22 08 2013

“Ermənilər məni ASALA terrorçuları ilə hədələyirlər”

“Ermənilər məni ASALA terrorçuları ilə hədələyirlər” |  görsel 1

“Hesab edirəm ki, bəşəriyyət yalnız Xocalı hadisələrinin tam dəhşətini dərk edərək insan hüquqlarının qorunmasına doğru addım atmış olar” Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov Moldova ombudsmanı Aureliya Qriqoriuya məktub yazaraq Xocalı soyqırımı və Dağlıq Qarabağ problemi ilə bağlı ədalətli mövqeyinə görə təşəkkür edib, əməkdaşlıq təklifi verib.   ANS PRESS-in "Media forum"a istinadla verdiyi xəbərə görə, Aureliya Qriqoriu İlham İsmayılova cavab məktubunda yazıb: “Xocalı soyqırımının tanınmasında göstərdiyiniz səyləri tamamilə bölüşürəm. Mən Yerevandakı çıxışımda bu faktı gələcəkdə insan hüquqlarının pozulmasına yol verilməməsi nöqteyi-nəzərindən qeyd etmişəm. Avropada fəaliyyət göstərən bir çox təşkilatlar Dağlıq Qarabağda baş vermiş hadisələrdən xəbərsizdir. Xəbərdar olanlar isə mövzudan yayınmağa çalışırlar. Şəxsən mənə söylədilər ki, bu məsələni qaldırmağa ixtiyarım yoxdur. Lakin mən hesab edirəm ki, bəşəriyyət yalnız Xocalı hadisələrinin tam dəhşətini dərk edərək insan hüquqlarının qorunmasına, demokratik dəyərlərə nail olunmasına doğru addım atmış olar. Böyük məmnuniyyətlə sizin təşkilatla əməkdaşlıq etməyə hazıram”.   Moldova ombudsmanına qarşı təzyiqlər davam edir   Moldova ombudsmanı Aureliya Qriqoriuya qarşı ermənilər tərəfindən təzyiq və təhdidlər davam edir. Bu barədə APA-ya açıqlama verən A. Qriqoriu bildirib ki, ermənilər bu dəfə onu ASALA (Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusu) terror təşkilatının yaraqlıları ilə tanış edəcəkləri ilə hədələyiblər.   Ombudsman əlavə edib ki, təhdidlərdən əlavə onu və vəkilini izləməyə başlayıblar: “Eyni zamanda EDİTURA STATİSTİCA adlı dövlət qurumu mənim özəl vəkil büroma qarşı qanunsuz təzyiq kampaniyasına başlayıb, mənim ombud... Devamı

20 08 2013

Deniz üstünde fener (Klip) Moskova#39;nın Şifresi Temel

DƏNİZ ÜSTÜNDƏ FƏNƏR ... Devamı

20 08 2013

ALLAH SƏBİR VERMƏSİN !

ALLAH SƏBİR VERMƏSİN ! |  görsel 1

1-ci QARABAĞ müharibəsinin qazisi Nofel Efendi : Məndən inciməyin, mən Ağdamın seriya nömrəsini Azərbaycan bayrağı altında görmək istərdim. Allah səbir verməsin! Devamı

19 08 2013

ABŞ-ın daha bir ştatı Xocalı soyqırımını tanıdı

ABŞ-ın daha bir ştatı Xocalı soyqırımını tanıdı |  görsel 1

Florida ştatı Nümayəndələr Palatasının üzvü Defni Kempbel Xocalı soyqırımının tanınması barədə qətnamə imzalayıb. Florida ştatı Nümayəndələr Palatasının üzvü Defni Kempbel Xocalı soyqırımının tanınması barədə qətnamə imzalayıb.   ANS PRESS-in AzərTAc-a istinadla verdiyi xəbərə görə, sənəddə Ermənistanın Azərbaycana təcavüzündən, onun Azərbaycan əhalisinə qarşı etnik təmizləmə siyasətindən və Xocalıda dinc əhalinin erməni silahlı qüvvələri tərəfindən kütləvi surətdə qətlə yetirilməsindən bəhs olunur.  Qətnamədə, Ermənistan silahlı dəstələri tərəfindən 613 azərbaycanlının öldürülməsi faktları göstərilir, BMT Təhlükəsizlik Şurasının və Baş Məclisinin Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən və Azərbaycan ərazisinin 20 faizinin Ermənistan ordusu tərəfindən işğal olunması faktını təsdiqləyən dörd qətnaməsinə Ermənistanın qətiyyən məhəl qoymadığı bildirilir.  Nümayəndələr Palatasının üzvü, öz qətnaməsi ilə ştatın parlamentini 1992-ci il fevralın 26-da erməni silahlı qüvvələrinin törətdikləri Xocalı qətliamının günahsız qurbanlarının xatirəsini yad etməyə çağırır.  Defni Kempbel 2010-cu ildən ABŞ-ın Demokrat Partiyasından ştatın 108-ci seçki dairəsini təmsil edir.   Rövşən Ziya ... Devamı

02 08 2013

Kolumbiya parlamenti Dağlıq Qarabağın işğalını qınadı və Xocalı

Kolumbiya parlamenti Dağlıq Qarabağın işğalını qınadı və Xocalı  |  görsel 1

Kolumbiya Respublikası Konqresinin Nümayəndələr Palatasının Xarici İşlər və Milli Müdafiə Məsələləri Üzrə II Komitəsi Ermənistan-Azərbaycan münaqişəsi və Xocalı soyqırımına dair qərar qəbul edib Publika.Az-a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Kolumbiya Konqresinin Nümayəndələr Palatasının sədri Hernan Penaqos Xiraldo tərəfindən irəli sürülən “Ermənistan-Azərbaycan münaqişəsi” adlı qərar layihəsi Palatanın II Komitəsində səsverməyə qoyulub və yekdilliklə qəbul edilib. Sözügedən sənəddə Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafındakı yeddi rayonun Ermənistan tərəfindən işğal olunması, bu hərbi işğal nəticəsində Azərbaycan əhalisinə qarşı törədilmiş cinayətlər, o cümlədən dinc əhalinin öldürülməsi və əlil edilməsi, Azərbaycan vətəndaşlarının hüquqlarının pozulması, xüsusilə Xocalıda baş vermiş soyqırım aktı və tərəflər arasında bərqərar edilmiş atəşkəs rejimin pozulması qətiyyətlə pislənilib. Qərarda həmçinin, Azərbaycan və Ermənistanın beynəlxalq miqyasda tanınmış sərhədlərinə hörmət prinsiplərini rəhbər tutaraq, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin yerinə yetirilməsi barədə Ermənistan Respublikası hökumətinə çağırış ifadə edilib. Məlumat üçün bildiririk ki, Ermənistan-Azərbaycan münaqişəsinə dair Kolumbiya Konqresinin Nümayəndələr Palatasının Sədri Hernan Penaqos Xiraldo tərəfindən Xarici İşlər və Milli Müdafiə Məsələləri Üzrə II Komitəsinin üzvləri üçün hazırlanan altı səhifəlik icmalda bu münaqişə, eləcə də Azərbaycan torpaqlarının 20 %-nin Ermənistan tərəfindən işğal edilməsi və bu işğalın regionda sülhə və əminamanlığa təhdid olması, rəsmi Yerevanın təcavüzkar siyasəti nəticəsində bir milliondan artıq azərbaycanlının öz yurdla... Devamı

25 07 2013

QOYNUNDA ƏBƏDİ YATSA DA BABAM...

QOYNUNDA ƏBƏDİ YATSA DA BABAM... |  görsel 1

Qoynunda əbədi yatsa da atam, Bir sözü qəlbimdə gəzib hər yanı, Gecələr qoymayıb dincələm, yatam :   " Ay oğul, şerində Qarabağ hanı ?" Bağışla Qarabağ, Haqq - sayının Sədası qəlbimdən Hələ uçmayıb....   ( Famil Mehdidən )   ----- *** -----   SALAM. DOSTLARA HƏDİYYƏ OLARAQ BLOQLARIMI GÖNDƏRİRƏM :   Əlaqələrimizin faydası olar.   Aşağıdakı yazılarımı isə mütləq oxuyun :   1)    http://realistadilaz.blogcu.com/az-rbaycan-erm-nistan-muharib-si-1-xronoloji-gerc-k-tarix/12909530   2)    http://realistadilaz.blogcu.com/az-rbaycan-erm-nistan-muharib-si-2-xronoloji-gerc-k-tarix/12909539   3)    http://realistadilaz.blogcu.com/az-rbaycan-erm-nistan-muharib-si-3-xronoloji-gerc-k-tarix/12909552   4)    http://realistadilaz.blogcu.com/az-rbaycan-erm-nistan-muharib-si-4-xronoloji-gerc-k-tarix/12909579   Digər yazılarımı isə buradan izləyə bilərsiniz :   www.adilirshadoglu.blogcu.com   www.realistadil.blogspot.com   www.realazerbaijanadilile.blogcu.com   https://www.facebook.com/REALIST.A.Irshadoglu?ref=tn_tnmn   https://www.facebook.com/pages/Can-Azərbaycan/154140927992624?ref=hl   * Hörmətlə, veteran telejurnalist, 1-ci Qarabağ Müharibəsinin iştirakçısı Adil İrşadoğlu Əliyev.     ... Devamı

23 07 2013

NURU PAŞA AĞDAMda AZƏRBAYCANIN ÜÇRƏNGLİ BAYRAĞINI QALDIRDI

NURU PAŞA AĞDAMda AZƏRBAYCANIN ÜÇRƏNGLİ BAYRAĞINI QALDIRDI |  görsel 1

1918-ci ilin oktyabrın 1-də Türk Generalı Nuru paşanın Ağdama gəlməsi ilə bağlı o zaman dərc olunan “Azərbaycan” qəzetinin noyabr sayında yazılır (əski əlifba ilə tərcüməsi): “ Məhərrəm ayının 1-də qoşunlar şəhərə yaxınlaşdılar. Onları qarşılamaq üçün qara çərkəzi geyimdə olan yerli gənclərdən ibarət 30 nəfərlik fəxri qarovul göndərildi. Şəhərin girişində məktəblilərdən ibarət orkestrlə bərabər yerli könüllü hissələr dayanmışdı. Birinci zəfər qapısı yanında isə ruhanilər və beynəlmiləl komitə üzvləri əllərində şəhərin açarlarını tutmuşdular. Səhər saat 10-da qoşunlar aşağıdakı tərkibdə şəhərə daxil oldular: qabaqda süvarilər, arxasınca topçular və pulemyotçular. Qoşunların arxasınca isə Qaladərəsi qəhrəmanları Sultan bəy və İldırım bəy Qarabağ süvariləri ilə hərəkət edirdilər. Nuru Paşa Ağdamda Azərbaycanın üçrəngli bayrağını qaldırdı və Şuşaya doğru hərəkət elədi ”... http://karabakhinfo.com/faktlar/1759-qarabagin-dayagi-agdama-aid-bir-nec-maraqli-fakt.html#.Uezco9LwnLr ... Devamı

07 07 2013

Türkiyəli Qarabağ döyüşçüsündən Ermənistana sərt xəbərdarlıq

Türkiyəli Qarabağ döyüşçüsündən Ermənistana sərt xəbərdarlıq |  görsel 1

  Yusif Ziya Arpacıq: “Əgər ikinci Qarabağ savaşı alovlanarsa, biz savaşı İrəvana daşıyacağıq”   O, zəmanəmizin gerçək qəhrəmanlarından, 90-cı illərin əvvəllərində qardaş Azərbaycanın harayına səs verən digər dostları ilə birgə silaha sarılaraq işğalçı Ermənistana qarşı döyüşən fədakar dostlarımızdandır. Azərbaycanda “əfsanəvi Boz Qurd” kimi tanınan, Qarabağ qazisi Yusuf Ziya Arpacıq bir neçə gün idi ki, şəxsi işləri ilə əlaqədar Bakıda səfərdə idi. “Yeni Müsavat”ın da qonağı olan Yusif hoca ilə bu dəfə Qarabağ mövzusunda danışmaq istədik. Qarabağ səhifəsində adətən Azərbaycandakı qazilər, savaş qəhrəmanları ilə keçənləri, şərəfli və ağrılı günləri xatırlayırıq. Bu dəfə istədik Türkiyənin fədakar oğullarından biri olan Yusif bəylə Qarabağ, onun xilas formulu barədə danışaq. O danışdıqca bizlərdə Qarabağın heç zaman yağı düşməndə qalmayacağına, son anda qardaş Türkiyənin, ordakı türk qardaşlarımızın da böyük dəstəyi sayəsində işğalçının layiqli cəzasının veriləcəyinə inamımız daha da artdı...Aradan on illər keçsə də, bu günədək o döyüş ruhunu yaşadan, hər an mücadiləyə hazır olan Qarabağ qazisi ilə söhbətimizi sizlərə təqdim edirik:    - Yusif bəy, Qarabağ savaşına qatılmaq, erməni işğalına qarşı mübarizə aparmaq ideyası hardan gəldi?   - Birincisi, biz ermənini burda durdura bilməsək, Ərzurumda qarşılayacaqdıq. Tarix boyu bu, belə olub. Buna görə də kiçikliyimizdən bəri Azərbaycana və Türküstana qarşı olan bir sevgimiz var. O savaş da bölgəyə gəlməyimiz üçün bir fürsət oldu. Xocalı soyqırımının törədilməsi dünyanın hər tərəfində böyük əks-səda doğurmuşdu. O dönəmdə Türkiyə ayağa qalxdı. Biz də Xocalı qətliamından sonra “burda qardaşlarımız ağlayırsa, b... Devamı

07 07 2013

BÜTÜN DÜNYA ÜÇÜN TƏHLÜKƏ...

BÜTÜN DÜNYA ÜÇÜN TƏHLÜKƏ... |  görsel 1

Azərbaycan torpaqlarının işğalda saxlanılmasının davam etməsi bütün dünya üçün təhlükəlidir. Azərbaycanın zaman-zaman torpaq itkilərinə, humanitar fəlakətlərə və böyük dağıntılara məruz qalması, xeyli dərəcədə bir sıra böyük dövlətlərin geopolitik oyunlarının və yaşadığımız Qafqaz regionu uğrunda mübarizəsinin bilavasitə və dolayı nəticəsidir. Eyni zamanda yüz ildən artıqdır ki, məlum dövlətlərin xalqımıza qarşı yeritdiyi məkrli siyasətin çox təhlükəli alətinə çevrilmiş ermənilər Azərbaycan torpaqları hesabına “Böyük Ermənistan” xülyasını yürütməyə çalışırlar. İran və Rusiya arasında 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay, Rusiya və Türkiyə arasında Andrianopol müqaviləsi imzalandıqdan sonra, İran və Türkiyədən ermənilərin kütləvi surətdə Azərbaycan ərazilərinə yerləşdirilməsinə, Qafqazda ermənilərin sayının süni surətdə artırılmasına, regionun etnik mənzərəsinin dəyişdirilməsinə, Azərbaycan torpaqlarının ilhaq edib, onun zəiflədilməsinə və həm də Türkiyəyə təzyiq rıqağı kimi “erməni məsələsinin” qızışdırılmasına başlanılmışdır. Həmin siyasət Sovet Hakimiyyəti illərində də ermənilərə həm yeni ərazilərin verilməsi, həm də azərbaycanlıların öz ata-baba torpaqlarından çıxarılması formasında davam etdirilmişdir.Nəticədə, əgər 1918-ci ildə Ermənistan Respublikasının yaradılması elan olunarkən onun ərazisi cəmi 9,8 min km2 təşkil edirdisə, sonradan müxtəlif üsullarla Azərbaycan torpaqlarının Ermənistana verilməsi hesabına, ərazisi üç dəfə artırılaraq 30 min km2 -ə çatdırılmışdır. Bundan sonra azərbaycanlıların 1948 - 1953-cü illərdə Ermənistandan çıxarılması və 1988-ci ildə isə kütləvi qırğınlarla müşayət olunan qovulma prosesi başlanmışdır. Bu sahədə aparılan tədqiqatlar göstərir k... Devamı

05 07 2013

Bu ölkələrdə 21 saat oruc tutulacaq

Bu ölkələrdə 21 saat oruc tutulacaq |  görsel 1

  Skandinaviya ölkələrində yaşayan müsəlmanlar sutkada sadəcə 2-3 saat qida qəbul edə biləcəklər. Bu il Ramazan ayında ən uzun orucu bəyaz gecələrin olduğu Skandinaviya ölkələrində yaşayan müsəlmanlar tutacaq. Türkiyənin rəsmi din qurumu olan “Diyanət”in təqviminə görə, bu ölkələrin sakinləri 21-22 saat oruc tutacaqlar. Təqvimə görə, İslandiyanın Reykyavik, İsveçin Kiruna və Norveçin Trömse şəhərində yaşayan müsəlmanlar Ramazan ayının ilk günündə 22 saat oruc tutacaq. Stokholm, Oslo, Kopenhagen və Helsinkidə yaşayan müsəlmanlar isə sutkanın 21 saatını oruclu keçirəcəklər. Mütəxəssislər hesab edir ki, bu ölkələrdə hava sərin keçdiyindən burada yaşayan müsəlmanlar oruc tutarkən çox da çətinlik çəkməyəcəklər. Yerli sinoptiklər bu ölkələrdə havanın temperaturunun 15 – 18 dərəcə olacağını və tez-tez yağış yağacağını proqnozlaşdırır. Bu ölkələrdə yaşayan müsəlmanların ən böyük problemi iftar ziyafətlərinə gedə bilməməkdir. Çünki iftardan sonra bir neçə saat ərzində obaş vaxtı çatır ki, müsəlmanlar gecə namazlarını qılaraq yeməyi öz evlərində yeməyə çalışır. Qeyd edək ki, Ramazan ayının ilk günündə Bakı sakinləri 16 saat 40 dəqiqə oruc tutacaqlar. Bu müddət günlərin qısalması ilə ay arzində yarım saata qədər azalacaq. Şirəli Məmmədov Devamı

05 07 2013

Yarabbim (Ferhat Göçer)

  Türkiyəli müğənni rekorda imza atdı. Türkiyənin sevilən müğənnisi Ferhat Göçerin "Yarabbim" mahnısı "YouTube"da rekord qırır. Altan Çetinin müəllifi olduğu mahnı və klip qısa müddət ərzində 2 milyon dəfə izlənilib. Bununla da müğənni rekorda imza atıb. Devamı

05 07 2013

Ermənistan parlamentində Xocalı soyqırımı etiraf edildi

Ermənistan parlamentində Xocalı soyqırımı etiraf edildi |  görsel 1

  Aureliya Qriqoriu: "Xocalıda soyqırımı ermənilər törədib və bu, beynəlxalq ictimaiyyətin tanıdığı faktdır". Moldovalı vəkil Aureliya Qriqoriu Ermənistan parlamentində məruzəsi zamanı bəyan edib ki, Xocalıda soyqırımı ermənilər törədib və bu, beynəlxalq ictimaiyyətin tanıdığı faktdır. Bu barədə Trend cümə axşamı Ermənistan KİV-ə istinadən məlumat verir. Moldovanın parlament vəkili (ombudsman) bildirib: "Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib və azərbaycanlılara qarşı soyqırım törədib". Zalda əyləşən forumun bir sıra iştirakçıları moldovalı vəkili alqışlayıblar. Qeyd edək ki, moldovalı vəkil Ermənistan parlamentində keçirilən Ümumavropa konfransında "Dondurulmuş münaqişə zonalarında insan hüquqlarının qorunması" adlı məruzə ilə çıxış edib. Devamı

02 07 2013

4) BİZ KİMİK ? EY TÜRK, KƏNDİNƏ GƏL...

http://video-izle-indir.metinblog.com/video/8QiTWjoxVmQ/G%C3%BCnaztv%20Oct.12.2011-ci%20il%20-Biz%20Kimik-%20Etrusk%20T%C3%BCrk%20Ba%C4%9F%C4%B1%20-2.html Devamı