”. İlkka Kanerva qeyd edib ki, münaqişənin həlli yalnız sülh danışıqları yolu ilə mümkündür. O sülh prosesinə dəstək vermək üçün başqa platformalardan da istifadə olunmasını istisna etməyib: “Münaqişə 20 ildir mövcuddur və onu həll etmək mümkün olmayıb. Kommunikasiya üçün digər platformalardan istifadə etmək danışıqlar prosesini dəstəkləyə və problemin həllinə kömək edə bilər”. Finlandiya nümayəndə heyəti rəhbəri səfərin təşkilinə görə Milli Məclisin deputatı Elxan Süleymanova təşəkkürünü bildirib. O Bakıda keçirdiyi görüşlərdə Azərbaycanla Finlandiya arasında parlamentlərarası əlaqələrin inkişafı məsələlərinin, beynəlxalq problemlərin müzakirə olunduğunu vurğulayıb: “Biz Azərbaycandan payızda BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçkilərdə Finlandiyanın ... Devamı

11 01 2012

http://youtu.be/_hj0T4yAf3M

http://youtu.be/_hj0T4yAf3M AZERBAYCAN XALQ CUMHURIYYETI - YouTube Devamı

11 01 2012

İşğalçı ermənilər Qarabağın məğrur şəhəri Şuşada at oynadır.

The hotel complex of Shusha, located in the heart of the ancient Armenian city of Shusha, near the church Kazanchetsots. There are the lowest prices in Shush...   SHoushi (Shushi) Hotel Karabakh tourism Artsakh Карабах - гостиница Шуши - YouTube UTANIRAM ƏVƏZİNİZƏ, ŞƏRƏFSİZLƏR... Devamı

10 01 2012

Görkəmli alimimizi təbrik edirik.

Görkəmli alimimizi təbrik edirik. |  görsel 1

Professor Rafiq Əliyevin Ziyalılar Forumundakı çıxışından sonra Neft Akademiyasında kafedra müdiri vəzifəsindən azad edilməsi böyük əks-səda doğurdu. Çünki R.Əliyev sıradan bir şəxs deyil. O, dünya elminə böyük töhfələr verib.  R.Əliyevin respublikamızda və bir sıra xarici ölkələrdə informatika və idarəetmə sahəsində elmi-tədqiqat işlərinin təşkilində müstəsna rolu olub. O, informatika və idarəetmə nəzəriyyəsi sahəsində nüfuzlu elmi məktəb yaradıb, Azərbaycanda, Rusiyada, Almaniyada və İranda 130-dan çox elmlər namizədi, 25 elmlər doktoru hazırlayıb. Onun yetişdirdiyi elmlər doktorları sırasında bu gün Azərbaycan iqtidarında mühüm postlar tutan insanlar da var.  Rafiq Əliyev  " İlin Media Adamı " elan edildi !  Gılin görkəmli alimi bu münasibətlə təbrik edək, ona can sağlığı və uzun ömür arzulayaq. Devamı

10 01 2012

Ağdam rayonunun işğalından iller keçir Bu işğal nəticəsində Azər

Ağdam rayonunun işğalından iller keçir Bu işğal nəticəsində Azərbaycan iqtisadiyyatı 3 milyard manat vəsait itirib.Bu gün Ağdam rayonunun işğalından 18 il ke... AGDAMIM MENIM - Arif Babayev - YouTube Devamı

10 01 2012

Arif Babayev - Qarabağ şikəstəsi (Azeri Music | www.fb.com/Azeri

Arif Babayev - Qarabağ şikəstəsi (Azeri Music | www.fb.com/AzeriHits) Azeri Music Facebook Page http://www.facebook.com/Azeri Music HD/HQ Azeri Music   Arif Babayev - Qarabağ şikəstəsi (Azeri Music | www.fb.com/AzeriHits) - YouTube Əlavə məlumat : Azərbaycan Respublikasının Xalq Artisti, professor Arif İmran oğlu Babayev  ən əziz və sevimli qohumlarımdan biridir. Devamı

10 01 2012

ABŞ telekanalı Qarabağı reklam edir

ABŞ telekanalı Qarabağı reklam edir |  görsel 1

Amerikanın məşhur telekanalı “ABC Nyus” qondarma Dağlıq Qarabağı 2012-ci ildə turistləri baş çəkə biləcəyi 7 qeyri-adi yerlər siyahısına salıblar. “Qafqazinfo”nun məlumatına görə, telekanalın rəsmi saytında qeyd edilib ki, macəra axtaran şəxslər Ermənistan və Azərbaycan arasında yerləşən Dağlıq Qarabağa səfər edə bilərlər.   Telekanal həmçinin bura səfər edən şəxslərin yeni tikilən “Ermənistan” otelində, Dağlıq Qarabağın (qondarma) paytaxtı Stepanaketdə (Xankəndi) qala biləcəklərini tövsiyə edir. Bundan başqa, səyyahlara Qandsazar ( qədim alban abidəsi) monastrına da mütləq baş çəkməyi təklif edir.   Qeyd edək ki, siyahıda Çilinin Atakama səhrası, Portuqaliyanın paytaxtı Lissabon, Avstraliyada Uitsaindi adaları, Tailandda Reyley çimərliyi, Niderlandın Venlo şəhəri və Laosun şimalında yerləşən Luanq Prabanq şəhəri də var. Səidə Devamı

09 01 2012

“Obamanın favoriti İsrail deyil, Türkiyədir”

“Obamanın favoriti İsrail deyil, Türkiyədir” |  görsel 1

İsrail mediası Türkiyə əleyhinə ifadələr işlətməyə davam edir “Jerusalem Post”da yayımlanan “Ərdoğanın önündə parlaq bir gələcək var” başlıqlı məqalədə Rəcəb Tayyib Ərdoğanın bir çox səbəbdən ABŞ-ın mənafeyinə qarşı addımlar atdığı, lakin Barak Obamanın onu hələ də dəstəklədiyi bildirilib: “40 ildə ilk dəfə İsrail Amerika prezidentinin favorit Orta Çərq müttəfiqi deyil. Bunun yerinə bu rolu Türkiyə hökuməti oynayır”. X. X Devamı

09 01 2012

PKK-ERMƏNİ İŞBİRLİYİNƏ DAİR ŞOK SƏNƏD

PKK-ERMƏNİ İŞBİRLİYİNƏ DAİR ŞOK SƏNƏD |  görsel 1

Qarabağda Azərbaycana qarşı savaşmış, Türkiyə parlamentində yer alan erməniəsilli PKK-lılar  Türkiyə Milliətçi Hərəkat Partiyasından Türkiyə Böyük Millət Məclisinə seçilmiş millət vəkili, tanınmış tarixçi-alim Yusif Halaçoğlu PKK və ermənilərin işbirliyi ilə bağlı məxfi bir sənəd paketi açıqlayıb. Azərbaycanın da adının dəfələrlə yer aldığı bu sənəddə zamanında Azərbaycanı yönəldən bəzi kommunistlərin də PKK-nın quruculuğunda iştirak etmələri bildirilir. Yusif Halaçoğlunun açıqladığı faktlara görə, PKK ilə bağlı planlarında maraqlı olan bir sıra Qərb dairələri bu işdə Rusiya ilə ortaq hərəkət edirlər və onlar PKK-dan nəinki Türkiyəyə, eyni zamanda Azərbaycana qarşı da istifadə etməkdədirlər. Sənəddə Abdullah Öcalanın əsl adının Artin Aqopyan olduğu göstərilir.  Daha sonra həmin sənədlərdə digər PKK-nı idarə edənlərin erməni kimliyi barədə məlumatlar verilir. Həmin faktları bəzi ixtisarlarla diqqətinizə çatdırırıq: « - «Barmaqsız Zəki» kod adlı Şəmdin Sakık - ermənidir, atasının anasının erməni olduğunu hətta özü də etiraf edib; - Hazırda Barış və Demokratiya Partiyasından TBMM-də təmsil olunan və Azərbaycana səfər etdiyi zaman millət vəkili İqbal Ağazadə ilə toqquşan Sırrı Sakık da ermənidir; - Övladlarından biri Azərbaycan Tibb Universitetində oxuyan və Bakıda kürd əsilli tələbələrin təşkilatlanmasında müstəsna rol oynayan BDP-dən deputat seçilmiş Əminə Ayna da erməni kökənlidir; - PKK-çıların xaricdə yaratdığı, amma son zamanlar adı o qədər də hallandırılmayan Mühacir Kürd Hökumətinin nümayəndəsi 1959-cu il Silvan doğumlu Səmra Bakır - ermənidir. Səmra Bakırın qardaşı Orxan Bakırın əsil adı Armenakdır. Bu adam isə erməni terror təşkilatı olan TİKKO-nun fəal üzvlərindən olub. Onun daha yaxın qohumlarından biri isə Qarabağda Azərbaycan türklə... Devamı

09 01 2012

SARKOZİDƏN TÜRKİYƏYƏ QARŞI DAHA BİR MƏKRLİ PLAN

SARKOZİDƏN TÜRKİYƏYƏ QARŞI DAHA BİR MƏKRLİ PLAN |  görsel 1

“Erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunması haqqında qanun layihəsini Senatda müzakirəyə çıxarmaq istəyən Fransadan Türkiyəyə qarşı növbəti zərbə.   Fransanın dövlət başçısı Nikola Sarkozi bu müzakirələri belə gözləmədən Türkiyənin Avropa Birliyinə üzvlük müddətinə təsir edə biləcək başqa bir addım atıb. Belə ki, Nikola Sarkozi qondarma soyqırımı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanunun Avropa Birliyi ölkələrində də tətbiq edilməsi üçün düyməyə basıb. ANS PRESS-in "Hürriyyet" qəzetinə istinadla verdiyi məlumata görə, əgər qanun layihəsi qəbul edilsə, qondarma erməni soyqırımını inkar edənlər AB daxilində 1-3 il arası həbs cəzası alacaq.  Fransa Avropa Birliyinin "Çərçivə qərarı"ndan istifadə edərək “Erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunması haqqında qanun layihəsini AB daxilində tətbiq etmək istəyir.  Qeyd edək ki, adıçəkilən "Çərçivə qərarı" 2007-ci 17 aprel tarixində Avropa Birliyi Məhkəmə və Daxili İşlər Şurası tərəfindən irqçilik və şovinizmlə mübarizə məqsədi ilə qəbul olunub. Qərar Avropa Birliyinə üzv dövlətlər qarşısında yəhudi soyqırımının inkarına görə cəzalandırmanı nəzərdə tutan qaydalar qəbul edilməsini şərt qoyur. Bu qərar 2001-ci ildən müzakirə edilib və Almaniyanın AB-yə rəhbərliyi dövründə qəbul edilib.  Parisdən göndərilən təlimatdan sonra Fransanın Brüsseldəki rəsmiləri və diplomatları AB komissiyası nəzdində işlərə başlayıblar.   ... Devamı

09 01 2012

QARABAĞDAKI TARİXİ ABİDƏLƏRİMİZ KÜTLƏVİ ŞƏKİLDƏ SAXTALAŞDIRILIR

QARABAĞDAKI TARİXİ ABİDƏLƏRİMİZ KÜTLƏVİ ŞƏKİLDƏ SAXTALAŞDIRILIR |  görsel 1

Ermənilərin bura 19-cu əsrin əvvəllərində köçürülmə faktını ört-basdır eləmək üçün geniş kampaniya gedir; artıq 4 mindən çox abidə rəsmən erməniləşdirilib  Ermənilər işğal etdikləri Azərbaycan ərazilərində azərbaycanlılara aid min illərlə yaşı olan tarixi abidələri yer üzündən sildikdən sonra vandalizmin yeni formasına - başqa xalqa aid olan tarixi abidələri saxtalaşdırmağa keçiblər. Dağlıq Qarabağdakı separatçı rejimin “turizm idarəsi”nin rəhbəri Sergey Şahverdiyanın açıqlamalarından belə məlum olur ki, işğal altındakı Azərbaycan ərazilərində əksəriyyəti azərbaycanlılara və albanlara aid olan qədim tarix-mədəniyyət abidələrinin erməni abidələri adı altında pasportlaşdırılması prosesi gedir.  Şahverdiyan erməni KİV-lərinə bildirib ki, 2011-ci il ərzində Dağlıq Qarabağda tarix-mədəniyyət və arxitektura abidələrinin yenidən siyahıya alınması prosesi aparılıb. Onun dediyinə görə, sovet dövründə Qarabağda mövcud olan tarixi abidələr siyahıya alınmadığı üçün onların dəqiq sayı məlum deyil. Lakin son illərdə qeydə alınanların sayı 4 mindən yuxarıdır. Şahverdiyan ötən il ərzində 289 tarixi abidəni siyahıya aldıqlarını deyib. Bununla da Dağlıq Qarabağdakı separatçı erməni rejimi tərəfindən qeydə alınmış tarixi abidələrin sayı 4 minə çatıb.  Şahverdiyan ötən il ərzində Füzuli rayonu ərazisindəki Azıx mağarasında, Əsgəran rayonu ərazisində, Xocavənd və Ağdərədə aparılmış arxeoloji qazıntılar nəticəsində ermənilərin “min illər boyu” bu torpaqlarda yaşadığını sübut edən bir çox mühüm “dəlillər” tapıldığını da deyib. Separatçı rejimin təmsilçisi onu da deyib ki, Xankəndi yaxınlığında da qədim erməni şəhəri olan Kərkərin dağıntıları aşkar edilib. Bununla belə, Şahverdiyan bildirib ki, Qarabağda tarix muzeylərinin vəziyyəti yaxşı deyil... Devamı

09 01 2012

Kayahan - Seni versinler ellere

Kayahan - Seni versinler ellere Kayahan - Seni versinler ellere - YouTube Devamı

09 01 2012

28 may 1953-cü ildə

28 may 1953-cü ildə "Amerikanın səsi" radiosu ilə Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan xalqına müraciəti Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan xalqına müraciəti - YouTube Devamı

09 01 2012

Sarkoziyə daha bir zərbə vurdular

Sarkoziyə daha bir zərbə vurdular |  görsel 1

İndi, o, iri korrupsiya əməliyyatında ittiham olunur  Prezident seçkiləri öncəsi Nikola Sarkozinin başı yeni bir dərdə girib. “Liberasyon” qəzetinin yazdığına görə Sarkozinin də əlinin olduğu ehtimal edilən bir korrupsiya əməliyyatı Fransa Müdafiə Nazirliyində prokurorluğun yoxlamalara başlamasına səbəb olub. Bu əməliyyat 90-cı illərdə, Nikola Sarkozi Büdcəyə Nəzarət naziri vəzifəsini tutduğu zaman baş verib.  O zaman Fransa Pakistandan sualtı qayıqlar hazırlamaq üçün sifariş almışdı. Sarkozinin icazəsi ilə bu sifariş üzrə pulların köçürülməsi üçün Lüksemburqda offşor firmalarının yaradılmasına icazə verib. İki il ərzində bu şirkətlərin hesabına 200 milyon frank məbləğində pul köçürülüb. İndi istintaq həmin pulların sonradan hara köçürüldüyünü araşdırmaqla məşğuldur.  Müdafiə Nazirliyinin keçmiş məmuru Jerar Filipp Menaya bildirib ki, Lüksemburqda yaranan bu firmalar vasitəsilə Paris və İslamabad komissiyon faizlərinin taleyini həll ediblər. Menaya çox səliqəli şəkildə bildirib ki, “Büdcə nazirinin icazəsi olmadan bu səviyəli qərarlar qəbul edilmirdi”.  İlkin ehtimala görə əvvəlcə hər şey qanuni yolla gedib. Sonradan isə Fransa tərəfdən olan partnyorlar Pakistanlılara çatacaq faizləri ödəməkdən imtina ediblər. İstintaq ehtimal edir ki, 2002-ci ilin may ayında Pakistanda fransız hərbçı mühəndislərinin olduğu avtobusun partladılması və 15 hərbçinin həlak olması da bu anıaşılmazlığın nəticəsi olub.  İstintaq eyni zamanda ehtimal edir ki, bu vəsaitlər o zamankı baş nazir Eduard Balladyurun seçki kampaniyasının maliyyələşdirilməsi üçün sərf olunub və 1995-ci ildə Balladyurun seçki qərargahının rəhbəri Nikola Sarkozi idi.  Xatırladaq ki, ... Devamı

07 01 2012

Ermənilər Haaqa Beynəlxalq Cinayət Məhkəməsində cavab verəcək

Ermənilər Haaqa Beynəlxalq Cinayət Məhkəməsində cavab verəcək |  görsel 1

Azərbaycanlılara qarşı soyqırım faktlarını əks etdirən sənədlər bu məhkəməyə təqdim olunacaq  Milli Elmlər Akademiyasının Tarix İnstitutu ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımlarla bağlı Haaqa Beynəlxalq Cinayət Məhkəməsinə təqdim etmək üçün istintaqı aparılacaq sənədləri hazırlayıb. İnstitutun direktoru, millət vəkili Yaqub Mahmudov bildirdi ki, sənədlər Baş Prokurorluq tərəfindən araşdırıldıqdan sonra Haaqa Məhkəməsinə təqdim olunacaq. Dörd cildlik sənədlərdə Bakı Quberniyasında Stepan Şaumyanın başçılıq etdiyi quldur dəstəsinin törətdiyi soyqırımla yanaşı, ermənilərin Azərbaycanın digər ərazilərində də törətdiyi vəhşiliklər əksini tapıb. "Dünyanın bütün parlamentlərinə, böyük dövlətlərin konqreslərinə, dövlət başçılarına, kitabxanalara eyni zamanda haqqa məhkəməsinə sənədlər göndəriləcək. Bizim verdiyimiz sənədlər vahid sənədlər şəklində formalaşdırılacaq. Ekspertizadan keçiriləcək. Hər halda parlamentdə də siyasi qərar veriləcək. Biz sübüt etmiş olacağıq ki, Ermənistanın hazırki ərazisi də əzəli Azərbaycan torpaqlarıdır.  İnstitut soyqırım həqiqətlərini aşkarlamaqdan ötrü təkcə ölkə daxilindəki arxivlərlə kifayətlənməyib. Sənədlər içərisində dünyanın müxtəlif ölkələrindən gətirilən qiymətli arxiv materialları da var. Yaqub mahmudov deyir ki, Dehlidən başlayaraq London, Paris, Istanbul və Ankaradan materiallar gətirilib." Londondakı arxiv sənədlərini gətirdik. Hətta o vaxt Böyük Britaniyanın burdakı siyasətçiləri öz ölkələrinə məlumatlar veriblər ki, bizim pulumuzla ermənilər Türk-Azərbaycan kəndlərini qırıb məhv edirlər. Yazırdılar ki, İngiltərə Şərqdə möhkəmlənmək istəyirsə, ancaq Azərbaycanla əlaqə saxlamalıdır."  Sənədlərdə İrəvan quberniyasından deportasiya olunan azərbaycanlılar haqqında da təkzibolunmaz faktlar əksin... Devamı

07 01 2012

Fransa Ermənistanın işğalçı siyasətinə bəraət qazandırır

Fransa Ermənistanın işğalçı siyasətinə bəraət qazandırır |  görsel 1

Millət vəkili Mübariz Qurbanlı bu fikirdədir  Fransa hökuməti uydurma erməni soyqırımının danılmasını kriminallaşdıran qanun layihəsinin yanvarın sonunda Senatın təsdiqinə veriləcəyini bildirib. Ötən ay parlamentin aşağı palatası layihəni qəbul edib. Azərbaycanda hesab olunur ki, belə bir məsələnin istənilən ölkədə gündəmə gətirilməsi nəticə etibarilə Azərbaycanın da əleyhinədir. Milli Məclisdə Fransa Senatına etiraz məktubu hazırlayan komissiyanın sədri Mübariz Qurbanlının fikrincə, qondarma erməni soyqırımının dəstəklənməsi Azərbaycan ərazilərini işğalda saxlayan Ermənistanın işğalçı siyasətinə bəraət qazandırmaqdır. O, sənədin Senatda təsdiqlənməsini gözləmir. Mübariz Qurbanlının sözlərinə görə əvvəla, Senatda bu məsələni dəstəkləyən hakim partiya üstünlüyə malik deyil. İkincisi, ağıllı senatorlar bilir ki, bu məsələ Fransa-Türkiyə əlaqələrinə ciddi zərbə vura bilər. Çünki Türkiyə bu barədə xəbərdarlıq edib. Ən azı bu halda, Fransaya Türkiyə tərəfindən 13 milyard dollar ziyan dəyəcəyi qaçılmazdır.  Fransada hakim partiyanın bu məsələni gündəmə gətirməkdə məqsədi aprel ayında gözlənilən parlament seçkilərində ermənilərin səs çoxluğunu qazanmaqdır. Mübariz Qurbanlı hesab edir ki, bu baxımdan Senat seçkilərədək layihənin qəbuluna tələsməyəcək: "Əgər yanvarın sonuna kimi bu məsələnin Senatda müzakirəsi başlasa, mənim fikrimcə, hələ bunu təsdiq etməyə tələsməyəcəklər. Bunun müzakirəsi ən azından fevralda da davam edəcək. Daha sonra Senat ömrünü başa vurur və seçkilər apreldə başlayır və bununla da məsələ gündəmdən çıxmış hesab olunacaq."  Məsələ ilə bağlı Azərbaycan parlamenti indiyədək yalnız Fransa parlamentinə 1997, 2006 və 2011-ci illərdə etiraz müraciəti edib. Bundan başqa, ABŞ Konqresinə və ayrı-ayrı beynəlxalq təşkilatlara mü... Devamı

07 01 2012

Azərbaycan astronomları bu il qiyamətin baş verəcəyinə münasibət

Azərbaycan astronomları bu il qiyamətin baş verəcəyinə münasibət |  görsel 1

Astronomlar 2012-ci ildə nə gözlənildiyini dəqiq araşdırıblar Şamaxı Astrofizika Rəsədxanasının Günəş və Günəş-Yer əlaqələri şöbəsinin müdiri Namiq Cəlilov APA-ya açıqlamasında bildirib ki, astronomlar 2012-ci ildə nə gözlənildiyini dəqiq araşdırıblar: "Məsələ burasındadır ki, 2012-ci il dekabrın ortalarında və axırlarına yaxın fəzada 3 müstəvi üst-üstə düşəcək. Bizim qalaktikamız boşqab şəklindədir. Onun özünün müstəvisi var. Günəş sisteminin də öz müstəvisi var. Bu müstəvi Günəşin ekvatoruna paraleldir. Bir də Yerin ekvator müstəvisi var. Beləliklə, bu ilin dekabr ayında Yerin ekvatoru, Günəşin ekvatoru və qalaktika müstəvisi bir-birinə paralel olacaq. Bu zaman Günəş sistemi və Yer qalaktikadan gələn güclü enerjiyə məruz qalacaq. Qalaktikadan gələn qabarma və çəkilmə qüvvələri Yerdə təlatümləri, zəlzələləri, burulğanları, vulkanları oyada bilər. Heç kim dəqiq deyə bilməz ki, bu prosesin gücü nə qədər olacaq və bu güc Yerdə həmin hadisələrin oyanmasına kifayət edəcəkmi?.." N.Cəlilov bildirib ki, bu, periodik baş verən hadisədir: "Baş verən hadisənin Yerdə həyatı məhv edəcək qüvvə olacağına inanmıram. Müstəvilərin 3-ü də bir-birinə paralel olanda bu, birbaşa Yerin ekvatoruna təsir edir. Amma bu qüvvə o qədər güclü ola bilməz ki, Yerdə yaşayışa təsir eləsin". Devamı

06 01 2012

Azərbaycan gözəli - Şəhriyarin oz səsi ilə (شهریار) - YouTube

www.youtube.com   Kaynak : psikolojidunyasi.blogcu.com Devamı

06 01 2012

Şehriyar: Ayağa dur Azerbaycan ! آذربایجان - YouTube

www.youtube.com   Kaynak : psikolojidunyasi.blogcu.com Devamı

06 01 2012

Urmiye; Parisa Arsalani - Sarı Gelin - YouTube

www.youtube.com   Kaynak : psikolojidunyasi.blogcu.com Devamı

05 01 2012

Bir Ermeni ile Kuveyt'te karşılaştık, konuştuk. Türkçe konuşuyor

Bir Ermeni ile Kuveyt'te karşılaştık, konuştuk. Türkçe konuşuyoruz, ben onu Türk sandım meğer Ermeniymiş. "Biz Süyaniyik" dedi, Ermeni demek yani... "Siz biz... Soykırım Safsatasına Verilebilecek En Makul Cevap - MÜKEMMEL - YouTube Devamı

05 01 2012

TEHRAN AZƏRBAYCANA ƏRAZİ İDDASI İRƏLİ SÜRMƏYƏ HAZIRLAŞIR

TEHRAN AZƏRBAYCANA ƏRAZİ İDDASI İRƏLİ SÜRMƏYƏ HAZIRLAŞIR |  görsel 1

İran Türkmənçay müqaviləsinin ləğv olunduğunu elan etməyə hazırlaşır  Tehran sülh müqaviləsinin sonradan ləğv edilməsinə dair şok faktların təqdim olnacağını bəyan edib  İran İslam Respublikasının bir sıra dairələri tarixi təftiş etmək niyyətinə düşüblər. Modern.az İran KİV-lərinə istinadən xəbər verir ki, yaxın günlərdə Tehrandakı Gülüstan Saray Müzeyində 1828-ci ildə çar Rusiyası ilə İran şahı arasında bağlanmış Türkmənçay sülh müqaviləsinin sonradan ləğv edilməsinə dair şok faktların təqdim olnacağını bildirilib.  Məlumatda qeyd olunur ki, 1828-ci ildə bağlanmış bu müqavilə bir neçə ildən sonra dəyişdirilib. “Türkmənçay müqaviləsi Fətəli şahın zamanında İranla Rusiya arasındakı Azərbaycan və Cənubi Qafqazda aparılan müharibələrin yekununda imzalanıb. Bir neçə il ötdükdən sonra, yəni hicri-qəməri təqvimi ilə 1310-cu il zilhiccə ayının 23-də Nəsrəddin Şahın terrora məruz qalmasından 3 il öncə İranın o zamankı şahı və çar 3-cü Aleksandr bir-biriləri ilə müzakirə aparıblar, sonda yeni müqavilə ilə Türkmənçay müqaviləsinin bir çox bəndləri ləğv olunub”-deyə verilən gözlənilməz açıqlamada vurğulanıb. Bildirilib ki, bir neçə səhifədən ibarət olan bu anlaşma heç bir ada malik deyil və tarixdə onun barəsində çox az məlumat var. Bu tarixi dəyərli sənədin təqdimatı tezliklə elan olacaq.  Bununla da İran əlində guya Türkmənçay sülh müqaviləsinin ləğv olunmasına dair mühüm sənədin olduğunu göstərmək istəyir. Əslində isə bu demarşı son zamanlar Azərbaycan-İran arasında olan “soyuq müharibə” tendensiyasının bir detalı saymaq olar. İranın bir sıra dairələri xeyli zamandır ki, tarixi təftiş etmək eşqinə düşərək Azərbaycan torpaqlarının “... Devamı

04 01 2012

İSLAM ÖZÜLÇÜLÜYÜ

İSLAM ÖZÜLÇÜLÜYÜ |  görsel 1

İslam dini adi din deyil, elmi, əxlaqı, siyasəti, hüququ, məntiqi və fəlsəfəni özündə çulğalaşdıran nəhəng bir qurumdur Bu məqaləni mərhum prezident, AXCP lideri Əbülfəz Elçibəy 21 il əvvəl yazıb. Bu həm də Bəyin dövrü mətbuatda gedən yeganə məqaləsidir. Hesab edirik ki, dəyərli liderimizin bu yazısı son zamanlar ortaya atılan bəzi iddialara həm də tutarlı cavabdır. *** Son illərdə “fundamentalist islam” və ya “islam fundamentalizmi” ifadələrinə kitab və qəzetlərdə, radio və televiziya verilişlərində, müxtəlif danışıqlarda tez- tez rast gəlirik. Bu sözləri bilən bilməyən nə cür gəldi işlədir. Moskvanın dilində isə çox mənfi bir anlayışla səsləndirilir. Orada işləyən bir çox üzdəniraq “ideoloqlar” Stalin dövründən qalma üsulla öncə damğalar hazırlayır, sonra bu qurğuşun damğaları müasir ideologiya silahlarına doldurub xalqları gülləborana tuturlar. Bu hal özünü qabarıq şəkildə Əfqanıstan hadisələrində göstərdi. Birdən birə Əfqanıstana basqın edildi. Ancaq ideoloji damğa hazır deyildi. “İdeoloqlar” bu basqına necə haqq qazandırsınlar? Kimə qarşı hücuma keçib əfqanları qırırdılar? Köhnə ideologiya anbarına, şər cəbbəxanasına baxdılar. Tez - tələsik tapdılar: “basmaçlar?!”. Sonra oldu “əfqan basmaçları”. Sovetlərin müdafiə etdiyi əfqanlar vuruşduğu tərəfə təbii olaraq “düşmən” deyirdi. “Düşmən” sözündən Moskva damğa düzəltdi – “duşmanı”. “Basmaçı”, “duşmanı” damğaları elə bil mücərrəd anlayış halını ala bilmədi; hər ikisi ideoloji hücumda bir müddət işlədildi, ancaq çox yararlı olmadı. Üçüncü damğa hazırlandı: “islam fundamentalistləri”. Görün necə dəyişdi... Devamı

04 01 2012

AĞDAM MÜHARİBƏ İLLƏRİNDƏ. Çəkiliş qrupunun rəhbəri telejurnalist

AĞDAM MÜHARİBƏ İLLƏRİNDƏ. Çəkiliş qrupunun rəhbəri, ssenari müəllifi və aparıcı telejurnalist Adil İrşadoğlu, rejissorlar Taleh İsmayıl, Rövşən Nicat, teleoperator Tahir Qarayevdir. Cənnət Qarabağın mərkəzi şəhəri - ürəyi Ağdamı erməni işğalçıları rus havadarları ilə birgə 23 iyul 1993 - cü il tarixində zəbt edib və viran qoyublar. İndi bu şəhəri Qafqazın Xirosiması adlandırırlar. Qisas Qiyamətə qalmaz, inşəallah ! VTS_01_1.VOB - YouTube Devamı

02 01 2012

Azərbaycan BMT Təhlükəsizlik Şurasında səlahiyyətlərinin icrasın

Azərbaycan BMT Təhlükəsizlik Şurasında səlahiyyətlərinin icrasın |  görsel 1

Bu ildən etibarən Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü səlahiyyətlərinin icrasına başlayıb.  APA-nın məlumatına görə, Azərbaycan iki il müddətinə BMT TŞ-nin qeyri-daimi üzvü seçilib. Bu ilin oktyabrında BMT Təhlükəsizlik Şurasına 5 yeni üzv seçilib. Oktyabrın 21-də keçirilən səsvermə nəticəsində Qvatemala, Mərakeş, Pakistan və Toqo quruma qeyri-daimi üzv seçilib. Oktyabrın 24-də keçirilən səsvermə nəticəsində isə Azərbaycan 155 səs toplayaraq iki il müddətinə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olub. Qeyd edək ki, Azərbaycan bu postda səlahiyyət müddəti 2011-ci il dekabrın 31-də başa çatan Bosniya və Herseqovinanı əvəz edir. Devamı