13 11 2013

Azərbaycanla Türkiyə arasında 7 sənəd imzalandı

Azərbaycanla Türkiyə arasında 7 sənəd imzalandı |  görsel 1

Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 3-cü iclasının yekununda Bəyannamə imzalanıb.   Azərbaycan prezidenti İlham Əliyev və Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanın iştirakı ilə keçirilən Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 3-cü iclasının yekununda bir sıra sənədlər imzalanıb. Azərbaycan və Türkiyə hökumətləri arasında elm və texnologiya sahəsində əməkdaşlıq haqqında protokolu Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov və Türkiyə Elmi və Texnoloji Araşdırma Təşkilatı - TUBİTAK-ın sədri Yücəl Altınbaşaq imzaladılar.   Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə Türkiyənin Elm, Sənaye və Texnologiya Nazirliyi arasında elm, texnologiya, sənaye və sahibkarlığın gücləndirilməsinə dair Anlaşma Memorandumunu Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov və Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binali Yıldırım imzaladılar.   Azərbaycan və Türkiyə hökumətləri arasında beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında Sazişi Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov və Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binali Yıldırım imzaladılar.   Azərbaycan və Türkiyə hökumətləri arasında təhlükəsizlik üzrə əməkdaşlıq haqqında Sazişi Azərbaycanın daxili işlər naziri Ramil Usubov və Türkiyənin daxili işlər naziri Muammer Gülər imzaladılar.   Azərbaycan və Türkiyə hökumətləri arasında işçi qüvvəsinin qarşılıqlı əmək fəaliyyətinə dair Sazişi, həmçinin Azərbaycan və Türkiyə hökumətləri arasında əmək, sosial müdafiə və məşğulluq sahəsində əməkdaşlığa dair Sazişi Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və Türkiyənin əmək və sosial müd... Devamı

13 11 2013

İlham Əliyev Turqut Özalın məşhur ifadəsini təkrar etdi

İlham Əliyev Turqut Özalın məşhur ifadəsini təkrar etdi |  görsel 1

"İyirmi birinci əsr türk əsri olacaq"   «İyirmi birinci əsr türk əsri olacaq. Gələcəkdə biz böyük uğurlara imza atacağıq».   APA-nın məlumatına görə, bunu Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 3-cü iclasından sonra keçirilən mətbuat konfransında Azərbaycan prezidenti İlham Əliyev deyib.   Türkiyə və Azərbaycanın bir-birinə ən yaxın ölkələr olduqlarını ifadə edən prezident İ. Əliyev «Türkiyənin gücü Azərbaycanın gücüdür» söyləyib: «Türkiyə böyük və şərəfli yol keçib. Dünya miqyasında güclü dövlətlər sırasındadır. Türkiyənin təsir imkanları getdikcə artır. Türkiyənin razılığı olmadan bölgədə heç bir təşəbbüs həyata keçməz. Biz çalışmalıyıq ki, dövlətlər arasında əlaqələr, insanlar arasındakı bağlılıq daha da sıx olsun. 70 il ayrı qaldıq, amma xalqların qəlbində olan birlik sönmədi.   “Marmaray” layihəsi ilə qitələri və xalqları birləşdirdiniz. Türkiyənin uzunmüddətli mənfəətlərini uyğun addım atdınız. TANAP ən böyük enerji layihələrindən biridir. Türkiyə və Azərbaycan bunu bacardı. Enerji və siyasi proqramlarda birgə addımlayırıq. Ən böyük sərmayələri Türkiyəyə yatıracağıq”.   Prezident Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalını xatırladıb və ədalətsizliyin davam etdiyini vurğulayıb: “Dağlıq Qarabağ məsələsində ədalətli mövqeyinə görə Türkiyəyə minnətdarıq. Türkiyə bu məsələdə hər zaman yanımızdadır. Münaqişənin həllinə Ermənistan imkan vermir. Bir milyondan çox Azərbaycan vətəndaşı yurd-yuvasından didərgin düşüb. Etnik təmizləmə siyasəti aparılır”.   ... Devamı

02 11 2013

60 İLLİYİMLƏ BAĞLI DOSTLARA CAVABIM VƏ TƏŞƏKKÜRÜM :

60 İLLİYİMLƏ BAĞLI DOSTLARA CAVABIM VƏ TƏŞƏKKÜRÜM : |  görsel 1

MƏN VƏTƏNİMİ ÇOX SEVİRƏM, ONUN UĞRUNDA CANIMI FƏDA ETMƏYƏ HAZIRAM, AMMA İSTƏYİRƏM Kİ, VƏTƏN DƏ MƏNİ AZACIQ SEVSİN... MƏN İRQÇİ DEYİLƏM, ANCAQ ÖZ MİLLƏTİMİ – TÜRK MİLLƏTİMİ, ONUN MİLLİ DƏYƏRLƏRİNİ ÇOX SEVİRƏM. İSTİQLAL ŞAİRİMİZ XƏLİL RZA ULUTÜRK DEMİŞKƏN :   BİZ TÜRKLƏRİZ, VƏTƏNİMİZ – BAŞDANBAŞA YER KÜRƏSİ, BAYRAĞIMIZ AL GÜNƏŞDİR, ÇADIRIMIZ GÖY QÜBBƏSİ !   ƏZİZLƏRİM, MƏN HEÇ VAXT KİŞİLİKDƏN DANIŞMAMIŞAM, KİŞİ OLMAĞA ÇALIŞMIŞAM. DEMOKRATİYADAN DANIŞMAMIŞAM, DEMOKRAT OLMAĞA ÇALIŞMIŞAM. BOĞAZDAN YUXARI VƏTƏN, VƏTƏN DEMƏMİŞƏM, VƏTƏNPƏRVƏR OLMAĞIMI ƏMƏLLƏRİMLƏ SÜBUT ETMİŞƏM VƏ EDİRƏM. ÇOXLARINDAN FƏRQLİ OLARAQ HEÇ VAXT XALQIN ADINDAN DANIŞIB SAXTA AND İÇMƏMİŞƏM. SAXTA MÖVQE TUTMAMIŞAM, SAXTA SALAMLAŞIB, SAXTA GÜLMƏMİŞƏM. MƏN VİCDANLI, NAMUSLU, XEYİRXAH, SƏXAVƏTLİ, HALAL OLMAĞI BU İNSANLARDAN ÖYRƏNDİM. ÖLƏNƏDƏK ONLARA BORCLUYAM. ONLARI MÜƏLLİMLƏRİM SAYIRAM. KİMDİR ONLAR ? ATAM İRŞAD MƏHƏMMƏD OĞLU ƏLİYEV, ANAM QƏNİRƏ RÜSTƏM QIZI RÜSTƏMOVA, ATAMIN QOHUMU SÜLEYMAN SANİ AXUNDOV, HƏSƏN BƏY ZƏRDABİ, MUSTAFA KAMAL PAŞA, MƏMMƏDƏMİN RƏSULZADƏ, ÜZEYİR HACIBƏYLİ, ƏHMƏD CAVAD, ƏBDÜRRƏHİM BƏY HAQVERDİYEV, RƏŞAD NURİ GÜNTƏKİN, SƏMƏD VURĞUN, ABBAS ZAMANOV, MİR CƏLAL PAŞAYEV, NƏSİR İMANQULİYEV, BƏXTİYAR VAHABZADƏ, XƏLİL RZA ULUTÜRK, FAMİL MEHDİ, ŞİRMƏMMƏD HÜSEYNOV, QULU XƏLİLOV, NURƏDDİN BABAYEV, TOFİQ RÜSTƏMOV, NƏRİMAN ZEYNALOV, AKİF RÜSTƏMOV, ELŞAD QULİYEV, SABİR RÜSTƏMOV, SEYFULLA CƏFƏROV, VASİF BABAYEV, ASLAN İSMAYILOV. DÜNYASINI DƏYİŞƏNLƏRƏ MİN RƏHMƏT. BU DÜNYADA YAŞAYANLARA İSƏ CAN SAĞLIĞI ARZULAYIRAM. 60 İLLİK YUBİLEYİM MÜNASİBƏTİLƏ MƏNİ TƏBRİK EDƏN DİQQƏTLİ DOSTLARIMA TƏŞƏKKÜR EDİRƏM. DİQQƏTSİZ DOSTLARIMA  İSƏ CAN SAĞLIĞI VƏ DİQQƏTLİ OLMAĞI ARZULAYIRAM. ÇOX SAĞ OLUN DOSTLAR. YAX... Devamı

02 11 2013

YAZIÇI - PUBLİSİST MUSTAFA ÇƏMƏNLİNİN TƏBRİKİ

http://525.az/site/?name=xeber&duzelis=0&news_id=12931 Devamı

31 10 2013

QALİB QURBAN İBRAHİMOĞLUNUN TƏBRİKİ

http://ipek-tv.com/index.php?option=com_content&view=category&layout=blog&id=113&Itemid=550 Devamı

31 10 2013

FƏRHAD ƏLİZADƏNİN TƏBRİKİ

FƏRHAD ƏLİZADƏNİN TƏBRİKİ |  görsel 1

ATAMA ÜRƏYİMDƏ BƏSLƏDİYİM SÖZLƏRİM Azərbaycan Respublikasının tanınmış jurnalisti, millətimizin dəyərli övladı, əsilli-köklü, orijinal və təvazökar insanı, Böyük Türk Dünyasına hizmətlər yapmaqdan zövq alan vətənpərvər insan Adil İrşadoğlunun (Əliyevin ) 1 noyabr 2013-cü il tarixində 60 yaşı tamam olur. Canım Ata, səni ailəmiz adından doğum günün münasibətilə təbrik edirəm. Gördüyümə, bildiyimə, oxuduğuma və eşitdiyimə görə sən çox cəfakeşsən. Kamil və mükəmməl bir insansan. Olduğun kimi görünən insansan. Etdiyin yaxşılıqların qarşılığını gözləməyən insansan. Sadəsən. Sadəlövh deyilsən. Xeyirxahsan. Düşmənə qarşı barışmazsan. Əziz Ata, sən həm də xalqın əsil oğlusan. Hər bir addımında, hər bir əməlində xalqını düşünərək hərəkət etmisən və edirsən. Dövlətimizə sadiqsən. Müstəqillik sənin üçün hər şeydən əzizdir. Səni həmişə müstəqil və əziz olasan. Sən bu xalq üçün nələri etməmisən... Bacardığını, əlindən gələni əsirgəməmisən. Çox təəssüf ki, bu vaxtadək çəkdiyin əziyyətin dövlət səviyyəsində qarşılığını görməmisən. Erməni separatizmi Qarabağda və Azərbaycanın digər sərhəd bölgələrində baş qaldırıb təxribatlar törətdiyi, müstəqilliyimizə zərbələr vurduğu illərdə sən bu xain qonşuya – erməni daşnaqlarına qarşı dəyərli əks təbliğat işi görmüsən və indi də görürsən. Birinci Qarabağ müharibəsi illərində ailənin yanında isti yorğan – döşəkdə yatmağı yox, cəbhəni, bu gün şəhidlik zirvəsinə ucalmış insanların yanında olmağı üstün tutmusan və həyatını təhlükəyə ataraq səngərlərdən geri çəkilməmisən. Kişi adamsan. Qeyrətinə qurban olum. Hörmətli Ata, sən o qədər Vətən, Millət xəstəsisən ki, onların naminə ailənin, qohum - əqrabanın, əzizlərinin mənaf... Devamı

29 10 2013

http://realistadil.blogspot.com/

http://realistadil.blogspot.com/ |  görsel 1

www.realistadil.blogspot.com  www.adilirshadoglu.blogcu.com  www.realistadilaz.blogcu.com   www.realazerbaijanadilile.blogcu.com  Devamı

29 10 2013

Zengilan 93 İŞĞAL

CAN  AZƏRBAYCANIMIZIN  MÜSTƏQİLLİYİ,  İŞĞAL   ALTINDAKI  TORPAQLARI  UĞRUNDA  CANLARINI  FƏDA  EDİB ŞƏHİD  OLMUŞ  OĞUL  VƏ  QIZLARIMIZIN  RUHLARI  QARŞISINDA  DAİM  BAŞ  ƏYİRİK !    Devamı

29 10 2013

“Evimizin divarını öpüb, çıxdım, bir də qayıda bilmədim oralara

“Evimizin divarını öpüb, çıxdım, bir də qayıda bilmədim oralara |  görsel 1

Publika.Az-ın “Könlüm keçir...” layihəsinin növbəti qonağı Zəngilan rayonunda doğulub-böyüyən Dilçilik İnsitutunun böyük elmi işçisi, Filologiya üzrə fəlsəfə doktoru Təranə Şükürlüdür.   “Çox darıxıram o illərim üçün”   “Zəngilanda dünyaya gəlmişəm. Rayonun mərkəzində yaşayırdıq. Oxuduğum məktəb məhəlləmizin yanında yerləşirdi. O vaxt bizim yaşadığımız bina İcra Hakimiyyətinin yaşayış binası idi. Yaxşı, mehriban qonşularımız vardı. Baxıram ki, yaxşı qonşu elə Zəngilanda imiş. O məhlədə o qədər maraqlı uşaqlıq illərimiz olub ki... Çox darıxıram o illərim üçün”.   Faktlar   “Zəngilan rayonu tarixən türk tayfalarının məskunlaşdığı ərazi olub. Oradakı toponimlər bunu birmənalı təsdiq edir. Rayonun adında qorunmuş türk mənşəli etnos Azərbaycandakı çoxsaylı türk boylarından biri olan, qədim çağlarda adı “sanqi” şəklində yazılan zəngilərdir. Zəngibasar bölgə adının ortaya çıxmasına səbəb olan Zəngi çayı da vaxtilə öz adını ərazidə məskunlaşmış zəngi boyundan alıb. Ümumiyyətlə, İrəvan mahalının digər qədim tayfaları kimi, zəngi boyları da sonralar geniş ərazilərə yayılıb. Zəngilər təkcə Ağrı vadisində deyil, həm də Zəngi (Zəngibasar) bölgəsində yaşayıblar. Zəngilər bir zamanlar Türküstan çöllərinə qədər köç ediblər.   Faruq Sumər bu tayfa ilə bağlı yazır: “Əlcəzair və Suriya hakimləri olan zəngilər də türk məmlük ailəsindən idilər”. Fərhad Zeynalov qeyd edir ki, zəngilər ərəb ölkələrindəki məmlük türkləri qıpçaq tayfalarındandır. Bu qeydlərə əsasən demək olar ki, zəngilər qıpçaq tayfalarından biridir. Türk mənşəli etnosların izləri rayonun (Zəngilan) ərazisinə daxil olan d... Devamı