27 10 2013

"AZƏRBAYCAN MÜHARİBƏNİ NİYƏ BAŞLAMIR ?"

AZƏRBAYCAN MÜHARİBƏNİ NİYƏ BAŞLAMIR ? |  görsel 1

İqtidar və müxalifət düşərgələrində ciddi canlanma müşahidə olunur, hamı dəstələrini gücləndirir, təmizləmə, bərkitmə işləri gedir, bütün resursları səfərbər edirlər, yəni prezident seçkilərinə hazırlaşırlar. Bütün bunlar təbii və başadüşüləndir. Başadüşülməyən isə odur ki, biz bu qüvvələrin Qarabağla bağlı canfəşanlığını görmürük. Bəlkə mövcud reallıqla, Qarabağ itkisi ilə barışıblar? Niyə prezident seçkiləri onları bu qədər maraqlandırır, hərəkətə gətirir, canlandırır, hər kəs ordan-burdan, dəlmə - deşikdən çıxıb bir yerə yığışırlar, amma Qarabağ hadisələrinin bu günlərdə tamam olan müdhiş 25 illik “yubileyi” onları tərpətmir, həyəcan təbili çalmalarına, hərəkət etmələrinə gətirmir? Bəli, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını açıq şəkildə ortaya qoymasının, münaqişənin başlanmasının 25 ili tamam olur. Bu həm də bizim dözüm və səbrimizin  25 ilidir.   Bu illər ərzində nəisə dəyişdimi, nəyəsə nail ola bildikmi? Çox qısa bir cavab: 25 il əvvəl, fevralın 20-də Dağlıq Qarabağın vilayət sovetinin bölgənin Ermənistana birləşdirilməsi haqda qərarı bu gün “Yenilənmiş Madrid prinsipləri” deyilən sənəd şəklində bizim qarşımıza  qoyulub. Ora-bura  yozmaq lazım deyil, məsələnin mahiyyəti elə bundan ibarətdir. Deməli, bu, həm də beynəlxalq təşkilatlara, böyük dövlətlərə mənasız ümidlərimizin 25 ilidir. Elə isə biz daha nəyi gözləyirik, niyə müharibəni başlamırıq? Azərbaycan hakimiyyəti niyə müharibəni başlamır? Azərbaycan cəmiyyəti müharibə tələbində niyə, məsələn, 1992-ci ildə olduğu kimi israrlı deyil?   Deyirlər ki, bu hakimiyyət Qarabağı istəmir, istəsəydi alardı. Və yaxud, “müharibə bu hakimiyyətin nəyinə lazımdı, müharibə onların dinc həyatını poza, axıb gələn milyonlarını, m... Devamı

24 10 2013

SƏMƏD VURĞUN - AZƏRBAYCAN ŞEYİRİ

EL BİLİR Kİ, SƏN MƏNİMSƏN, YURDUM, YUVAM, MƏSKƏNİMSƏN, ANAM, DOĞMA VƏTƏNİMSƏN,   AYRILARMI KÖNÜL CANDAN,   AZƏRBAYCAN, AZƏRBAYCAN. Devamı

22 10 2013

AZƏRBAYCAN ÜÇÜN YENİ QARABAĞ PƏNCƏRƏSİ AÇILIR

AZƏRBAYCAN ÜÇÜN YENİ QARABAĞ PƏNCƏRƏSİ AÇILIR |  görsel 1

Avropa İttifaqı Ermənistanla bağlı mövqeyini “net”ləşdirdi. İrəvanla assosiativ üzvlük sazişi imzalanmayacaq. Ştefan Fülenin sözçüsü: “Avropa Birliyi Gömrük İttifaqının tərkibində olan bir ölkə ilə tərəfdaşlığı təsəvvürə də gətirmir...”   Qərbi seçməklə Bakı təşəbbüsü ələ ala bilər Ermənistanda bəzi rəsmilər, siyasilər və ekspertlər hələ də ölkənin eyni zamanda iki müxtəlif və rəqib ittifaqda təmsil olunmasının mümkünlüyünə özlərini inandırmaqla məşğuldular. Belə görünür, tarixi saxtalaşdırdıqları kimi, deyəsən, bu məsələdə də öz yalanlarına inanmağa başlayıblar.   Bu, bir yandan öz günahı üzündən Türkiyə və Azərbaycan arasında sıxılan cırtdan Ermənistanın özünə beynəlxalq miqyasda daha güclü müttəfiq güc tapıb onun kölgəsinə sığınmaq arzusundan irəli gəlirsə, digər yandan, heç şübhəsiz, Azərbaycana qarşı işğalçılıq siyasətinə daha geniş miqyasda legitimlik qazandırmaq, torpaqlarımızdan çıxmamaq istəyindən doğur.    Söhbət bir yanda Rusiyanın patronajlığı altında yaradılan və SSRİ-nin yeni və “müasir” forması olacaq Avrasiya İttifaqı yolunda aralıq mərhələ kimi düşünülən Gömrük İttifaqından, başqa yanda isə Avropa Birliyindən (AB) gedir. Lakin srağagün Avropa İttifaqının məsul şəxsi erməni siyasətçilərin ümidlərini alt-üst edəcək bəyanat verib. “Azadlıq” radiosuna açıqlamasında Avropa Birliyinin genişlənmə və Avropa qonşuluğu siyasəti məsələləri üzrə komissarı Ştefan Fülenin mətbuat katibi Piter Stano deyib ki, “Ermənistanla 3.5 il ərzində müzakirəsi aparılan assosiativ üzvlük haqqında saziş Avropa İttifaqının Vilnüsdə keçiriləcək Şərq Tərəfdaşlığı sammiti... Devamı

09 10 2013

“İşğal altında – Ağdam” kompüter oyunu

“Bu oyun gənclərin vətənpərvərlik ruhunun tərbiyəsinə müsbət təsir göstərəcək”. “İşğal altında - Ağdam” kompüter oyunu “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının Azərbaycan tarixini əks etdirən kompüter oyunlarının hazırlanması ilə bağlı hissəsinin icrasının təmin olunması məqsədilə və “2013-cü ilin Azərbaycan Respublikasında “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi haqqında” Azərbaycan Prezidentinin sərəncamına müvafiq olaraq Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “AzDimension”gənclərdən ibarət təşəbbüs qupu tərəfindən hazırlanıb. Təqdimat mərasimində çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, bu, işğal altında olan bölgələrimizə həsr edilmiş sayca ikinci kompüter oyunudur. İlk oyun “İşğal atında - Şuşa” bir il əvvəl kompüter oyunları həvəskarlarına təqdim edilmiş və böyük marağa səbəb olmuşdu. Yeni oyunda isə eyni zamanda Azərbaycanın hərbi sənayesinin uğurları, istehsal olunan silah və texnikalar da yer alıb: “Bu oyun ölkəmizin tarixini öyrənməyə imkan yaradacaq, gənclərin və yeniyetmələrin hərbi-vətənpərvərlik ruhunun tərbiyəsinə müsbət təsir göstərəcək. Bu oyunları istehsal etməklə gənclərin yaddaşı yenidən canlandırılır və Azərbaycan həqiqətlərini virtual aləmdə canlandırır. Erməni işğalçıları tərəfindən dağıdılmış Ağdam şəhəri dünyanın “20 kabus şəhər"i siyahısına daxil edilib. Əminəm ki, Azərbaycan Prezidenti İlham Əliyevin siyasəti və Azərbaycan Ordusunun gücü ilə işğal altında olan digər bölgərimizlə yanaşı, Ağdam da azad ediləcək və onu “kabus şəhər"lər siyahısından çıxaracağıq". İ.Babayevin sözlərinə görə, Azərbaycanın işğal edilmiş bölgələrinə, o cümlədən tarixinə həsr edilmiş oyunların is... Devamı

06 10 2013

Ukrayna parlamenti ermənilərə rədd cavabı verdi

Ukrayna parlamenti ermənilərə rədd cavabı verdi |  görsel 1

“Belə bir sənədin qəbulu tarixi reallığa uyğun deyil”. Parlamentin insan hüquqları və millətlərarası münasibətlər komitəsi layihənin müzakirəyə çıxarılmasını məqbul saymayıb. Ukrayna Ali Radasının (parlament) İnsan hüquqları və millətlərarası münasibətlər komitəsi parlamentə təqdim olunmuş qondarma “Erməni soyqırımı”nın tanınması haqqında qanun layihəsini müzakirəyə çıxarıb. Oxu.Az APA-ya istinadən xəbər verir ki, komitə üzvü, Ali Radanın deputatı Mustafa Cəmil açıqlamasında bildirib ki, komitədə keçirilən müzakirələrdə layihənin parlamentdə müzakirəsi məqbul sayılmayıb və layihə komitədən geri qaytarılıb. Mustafa Cəmil qeyd edib ki,  müzakirə zamanı bildirilib ki, belə bir sənədin Ukrayna parlamentində qəbulu tarixi reallığa uyğun deyil: “Komitə üzvlərinin də yekdil fikri o oldu ki, bu kimi sənədlərin qəbulundan əvvəl tarixçilərin bu barədə geniş araşdırmasına və birgə qərarlarına ehtiyac var. Eyni zamanda belə bir layihənin qəbulu ölkədə millətlərarası dostluğa ciddi ziyan vura bilər. Ona görə də komitə belə bir layihədən imtina etdi”. Məsələ ilə bağlı Ali Radanın bir qrup deputatının imzası ilə Ukrayna Azərbaycanlıları Konqresinə (UAK) rəsmi müraciət də ünvanlanıb. Müraciətdə layihənin komitədən geri qaytarıldığı və Ukraynada yaşayan azərbaycanlıların, digər türkdilli xalqların narahatlığına artıq ehtiyac qalmadığı qeyd olunub. Xatırladaq ki, layihə ötən ay Ukrayna Ali Radasının erməni əsilli deputatları Arsen Avakov (Yuliya Timoşenkonun rəhbəri olduğu “Batkivşina” Partiyası) və Vilen Şatvoryandır (hakim Regionlar Partiyası) tərəfindən parlamentə təqdim olunub və katiblikdə qeydə alınıb. Layihədə qeyd olunur ki, Ali Rada ermənilərin 1915-1922-ci illərdə Osmanlı İmperiyasında kütləvi məhv edilməsini erməni xalqının soyqırımı kimi ... Devamı

26 09 2013

Ozan Arif - Sizin Gibi Aydının...

OZAN ARİF : SİZİN KİMİ AYDININ 7 - DƏN  70 -Nİ... https://youtu.be/jirMY7ypbeE Devamı

19 09 2013

DOST İTKİSİ

DOST İTKİSİ |  görsel 1

    Dost itkisi çox ağırdı, çox! Mən də sentyabrın 16-sı gecəsi əziz dostum Natiqi, Natiq Ağayevi itirdim. Ürək dostumu, məsləkdaşımı. Onun vəfatı xəbərini eşidəndə yerimdəcə dondum. Natiqin ölümünə heç cür inanmaq istəmirdim. Axı bu necə ola bilər? Xəstə deyildi, altmış yaşı təzə tamam olmuşdu. İlahinin işinə qarışmaq istəməsəm də, «bu nə qismətdir belə?!» düşündüm. Qəlbimdən bir ah keçdi. Acı-acı düşündüm ki, elə insan ömrünün özü də bir AHDI. Bir anın içində bir ah, nəfəs  kimi uçub gedir. Böyük Füzuli demişkən: Bulmadım mən ciyərim dağına məlhəm səndən, Necə ah eyləməyim, ah, yanıbdır ciyərim. Əziz dostum Natiq Ağayev rəssam idi. Bu dünyaya da, insanlara da rəssam gözü ilə baxırdı. Ancaq həyatın min bir qayğısı ilə yaşadığından özünü büsbütün rəssamlığa həsr edə bilmirdi. Çəkdiyi rəsmləri toplayıb bir kitab – albom nəşr etdirmək istəyirdi... Heyhat, həyatla istək, arzu düz gəlmirdi. Qüruru hansısa imkanlıya ağız açmağa imkan vermirdi. Dostları da elə sən deyən imkanlı deyildilər ki, onun arzusunu gerçəkləşdirsinlər. Doğrusu o qədər təvazökar idi ki, heç buna imkan da verməzdi. Bu gün adət halını alıb, harada bir qarabağlı vəfat edir, deyirlər yurd həsrətindən öldü. Allah yurdundan kənarda ölənlərin hamısına rəhmət eləsin, ancaq mən dünyasını dəyişənlərin hamısına bu ağrılı hissi şamil edə bilmərəm. Amma bir olan Allah şahiddir ki, Natiqin qəlbi Qarabağ itkisi ilə ağrıyırdı. Natiqin can yanğısını, yurd həsrətini o, şeir oxuyanda daha dərindən duymaq olurdu. Hər mənəm deyən Natiq kimi məharətlə, sirayətedici bir avazla şeir oxuya bilməzdi. Famil Mehdinin «Mənim qaçqın anam Bakıda öldü» şeirini onun dilindən eşidib duyğulanmamaq m&u... Devamı

14 09 2013

BAKININ QURTULUŞ GÜNÜ QEYD EDİLƏCƏK

BAKININ QURTULUŞ GÜNÜ QEYD EDİLƏCƏK |  görsel 1

Nuru Paşa və onun silahdaşlarının haqqının tanınması üçün prezidentə müraciət olunacaq.   2013 - cü il sentyabrın 14-də, saat 12:00-da Beynəlxalq Mətbuat Mərkəzində Qafqaz İslam Ordusunun və onun komandanı Nuru Paşanın Azərbaycanı xilası mövzusunda dəyirmi masa təşkil ediləcək. Media rəhbərləri, ictimai-siyasi xadimlər, tarixçi ekspertlərin iştirakı ilə baş tutan tədbirin əsas məqsədi Nuru Paşa və onun silahdaşlarının haqqının tanınması, Azərbaycan cəmiyyətinə Nuru Paşanın tarixdəki xidmətləri haqda bilgi verməkdən ibarətdir. Bu haqda “Yeni Müsavat”a açıqlama verən Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafanın sözlərinə görə, tədbir zamanı Azərbaycan uğrunda vuruşan qəhrəman Nuru Paşa və onun silahdaşlarının haqqının tanınması üçün prezidentə müraciət də olunacaq: “Bu bir tarixi həqiqətdir ki, Nuru Paşa Azərbaycan uğrunda çarpışan qəhrəman olub. Bizim borcumuz ona layiq olduğu qiyməti vermək və haqqını tanımaqdan ibarətdir. Bu məqsədlə dəyirmi masada Nuru Paşanın və onun silahdaşlarının haqqının tanınması üçün ölkə prezidentinə müraciət də ediləcək”. Fazil Mustafanın sözlərinə görə, Sentyabrın 15-i saat 12:00 - da Şəhidlər Xiyabanı, türk əsgərinin abidəsi ziyarət ediləcək: “Bu ziyarət aksiyasında bütövlükdə Azərbaycan cəmiyyətinə bir müraciətimiz olacaq. Müraciət də ondan ibarətdir ki, 20 yanvarda olduğu kimi həmin gün də Azərbaycan vətəndaşları, insanlarımız Türk əsgərinin abidəsini ziyarət etsinlər. Bu ən azından bir mənəvi rahatlıq, qəlblərimizdə olan Nuru Paşa sevgisinin göstəricisi olardı. Biz bu məsələyə partiya adını qatmırıq, partiya adından istifadə etmirik. Bundan partiya üçün bir divident götürməyi də düşünmürük. Bu ümumi Azərbaycan insanının məsələsidir. Ola ... Devamı