09 12 2014

RƏHMƏTLİK MEHDİ BABAMIN AT İLXILARININ TÖRƏMƏSİ.

VAR-DÖVLƏTİ BOLŞEVİK HÖKUMƏTİ TƏRƏFİNDƏN ƏLİNDƏN ALINMIŞ RƏHMƏTLİK MEHDİ BABAMIN AT İLXILARININ TÖRƏMƏSİ. ...   Kaynak : realistadilaz.blogcu.com   Devamı

03 12 2014

Putin-Ərdoğan-Əliyev birliyi: Qarabağ Azərbaycana qaytarıla bilə

Putin-Ərdoğan-Əliyev birliyi: Qarabağ Azərbaycana qaytarıla bilə |  görsel 1

TƏHLİL   Vladimir Putinin Ankara səfərindən öncə siyasi səhnədə sıradan hadisə kimi qarşılanan mühüm bir detal baş verdi. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla Azərbaycan prezidenti İlham Əliyev telefon vasitəsilə danışdı və Ərdoğan azərbaycanlı həmkarının Antaliyada keçirilənə “böyük iyirmiliyin” sammitinə dəvət etdi. Həmçinin Rusiya-Türkiyə münasibətlərinin gələcəyi haqda fikir mübadiləsi aparıldı Əslində, bu, diqqətdən yayınmayacaq qədər mühüm detaldır. Çünki Ankara-Moskva yaxınlaşması Bakıya regionda siyasi güc və iqtisadi dividentlər gətirməklə yanaşı, ölkənin əsas prioriteti olan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində də önəmlidir. “Hər şey Rusiyanın əlindədir”. Bəzən bu tipli açıqlamalar ciddi qəbul edilməsə də, Moskvanın İrəvanın siyasətini idarə etməsi təkzibolunmaz faktdır. Deməli, Ermənistanı işğal etdiyi torpaqlardan çıxmağa da ancaq ruslar məcbur edə bilər. Amma əvvəlcə bu istək Moskvada olmalıdır. Bu günə qədər Moskva üçün postsovet ölkələrindəki qeyri-sabit vəziyyət, dondurulmuş münaqişələrin mövcudluğu sərfəli olub. Ekspertlər eyni yanaşmanı Dağlıq Qarabağ münaqişəsinə də şamil edirlər. Bu keçmiş imperiyanın özündən qopmuş torpaqlara hakim olmaq kimi təbii hissdən və dünya nizamındakı qarşıdumadan irəli gələn məsələdir. Lakin regiondakı son proseslər Moskvanın Qarabağ münaqişəsinə yanaşmasını da dəyişdirdiyi ehtimalını gücləndirir. Qərb sanksiyaları qarşısında iqtisadi çöküş yaşayan Rusiya üçün regionun aparıcı ölkələri olan Türkiyə və Azərbaycanla münasibətləri isti tempdə saxlamaq olduqca vacibdir. Təsadüfi deyil ki, Avropanın qorxusuna çevrilən “Cənub axını” layihəsindən imtina edən Putin çox uzağa getmədən eyni marşrutu... Devamı

09 10 2014

FAZİL MUSTAFA KÜRD DEPUTATA :

FAZİL MUSTAFA KÜRD DEPUTATA :  |  görsel 1

Millət vəkili Fazil Mustafa HDP başqanı Səlahəddin Dəmirtaşın Azərbaycanla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.     Virtualaz.org-un məlumatına görə, millət vəkili bu barədə facebook hesabında yazıb: “Türkiyədə PKK-nın siyasi qanadı sayılan və kürdlərin hüquqlarının təmsilçisi hesab edilən HDP başqanı Səlahəddin Dəmirtaş Türkiyə hökumətini suçlayaraq bildirib ki, əgər Azərbaycan Kobanidə kürdlərin təhlükədə qaldığı şərtlərdə olsaydı, Türkiyə bu cür davranmazdı. Türkiyədəki prezident seçkilərində bu siyasətçinin çıxışlarına diqqət etmişdim, riyakarlığı sezilsə də, maraqlı fikirlər də səsləndirirdi. Bu qədər məntiqsiz müqayisəni isə anlamaq mümkün deyil. Əlbəttə, Azərbaycan təhlükədə qalsa, Türkiyə belə davranmayacaq! Siz otuz ildir Türkiyəyə xəyanət etməklə yanaşı, öz millətinizin də gənclərinin siyasət naminə məhv olmasına gətirib çıxarmısınız. Halbuki bu illər ərzində PKK terroru olmasaydı kürdlər demokratik zəmində daha çox haqlar əldə edərdi və bu xalq militanları ilə deyil, təhsilli insanları ilə fəxr edərdi. Suriyada, İraqda, Türkiyənin içində Türkiyə dövlətinə qarşı illərdir həyasızcasına savaş apar, terror et, ölkə iqtisadiyyatına zərbə vur, bölgədə yaşayan sadə insanları mənasız separatçılıq xəstəliyinə yoluxdur, dar məqamda da yenə də üzünü Türkiyəyə tutub dəstək tələb elə. Kobanini bəhanə edib, Tükiyəni vəhşi üsullarla qarışdıran bu qüvvələr, əslində öz xəyanətlərinin bədəlini ödəyirlər. Baxın, Dəmirtaş və onun parlamentdə təmsil olunan dostları Türkiyənin Suriyaya ordu yeritməsinin əleyhinə səs verirlər, sonra da tələb edirlər ki, niyə Kobanini qorumaq üçün qoşun yeritmirsən. Sonra da orduya, hökumətə kömək etmək əvəzinə içəridə qarışıql... Devamı

01 09 2014

Huseyn Abdullayev_-_Naxcivan

HÜSEYN ABDULLAYEV - NAXÇIVANIM = QARABAĞIM = GÖYÇƏM = ZƏNGƏZURUM ! Devamı

01 09 2014

Hüseyn Abdullayev - Mənim Ölkəm

HESEYN ABDULLAYEV - " MƏNİM ÖLKƏM " Devamı

09 08 2014

“Yeddi rayon Azərbaycana qaytarılır, amma bir şərtlə ki...”

“Yeddi rayon Azərbaycana qaytarılır, amma bir şərtlə ki...” |  görsel 1

“Putinin Soçidə prezidentlərlə ayrı-ayrılıqda keçirəcəyi görüşlər sirli olacaq. Daha sonra birgə görüş keçiriləcək. Bu cür sirli görüşlərdə format, adətən, belə olur”.   Publika.az-a açıqlamasında bu szöləri sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə deyib.   Politoloqun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinin erməni həmkarı Serj Sərkisyanla görüşü formal xarakter daşıyacaq: “Çünki Putinin dediklərini Sərkisyan şərtsiz yerinə yetirəcək. Putinin əsas görüşü Azərbaycan prezidenti ilə olacaq. Putin İlham Əliyevi dilə tutmağa çalışacaq. Lakin inanmıram ki, İlham Əliyev Azərbaycanın maraqlarından geri çəkilsin. Bunu etmək olduqca təhlükəlidir”.    Prezidentlərin Soçi görüşündə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirak etməyəcəyinə gəlincə, sabiq dövlət müşaviri bunun Rusiyanın planı olduğunu dilə gətirib: “Rusiya Qərbin Qarabağ məsələsini gündəminə daxil etməsi və münaqişə ilə aktiv  məşğul olmasından çox narahatdır. Rusiya istəmir ki, Fransa, yaxud da ABŞ prezidentləri bir araya gətirib Qarabağ problemini həll etsin. Rusiya istəyir ki, həll yalnız “Rusiya həlli” olsun. Rusiyanın həlli isə belədir: Ermənistanla Azərbaycan Gömrük İttifaqına daxil olur, bununla Azərbaycan öz müstəqilliyini itirir. Bundan sonra Rusiyanın Qarabağla bağlı söylədikləri baş verir. Misal üçün, Rusiya deyə bilər ki, Qarabağ ətrafındakı 7 rayon Azərbaycana qaytarılır. Amma bir şərtlə ki, ora Rusiya sülhməramlıları yerləşdirilsin. Rusiya təklif edə bilər ki, Azərbaycan Gömrük İttifaqına daxil olsun, atəşkəs xəttində Rusiya qoşunları yerləşdirilsin və tərəflər bir-birinə atəş açmasın. Lakin bütün variantlar bizə yaramır&r... Devamı

31 07 2014

AZƏRBAYCANIN SUPER MAHNILARINDAN BİRİ - AMAN AYRILIQ, YAMAN AYRI

AZƏRBAYCANIN SUPER MAHNILARINDAN BİRİ - AMAN AYRILIQ, YAMAN AYRILIQ ...Kaynak : realistadilaz.blogcu.com Devamı

03 07 2014

NAZİRDƏN MÜHARİBƏ MESAJI

NAZİRDƏN MÜHARİBƏ MESAJI |  görsel 1

Türkiyə müdafiə naziri İsmət Yılmaz Ermənistan-Azərbaycan münaqişəsindən söhbət açıb.    ANS PRESS-in məlumatına görə İsmət Yılmaz Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxış edib.    Çıxışı zamanı nazir regionda baş verən bütün münaqişələrin Türkiyəyə təsirindən söhbət açıb.    O, qeyd edib ki, Suriyada baş verən münaqişələr zamanı zərər görən tərəf də Türkiyədir:    “Əgər qonşuluğumuzda hər hansı bir münaqişə varsa, onun zərərindən yan keçmək mümükünsüzdür. İraqda baş verən münaqişlər də Türkiyəyə zərər vurur. Ermənistan, Gürcüstan və Azərbaycanda hər hansı bir münaqişə baş verərsə yenə Türkiyə zərər görəcək. Həmin bölgələrdə sülh və sabitilk hökm sürərsə bu Türkiyənin xeyrinə olacaq”   Realistadilaz.blogcu.com   ... Devamı

27 06 2014

BU GÜN - 26 İYUN ÇOX ƏLAMƏTDAR BİR GÜNDÜR...

BU GÜN - 26 İYUN ÇOX ƏLAMƏTDAR BİR GÜNDÜR... |  görsel 1

BU GÜN MƏNİM ÜÇÜN, HƏM DƏ VƏTƏNİNİ, MİLLƏTİNİ SEVƏN SOYDAŞLARIM ÜÇÜN ÇOX ƏLAMƏTDAR BİR GÜNDÜR. AZƏRBAYCAN SİLAHLI QÜVVƏLƏRİ YARADILMASININ 96 - CI İLİ TAMAM OLUR. EYNİ ZAMANDA  BU GÜN ( 26.06.2014 ) HƏM DƏ "İRŞAD - TELERADİO VERİLİŞLƏRİ, SƏNƏDLİ VƏ BƏDİİ FİLMLƏR KOMPANİYASI" MMC - NİN TƏSİS OLUNDUĞU GÜNDÜR. İNDİ "İRŞAD - TELERADİO VERİLİŞLƏRİ, SƏNƏDLİ VƏ BƏDİİ FİLMLƏR KOMPANİYASI" NDA FƏALİYYƏTƏ BAŞLAMAQ ÜÇÜN SÜRƏTLƏ HAZIRLIQ İŞLƏRİ GÖRÜLÜR. TEZLİKLƏ SİZ KOMPANİYANIN İSTEHSAL ETDİYİ TELERADİO VERİLİŞLƏRİNİ, SƏNƏDLİ VƏ BƏDİİ FİLMLƏRİNİ İNTERNET VASİTƏSİLƏ İZLƏYƏ BİLƏCƏKSİNİZ.      ADİL İRŞADOĞLU ƏLİYEV. 26.06.2014. Devamı

24 06 2014

“Qarabağ məsələsində Rusiyaya bel bağlamaq olmaz”

“Qarabağ məsələsində Rusiyaya bel bağlamaq olmaz” |  görsel 1

Vəfa Quluzadə: “Kremlin bizə yardımı canavarın şikarına yardımına bənzər” Sabiq dövlət müşaviri, politoloq Vəfa QuluzadəModerator.az-a müsahibə verib. - Vəfa müəllim Rusiyanın son dövrlərədə regionda aktivləşməsini necə dəyərləndirirsiniz? - Rusiya bizim regionda daim aktiv olub və təsəvvür etmirəm ki, haçansa onlar passiv olublar. Mən müstəqilliyimizin ilk illərini xatırlayıram. Elə o zamanlar Rusiya indiki kimi regionda aktiv idi. Azərbaycanının müstəqilliyinin ilk illərində Rusiya prezidenti Boris Yeltsindən tutmuş, baş nazir Çernomırdin, müdafiə naziri Qraçov, Yevgeniy Primakov və digər rəsmilərə dəfələrlə Azərbaycanda olublar. Və onlar hər səfərində Azərbaycana müxtəlif təkliflərlə gəliblər. Çünki Azərbaycan hər cəhətdən Rusiya üçün çox önəmli ölkədir. Moskvada hesab edirlər ki, Cənubi Qafqaz Rusiyanın “yumşaq qarın altısıdır”. Yəni Rusiyaya ən ciddi təhlükə bu bölgədən dəyə bilər və ona görə də bu regionu diqqətdə saxlayırlar. Moskva yaxşı anlayır ki, Şimalı Qafqazda möhkəm dayanmaq üçün Cənubi Qafqazı özlərinə ram etmək lazımdır. Əks təqdirdə Rusyanın özünün vəziyyəti yaxşı olmayacaq. Bu baxımdan ruslar Ermənistanı özlərinin koloniyasına daxil ediblər və digər ölkələrə bu kaloniyaya daxil etmək uğrunda mübarizə aparırlar. Bu məqsədlərinə nail olmaq üçün Rusiya Gürcüstanın iki əyalətini işğal edib, onların müstəqilliyni elan etdilər, Azərbaycanın isə 7 rayonunu və Dağlıq Qarabağı işğal altında saxlayırlar. Rusiya istəyir ki, Azərbaycan və Gürcüstan keçmişdə olduğu kimi, indi də onun müstəmləkəsi olsun. Azərbaycan isə bununla barışmayaraq müqavimət göstərir. - Siz necə hesab edirsiniz Azərbaycanınbuna yetəcək müqavimət gücü varmı? -... Devamı

28 04 2014

AZƏRBAYCAN RESPUBLİKASININ TANINMIŞ JURNALİSTİ ADİL İRŞADOĞLU

AZƏRBAYCAN RESPUBLİKASININ TANINMIŞ JURNALİSTİ ADİL İRŞADOĞLU |  görsel 1

VƏTƏNİN DƏRDİNƏ QALAN, ONU GÖZ BƏBƏYİ KİMİ QORUYAN MƏHMƏDİM, ŞƏHİDLİYİN MÜBARƏK ! MƏN İSƏ VƏTƏN UĞRUNDA - ƏSRLƏR BOYU İŞĞAL OLUNMUŞ AZƏRBAYCAN TORPAQLARI UĞRUNDA CANIMI İSTƏDİYİM QƏDƏR FƏDA EDƏ BİLMİRƏM, OLMUR. MEYDANIMI ƏLİMDƏN ALIBLAR...   ----------&&&&&----------   ÖZÜM HAQQINDA SƏN KİMSƏN, ADİL İRŞADOĞLU (ƏLİYEV) !?   Mən, Adil İrşad oğlu Əliyev 1953 - cü il noyabrın 1-də Ağdam şəhərində ziyalı ailəsində doğulmuşam.   Soy - kökü Ağdamın Sarıhacılı və Seyidli kəndlərindən olan, Qarabağ xanı Pənah xanın əqrabası sayılan, Azərbaycanın görkəmli yazıçısı Süleyman Sani Axundovun nəslindən olan, atam İrşad Məhəmməd oğlu Əliyev ömrünün axırınadək dövlət orqanlarında müxtəlif məsul vəzifələrdə çalışmışdır. Ağdamın erməni təcavüzkarları tərəfindən işğalı ərəfəsində, 1993 - cü ilin mart ayında haqsızlıqlara tab gətirməyərək dünyasını dəyişmişdir. Ağdamın "Fəxri Xiyaban"ında dəfn edilmişdir. (Doğum tarixi : 25.02.1924. - Ölüm tarixi : 13. 03. 1993).     Soy - kökü Ağdamın Xıdırlı kəndindən olan anam, Qənirə Rüstəm qızı Rüstəmova 50 ildən çox Ağdam şəhər 2 saylı beynəlmiləl orta məktəbin hər iki bölməsində - Azərbaycan və rus bölməsində fizika - riyaziyyat fənnlərindən dərs demişdir. Azərbaycan Təhsil Nazirliyinin əmri ilə sonradan həmin məktəbin rus bölməsi ayrılaraq Ağdam şəhər 7 saylı orta məktəbə çevrilmiş və sərbəst fəaliyyət göstərmişdir. Qənirə Rüstəm qızı Rüstəmova yataq xəstəsi olanadək Ağdam şəhər 7 saylı orta məktəbdə fizika - riyaziyyat müəlliməsi işləmişdir. Anam məcburi köçkün həyatını Bakı şəhərində - mənim ailəmlə birlikdə yaşamışdır və bizim gözümüzün önündə dünyasını dəyişmişdir.  ... Devamı

27 04 2014

"QARABAĞ" AĞDAM FUTBOL KLUBU

QARABAĞ AĞDAM FUTBOL KLUBU |  görsel 1

  "Qarabağ" futbol klubu — Azərbaycanın Ağdam şəhərini təmsil edən peşəkar futbol klubu. 1993-cü ildə Ağdam şəhəri ermənilər tərəfindən işğal olunduqdan sonra, İmarət stadionundan didərgin düşən komanda, hazırda Bakıda fəaliyyət göstərir.   Adları   "Məhsul": 1951—1977 "Şəfəq": 1977—1982 "Kooperator": 1982—1987 "Qarabağ": 1987—2001 "Qarabağ-Azərsun": 2001—2004 "Qarabağ": 2004-cü ildən indiyə kimi   Tarixi   1950-ci illər 1953-cü ildə Ağdamda futbol komandası Klubun yaranma tarixi 1950-ci illərin əvvəllərinə təsadüf edir. Belə ki, 1951-ci ildə Ağdam şəhər stadionunun tikintisi başa çatdıqdan sonra klubun da peşəkar bir idman təşkilatı kimi formalaşdırılması sahəsində ciddi işlər görüldü.   1960-cı illər Yarandığı gündən sonra bir müddət "Məhsul" adı çıxış edən "Qarabağ" ilk dəfə 1966-cı ildə Azərbaycan SSR çempionatında iştirak etmişdir. Həmin il çempionatı 4-cü yerdə başa vuran "Qarabağ" 4 il ardıcıl olaraq ölkə birinciliyində mübarizə apardı. Bu illər ərzində ən yaxşı nəticəni 1968-ci ildə 2-ci yeri tutmaqla qazandı. Lakin 1968-ci ildən sonra baxımsızlıq üzündən Ağdam uzun müddət ölkə çempionatlarında təmsil olunmadı.   1970-1980-ci illər "Qarabağ" "İmarət"də. 1988/1989 mövsümü 1977-ci ildə "Qarabağ" yenidən "Şəfəq" adı ilə bərpa edildi. Elə həmin il "Şəfəq" Azərbaycan SSR çempionatının 2-ci dəstəsində yarışdı. "Şəfəq" 1982-ci ilə qədər Ağdam futbolunun yeganə təmsilçisi oldu. 1982-ci ildən 1987-ci ilə qədər isə klub "Kooperator" adı ilə yarışlara qatıldı. "Qarabağ" ilk dəfə... Devamı

24 04 2014

TARİXƏ ATILAN BÖHTANLAR

TARİXƏ  ATILAN  BÖHTANLAR |  görsel 1

(TARİXİN İNTİQAMI AĞIR OLUR) Bildiyiniz kimi ermənilər hər il aprelin 24-ü gününü özlərinin dırnaqarası “tarixi faciə günü” kimi qeyd edirlər. Guya həmin tarixdə türklər erməniləri soyqırıma məruz qoyublar.  İki yüz ildən artıq bir müddətdir ki, tarixin başağrısına çevrilmiş, «erməni məsələsi» vaxtaşırı müəyyən siyasi dairələr tərəfindən gündəmə gətirilir. İstifadə olunur, problem öz aktuallığını itirdikdən sonra isə, yenidən işlənilmək üçün dincə qoyulur. Təəssüflər olsun ki, Osmanlı İmperatorluğu dağıldıqdan sonra da “erməni məsələsi” tarixin arxivinə göndərilmədi, vaxtaşırı Müasir Türkiyə dövlətinə və Azərbaycana qarşı istifadə olunmağa başladı.  “Erməni məsələsi”ndən sonrakı illərdə Avropa Birliyinin qapılarını daha inadla döyməkdə olan Türkiyəyə qarşı bir siyasi təzyiq vasitəsi kimi istifadə olunması da göz qabağındadır. Bir sıra Qərb dövlətlərinin guya 1915-ci ildə Türkiyədə törədilən, əslində isə, olmayan “erməni genosidi”ni tanımaq cəhətləri də Avropaya çox sürətlə inteqrasiya edən Türkiyəyə göstərilən siyasi təzyiqdən başqa bir şey deyil.  Tarixi həqiqət isə bundan ibarətdir ki, nə Türkiyədə, nə də onun hüdudlardan kənarda heç bir zaman “erməni soyqırımı” deyilən bir hadisə baş verməyib. Dırnaqarası “Erməni məsələsi”ndən qaynaqlanan bir sıra milli zəmində münaqişələr olub ki, bu qırğınlardan da ən çox zərər çəkən türklər və azərbaycanlılar olub. Amerika Birləşmiş Ştatlarının keçmiş prezidenti Ronald Reyqanın müşaviri Bryus Fein yazıb: “Ağ ev araşdırma apardı. Ermənilərin 2 milyon Osmanlını qətl etdiyi ortaya çıxdı. Ermənilər öz arxivlərini açmırlar. Çünki bu həqiqətin ortaya çıxması... Devamı