08 10 2012

QARABAĞ HƏSRƏTİYLƏ DÖYÜNƏN ÜRƏK

QARABAĞ HƏSRƏTİYLƏ DÖYÜNƏN ÜRƏK |  görsel 1

Azərbaycan təhsilinin, elminin və riyaziyyatının tanınmış nümayəndələrindən biri olan Qənirə Rüstəm qızı Rüstəmova uzun sürən xəstəlikdən sonra dünyasını dəyişmişdir. Onun elmi - pedaqoji fəaliyyəti çox geniş, əhatəli və rəngarəng olmuşdur. Qənirə Rüstəmova vaxtilə Ağdam şəhərində fəaliyyət göstərən Müəllimlər İnstitutunun fizika - riyaziyyat fakültəsini bitirmişdir. Onun dərs yükü daim çox olmuşdur. Bu da ondan irəli gəlmişdi ki, Qənirə müəllimə çalışdığı orta məktəbin - Ağdam şəhər 2 saylı beynəlmiləl orta məktəbin hər iki bölməsində - Azərbaycan və rus bölməsində dərs demişdir. Azərbaycan Təhsil Nazirliyinin əmri ilə sonradan həmin məktəbin rus bölməsi ayrılaraq Ağdam şəhər 7 saylı orta məktəbə çevrilmiş və sərbəst fəaliyyət göstərmişdir. Qənirə Rüstəm qızı Rüstəmova yataq xəstəsi olanadək Ağdam şəhər 7 saylı orta məktəbdə fizika - riyaziyyat müəlliməsi işləmişdir. Qənirə müəllimənin özünəməxsus pedaqoji fəaliyyətini nəzərə alaraq Təhsil Nazirliyi onu dəfələrlə Bakı şəhərinə dəvət etmiş və ixtisasına uyğun kurslarda biliyini təkmilləşdirməyə şərait yaratmışdır. O, 1986 - cı ildə müəllimlər arasında keçirilən bilik müsabiqəsində yüksək bal toplamış, yaşadığı Ağdamın və çalışdığı kollektivin nüfuzunu artırmışdır. 55 ildən çox iş stajı olan Qənirə Rüstəm qızı Rüstəmova dəfələrlə fəxri fərmanla mükafatlandırılmış və 1973 - cü ildə xüsusi medalla təltif edilmişdir. O, şagirdlərinin və onların valideynlərinin, həmçinin xalqınin ürəyində əməkdar müəllim kimi əbədi yer qazanmışdı. Qənirə müəllimənin şagirdlərinin sorağı Amerika Birləşmiş Ştatlarından, Türkiyədən, Almaniyadan, Fransadan, Polşadan, Hollandiyadan, İsveçdən, Baltik ölkələrindən, Rusiyadan, Ərəb ölkələrindən, Afrikadan, Türkdilli respublikalardan gəlir. ... Devamı

25 08 2012

AZƏRBAYCAN ERMƏNİSTAN MÜHARİBƏSİ (4) - XRONOLOJİ GERÇƏK TARİX -

AZƏRBAYCAN ERMƏNİSTAN MÜHARİBƏSİ (4) - XRONOLOJİ GERÇƏK TARİX - |  görsel 1

4 - cü mərhələ (iyun 1992 - yanvar 1993 - cü illər) Əks hücum 1992 - ci ilin ortalarına doğru müharibənin miqyası ciddi şəkildə genişləndi. MDB çərçivəsində dövlətlərarası müqavilələrin bağlanması nəticəsində Azərbaycan və Ermənistan onların ərazisində yerləşən Rusiyaya məxsus texnika, silah, maddi və təlim bazalarını özlərinə götürdülər. 1992 - ci ilin sonuna qədər bu ölkələrin ərazilərindəki Rusiyaya məxsus hərbi qruplaşmalar (4 - cü ordu, 7 - ci qvardiya ordusu, Zaqafqaziya hərbi dairəsinin 34 - cü hərbi hava ordusunun bir hissəsi, 19 - cu hava hücumundan müdafiə ordusu, Xəzər donanması) faktiki olaraq fəaliyyətini dayandırdı. Ermənistan 15 - ci (Kirovakan), 164 - cü (İrəvan) motoatıcı diviziyaların, 7 - ci qvardiya ordusunun silah və texnikasını, o cümlədən 250 tank, 350 digər zirehli texnika, 350 artilleriya - minomyot sistemini ələ keçirdi. Ermənistan may - iyun aylarında hərbi xidmətə kütləvi çağırış həyata keçirdi. Laçın dəhlizi vasitəsi ilə əlavə qüvvələr Qarabağdakı qruplaşmaların tərkibinə göndərildi. Bunun nəticəsində ermənilər Qarabağda ordu korpus birləşməsinə uyğun olan 70 minlik canlı qüvvə, 100 ədəd zirehli texnika cəmləşdirdilər. Xalq Cəbhəsinin hakimiyyətə gəlməsi ilə Azərbaycanda vəziyyət dəyişdi. AXC öz proqram tələblərinə uyğun olaraq hərbi vəziyyətin kəskin şəkildə dəyişdirilməsi xəttini elan etdi. Müdafiə Nazirliyi Zaqafqaziya hərbi dairəsinin 23, 60, 75, 295 - ci motoatıcı diviziyalarının silah və texnikası əsasında yeni hissələrin yaradılması prosesini sürətləndirdi. Silahlı qüvvələrin vahid ştat strukturunun, idarəetmə sisteminin, rabitə, arxa cəbhə ilə əlaqələrin yaradılması istiqamətində müəyyən irəliləyişlər əldə olundu. Keçmiş SSRİ - nin müxtəlif yerlərində əsgər və zabitlər geri çağırıldılar. 1993 - cü ilin yanvar ayına qədər Rusi... Devamı

25 08 2012

AZƏRBAYCAN ERMƏNİSTAN MÜHARİBƏSİ (3) - XRONOLOJİ GERÇƏK TARİX -

AZƏRBAYCAN ERMƏNİSTAN MÜHARİBƏSİ (3) - XRONOLOJİ GERÇƏK TARİX - |  görsel 1

3 - cü mərhələ (avqust 1991 may - 1992 - ci illər) Müdaxilə 1991 - ci ilin avqust çevrilişi, SSRİ rəhbərliyində baş verən siyasi dəyişikliklər Qarabağda hərbi əməliyyatların gedişinə həlledici təsir göstərdi. Sonrakı bir neçə ay ərzində böhran dərinləşdi və lokal toqquşmalardan intensiv silahlı münaqişəyə keçid baş verdi. Avqustun sonlarından etibarən Mərkəzin daxili qoşun qüvvələri faktiki olaraq Dağlıq Qarabağda FV rejimini həyata keçirməkdən imtina etdilər. Dağlıq Qarabağdakı erməni qüvvələri yaranmış vəziyyətdən istifadə edərək açıq fəaliyyətə keçdilər və 1991 - ci il sentyabrın 2 - də "Dağlıq Qarabağ Respublikası" deyilən oyuncaq qurumu yaratdıqlarını elan etdilər. Bütün silahlı qruplaşmalar (yerli dəstələr, partiya birləşmələri, Ermənistandan gələn dəstələr) "DQR - in özünümüdafiə qüvvələri" (sonralar "DQR - in müdafiə ordusu" adlandırıldı) adı altında birləşdirildi, onların ümumi sayı 15 min nəfərə çatdırıldı. Sentyabrın ortalarında ermənilər Goranboy rayonunun qərb hissəsində XTMD - in mövqelərinə hücum edərək, əvvəl itirdikləri bəzi yaşayış məntəqələrinə nəzarəti bərpa etdilər. Oktyabrın əvvəllərində erməni quldur dəstələri Dağlıq Qarabağın bütün ərazisindən azərbaycanlıları sıxışdırıb çıxarmağa başladılar. Bu vaxt SSRİ DİN - in qoşunları açıq şəkildə erməni birləşmələrinə yardım göstərirdilər. Oktyabrın 28 - də ermənilər daxili qoşunların zirehli texnikasından istifadə edərək Xocavənd rayonunun yaşayış məntəqələrinə hücumlara başladılar. Nöyabrın 16 - da hərbi əməliyyatlar Hadrut rayonu ərazisinə də keçirildi. 1991 - ci il noyabrın 24 - ə qədər erməni işğalçıları Qarabağın iri yaşayış məntəqələrinin - Şuşa və Xocalının ətraf ərazilərlə əlaqəsini tamamilə kəsdilər. Dağlıq Qarabağdan demək olar ki, azərbaycanlıların hamısı &cc... Devamı

25 08 2012

AZƏRBAYCAN ERMƏNİSTAN MÜHARİBƏSİ (2) - XRONOLOJİ GERÇƏK TARİX -

AZƏRBAYCAN ERMƏNİSTAN MÜHARİBƏSİ (2) - XRONOLOJİ GERÇƏK TARİX - |  görsel 1

2 - ci mərhələ (yanvar 1990 - cı il - avqust 1991 - ci il) Partizan müharibəsi Erməni tərəfi Azərbaycanda situasiyanın dəyişməsini diqqətlə izləyir və yararlanmağa çalışırdı. Fövqəladə Vəziyyət (FV) rejimi Ermənistana aid edilməmişdi. Müxalifətin hərbi qruplaşmaları bu vəziyyətdən istifadə edərək Daxili İşlər Nazirliyi və digər qrumların bütün silah arsenalını ələ keçirmişdi. Onlar 1990 - cı ilin yanvar - fevral ayları ərzində 6179 atıcı silah, 19 zirehli texnika, 133 doluvuran qurğu, 17 "Alazan" qurğusu, 3 minomyot, 13 min mərmi və raket, 1921 ton partladıcı maddə, çoxlu sayda nəqliyyat və rabitə vasitələrinə nəzarat edirdilər. Bu qruplaşmalar mart ayından başlayaraq SSRİ daxili qoşun hissələrinin də bir hissəsini tərksilah etmişdilər. Zaqafqaziya hərbi dairəsinin əlahiddə alovvuran batalyonu da tərksilah edilmişdi. Dəmiryol stansiyalarının birində 15 ədəd T- 72 tankını ələ keçirmişdilər, lakin sonradan geri qaytarmalı oldular. 1990 - cı ilin yanvarında Dağlıq Qarabağda FV rejiminin gücləndirilməsi erməniləri öz fəaliyyətlərini bir qədər məhdudlaşdırmağa məcbur etdi. Onlar sərhəd boyu ərazilərdə fəallıqlarını artırdılar. mart ayında erməni dəstələri Qazax rayonunun yaşayış məntəqələrinə qarşı ilk əməliyyatı keçirdilər. Bu ilin yaz - yay aylarında ermənilərin doluvuran topların istifadəsilə edilən hücumları nəticəsində Azərbaycanın 7 sərhəd rayonunda, həmçinin Naxçıvanda dinc sakinlər içərisində tələfatlar oldu, dağıntılar törədildi. 1990 - cı ilin ortalarında Ermənistanda 15 min nəfərin daxil olduğu hərbi qruplaşmalar mövcud idi. 10 min nəfərin daxil olduğu erməni milli ordusu deyilən qruplaşma əsasən sərhədboyu ərazilərdə, qismən Qarabağda fəaliyyət göstərirdi. Muş, NART, Adana, Aydat, Tiqran, Mes və digər qruplaşmalarda 50 - dən 700 - ə qədər erməni döyüşçüsü iştirak edirdi. Bu qruplaşmaların ixtiyarında... Devamı

25 08 2012

AZƏRBAYCAN ERMƏNİSTAN MÜHARİBƏSİ (1) - XRONOLOJİ GERÇƏK TARİX -

AZƏRBAYCAN ERMƏNİSTAN MÜHARİBƏSİ (1) - XRONOLOJİ GERÇƏK TARİX - |  görsel 1

Azərbaycan 1988 - ci ildə Ermənistan tərəfindən təcavüzə məruz qalmış, torpaqları işğal olunmuşdur. Təcavüz nəticəsində Azərbaycan ərazisinin 20 faizi zəbt edilmişdir. Bu müharibədə 20.000 - dən artıq adam həlak olmuş, 50.000 - dən çox insan yaralanmış, 5000 nəfərə qədər adam əsir, girov götürülmüş, yaxud itkin düşmüşdür. Bir milyon yüzmindən artıq azərbaycanlı öz yaşayış yerlərindən zorla çıxarılmışdır. Müharibə Azərbaycan iqtisadiyyatına real hesablanması mümkün olmayan zərər yetirmişdir. Bu müharibə geosiyasi anlamda birmənalı dəyərləndirilmir. Dünyanın aparıcı dövlətləri, beynəlxalq təşkilatlar bu müharibəni münaqişə kimi təqdim edərək onu Cənubi Böhran Qövsü deyilən münaqişələr qrupuna daxil etmişlər. Məlumat üçün bildiririk ki, bu qrupa həmçinin Əfqanıstan, Tacikistan, Rus - Çeçen, Gürcü - Obxaz, Gürcü - Ossetin, Ossetin - İnquş, Krım - Dnesteryanı, Balkan münaqişələri də daxil edilmişdir. Ermənistan Azərbaycan münaqişəsi bir sıra dövlətlərin, o cümlədən ABŞ, Rusiya, Türkiyə, İranın maraqlarına birbaşa toxunur. Bu dövlətlər isə daim regionda təsir və enerji daşıyıcıları mənbələri və marşrutları üzərində nəzarət uğrunda mübarizə aparırlar. BMT təhlükəsizlik şurasının bu münaqişə ilə bağlı 4 qətnaməsi yerinə yetirilməmiş qalır. Nəticədə Azərbaycan çox mürəkkəb şəraitdə müttəfiqlər və kifayət qədər təsirli xarici dəstəkdən məhrum olduğu bir zamanda mübarizə aparmaq məcburiyyətindədir. Lakin bu müharibə Azərbaycan üçün ədalətli müharibədir. Bu yazıda Azərbaycan Ermənistan müharibəsi, hərbi əməliyyatların gedişi mərhələlər üzrə izlənilir. Birinci mərhələ - Başlanğıc (fevral 1988 - ci il - yanvar 1990 - cı il) Azərbaycanlılarla Ermənilər arasında ilk to... Devamı

24 08 2012

Davudoğlu:

Davudoğlu:  |  görsel 1

Türkdilli ölkələr vahid bayraq haqqında razılığa gəliblər.  Türkiyə mətbuatının yaydığı xəbərə görə, bu haqda Bişkekdəki mətbuat konfransında Türkiyənin xarisi işlər naziri Əhməd Davudoğlu deyib. Davudoğlunun sözlərinə görə, vahid türk bayrağı üçün dörd ölkənin simvollarından istifadə edilib: Qırğızıstan bayrağından Günəş, Azərbaycan bayrağından səkkizguşəli ulduz, Türkiyə bayrağından aypara, Qazaxıstan bayrağından mavi rəng. "Biz böyük nailiyyətlər əldə edə bilərik. Vahid bayraq Avropa birliyinin bayrağı kimi hər dörd türk dövlətində mühüm atrebut kimi qəbul olunacaq", - deyə türkiyəli nazir əlavə edib. Qafqaz Devamı

24 08 2012

Qarabağ məsələsi Türkiyə xarici siyasətinin əsas istiqamətlərind

Qarabağ məsələsi Türkiyə xarici siyasətinin əsas istiqamətlərind |  görsel 1

Avqustun 23-də Bişkekdə keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) zirvə görüşü çərçivəsində Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu qeyri-konstruktiv mövqeyi kəskin tənqid edib.  AzərTAC - ın xəbərinə görə, Ə. Davudoğlu bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqazda sabitliyin saxlanmasını əngəlləyən maneədir: “Dağlıq Qarabağ və işğal altında olan digər Azərbaycan ərazilərinin azad edilməsi bizim xarici siyasətimizin əsas istiqaməti olaraq qalır, bundan sonra da bu istiqamətdə fəaliyyət göstərəcəyik. Biz Azərbaycan torpaqlarının 20 faizinin işğal edilməsi və azərbaycanlı qardaşlarımızın zorla öz evlərindən didərgin salınmasına qəti etirazımızı bildiririk. Münaqişənin sülh yolu ilə həll olunması üçün 20 ildən bəri davam edən danışıqların nəticəsiz qalması bizi ciddi narahat edir. Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməyincə, Cənubi Qafqazda və Orta Asiyada sülh, sabitlik və əmin-amanlığa nail olmaq çətin olacaq”. Ə. Davudoğlu qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsipləri, həmçinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir və Türkiyə bu istiqamətdə öz səylərini davam etdirəcək. Devamı

16 08 2012

“Artıq məhşər başlayır”

“Artıq məhşər başlayır” |  görsel 1

Həmid Herisçi: ““İrandakı zəlzələ məsələsinə “siyasət + zəlzələ + tektonik silahlar” üçbucağından yanaşılmalıdır” «21 dekabr 2012-ci ildə baş verəcək planetlərin paradı yaxınlaşdıqca, dünyada təbii fəlakətlərin sayı artacaq» Bu günlərdə Cənubi Azərbaycanda yaşanan dəhşətli zəlzələ bütün diqqətləri İrana yönəltdi. Fəlakətin səbəbləri, nəticələri və gizli məqamları barədə ən müxtəlif versiyalar ortaya atıldı. Hətta bəziləri bunu İranın yeraltı nüvə sınağı, digərləri isə İsrailin tektonik hücumu kimi dəyərləndirdilər. İstənilən halda, orada həyatını və yurd-yuvasını itirilənlər bizim qardaşlarımız - güneyli azərbaycanlılar oldu. Elə bugünkü müsahibimiz, yazıçı-publisist Həmid Herisçi də əslən Güneydəndir. Hər zaman özünəməxsus düşüncəsi və proqnozları ilə xatırlanan yazar, görək bu dəfə nələrə diqqət çəkəcək. - Həmid bəy, Şərqi Azərbaycanda baş verən zəlzələdən sonra siyasi məqamlar axtarıldı. Bu barədə Siz nə düşünürsünüz? - Məsələyə yenə də siyasi deyil, konspriloji baxış bucağından nəzər yetirmək istərdim: “zəlzələ + siyasət + gizli tektonik silahlar” mövzusu konsprilogiyanın aparıcı xətlərindən birini təşkil edər. Oxşar vəziyyət 1988-ci il Ermənistanın Spitak rayonundakı zəlzələsi vaxtı da özünü göstərmişdi. O zaman da “siyasət + zəlzələ + tektonik silahlar” triosu beyinləri silkələməkdəydi. Yadınıza gələrsə, o vaxt Azərbaycanın bir təyyarəsi də 100-ə yaxın vətəndaşı ilə birgə qəzaya uğradıldı. - Demək istəyirsiniz ki, ssenari eynidir, yaxud tarix təkrar olunur? Qarabağ faciəsinin müqəddiməsi sayılan Spitak olayı indiki Güney zəlzələsində bir daha təkrarlanacaq? - Bəli, bu cür təbii zəlzələlərlə siyasi zəlzələlərin vəhdətinə artıq öyrəşməliyik. 5 dekabr 1988-ci i... Devamı

16 08 2012

AZƏRBAYCAN, BAŞIN SAĞ OLSUN !

AZƏRBAYCAN, BAŞIN SAĞ OLSUN ! Devamı

15 08 2012

Alim Qasimov - Qaragile (Təbrizin küçələri və sair)

Alim Qasimov - Qaragile (Təbrizin küçələri və sair) Devamı

10 08 2012

PUTİNDƏN SENSASİON ETİRAF

PUTİNDƏN SENSASİON ETİRAF |  görsel 1

Kreml başçısı Rusiyanın ikili standart siyasətini faş elədi; Moskva Qafqaz uğrunda həlledici döyüşə hazırlaşır... Rusiyanın Gürcüstana ikincinin ərazilərinin işğalı ilə bitən hərbi təcavüzündən (“5 günlük müharibə”) 4 il ötdü. İldönüm günü Rusiyanın hazırkı prezidenti, o zaman isə baş nazir postu tutmuş Vladimir Putin sensasion etiraf edib. Putin deyib ki, Gürcüstana müdaxilə şəxsən onun iradəsi əsasında olub və əməliyyata da iki il qabaqdan - 2006-cı ildən hazırlıqlar görülüb. Sitat: “Sirr deyil ki, plan var idi və biz o plan çərçivəsində hərəkət edirdik. Bu plan Baş Qərargah tərəfindən 2006-cı ilin sonu, 2007-ci ilin əvvəlində hazırlanmış və mənimlə razılaşdırılmışdı”. Açıqlamadan aydın olur ki, hərbi müdaxiləyə qərarı o zaman Pekin olimpiadasında olan baş nazir Putinin prezident Dmitri Medvedyevə və müdafiə nazirinə israrlı zənglərdən sonra reallaşıb. Belədisə, onda əvvəla, bu etiraf Medvedyev dönəmində də ölkə sükanı arxasında Putinin durduğuna, Medvedyevin isə marionet olduğuna şübhə yeri qoymur. Zatən, 4 il öncə də hamı əmin idi ki, beynəlxalq hüquqa təhqir olan hərbi müdaxilə qərarı məhz KQB-nin sonuncu mogikanı Putinin işidir. Putinin öz etirafını Ermənistan prezidenti Serj Sərkisyanla Moskvada keçirdiyi görüşdən sonra səsləndirməsi də rəmzi məna daşıyır və heç şübhəsiz, öncə Azərbaycana hədə məqsədi güdür. Hər halda açıqlamada beynəlxalq hüququ tapdamağa, suveren bir dövlətə hərbi müdaxiləyə görə zərrəcə üzrxahlıq elementi yoxdur. Əksinə, “düz etmişik” jesti var. Üzrxahlıq yoxdusa, demək, bəd presedentin davamı gələ bilər. Rusiya dövlət başçısının açıqlaması tək Azərbaycana deyil, Kremlin “ikinci s... Devamı

09 08 2012

Andressa Soares - Mulher Melancia - Eliana - SB...

Andressa Soares - Mulher Melancia - Eliana - SB... Devamı

25 07 2012

EYVAZ DAĞLI ( YETİM EYVAZ ) - YAZ YAĞIŞI

http://youtu.be/WHbATPNHW9M Devamı

14 07 2012

ERMƏNİ YALANINI İFŞA EDƏN XƏRİTƏ TAPILDI

ERMƏNİ YALANINI İFŞA EDƏN XƏRİTƏ TAPILDI |  görsel 1

14.07.2012  Amma qəribədir ki, bu barədə ətraflı danışmaq istəyən yoxdur.  Tarixçi-alim Kərim Şükürov :  “Təəssüf ki, Qarabağla bağlı araşdırmalarda Strateji Araşdırmalar Mərkəzinin rolu görünmür” Ermənilərin Qafqaza mərhələlərlə köç etməsini və onların Azərbaycanın tarixi torpaqları hesabına özlərinə yeni dövlət yaratmasını təsdiqləyən qədim xəritələr tapılıb. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva “Trend”ə açıqlamasında bildirib ki, xəritələrdə eramızdan əvvəl IV əsrdən, Makedoniyalı İsgəndərin dövründən başlayaraq XX əsrin əvvəllərinə qədər azərbaycanlıların yaşadıqları, Azərbaycan dövlətlərinin yerləşdiyi ərazilər göstərilir. Bu xəritələrdə həm də ermənilərin harada yaşadıqları göstərilir. Tədqiqatçı alimin sözlərinə görə, indiyə qədər aşkarladıqları xəritələr Azərbaycanın tarix elmində aparılan bütün tədqiqatları, Azərbaycanın ərazisinin qədim dövrlərdən XX əsrin əvvəllərinədək böyük bir ərazidə yerləşdiyini təsdiqləyir. Bu xəritələrdən o da məlum olur ki, ermənilər özlərinin iddia etdiyi kimi, Qafqazda yaşamayıblar, onlar əvvəllər Dəclə və Fərat çaylarının arasında (indiki İraq ərazisi) məskunlaşıblar. Xəritələr ermənilərin Qafqaza gəlmə etnos olduğunu tam sübuta yetirir. “Bu xəritələrə baxdıqda görmək olur ki, ermənilər necə mərhələlərlə Qafqaza köç ediblər və tarixi Azərbaycan torpaqları hesabına özlərinə yeni dövlət yaradıblar. Ermənilər qədim dövrlərdə Dəclə və Fərat çaylarının arasında yaşayıblar. Onlar Dəclə-Fərat tərəfdən tədricən şimala doğru getməyə - bugünkü Türkiyənin, İranın ərazisində yerləşməyə başlayıblar. Sonra isə oradan tədricən daha şimala doğru gediblər və Cənubi Qafqaza gəlib çıxıblar. Bu həqiqə... Devamı

28 06 2012

Bakıda sabiq erməni rəsmisi: “Biz çox böyük səhvlər eləmişik“

Bakıda sabiq erməni rəsmisi: “Biz çox böyük səhvlər eləmişik“ |  görsel 1

28.06.2012. "Bakıya qayıtdığıma görə sevinirəm və ümid edirəm ki, bu dəfəki səfərimdə yeni dostlar qazanacağam". Publika.Az-ın məlumatına görə, bu sözləri Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın baş müşaviri olmuş Jirayr Libaridyan Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM), "Caucasus International" və "Turkish Policy Quarterly" jurnallarının birgə təşkil etdiyi "Qafqazın gələcəyi naminə birgə səylər: Ötən 20 il və onun dərsləri" mövzusunda beynəlxalq konfransda deyib. Qafqaza ümumilikdə region olaraq baxdıqlarını deyən erməni qonaq mövcud vəziyyətdən təəssüfləndiyini bildirib: "Qafqaz coğrafiyanın bir hissəsidir, tarixi regiondur. Lakin problem olarkən onu region boyunca həll etməyə çalışmırıq. Müstəqillik əldə olunduqdan sonra problemlərimiz həll olunmalı idi. Amma hələ də bu problemlər həll olunmamış qalır. Müstəqilikdən sonra gözləntilərimiz oldu. Bütün bunlar da yüksək gözləntilər idi ki, bu da problemlərə gətirib çıxarırdı". Libaridyan bildirib ki, müstəqillik əldə edildikdən sonra hər kəs "soyuq müharibə"nin başa çatdığını düşündü: "Lakin soyuq müharibə Qafqazda bitmədi, kənar qüvvələrin vasitəsilə davam edir. Bu mini "soyuq müharibə"nin nə qədər davam edəcəyini bilmirik. Artıq bəllidir ki, müstəqillik o demək deyil ki, sən necə istəyirsən elə də ola bilərsən. Kiçik ölkələrdə bu, daha çox görünür. Biz çox böyük səhvlər etmişik. Dağlıq Qarabağ münaqişəsi təkcə Ermənistan və Azərbaycanın problemi deyil. Bu, həm də başqa ölkələrin problemidir. Kollektiv şəkildə bütün bu problemlərin həll edilməsini gözləmək çətindir. Çünki belə vəziyyətdə birgə layihələri h... Devamı

27 06 2012

Fotoğraf

Fotoğraf |  görsel 1

Devamı

27 06 2012

"RUSİYA AZƏRBAYCANA HÜCUM ETMƏK İSTƏYİR" »

RUSİYA AZƏRBAYCANA HÜCUM ETMƏK İSTƏYİR » |  görsel 1

27-06-2012 Vəfa Quluzadə: “Türkiyə Azərbaycanı müdafiə edəcək, rusların da, ermənilərin də cavabı veriləcək” Son vaxtlar Rusiyanın Azərbaycana qarşı təzyiq və təhdidləri artmaqdadır. Özü də bu, ən müxtəlif məsələlərdə özünü göstərir. Rusiya bir tərəfdən Azərbaycanla sərhədə əlavə qüvvələr və hərbi texnika cəmləşdirir, Ermənistandakı hərbi bazasını, Xəzərdəki hərbi donanmasını gücləndirir, digər tərəfdən də Rusiya siyasətçiləri və hərbçiləri Azərbaycanı təhdid edən bəyanatlar verirlər. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyujanın son bəyanatı da bu baxımdan diqqəti çəkir. Rusiyalı general açıq-aşkar Azərbaycanı hədələyir. KTMT baş katibi öz "hərbçi səmimiyyəti" ilə İrəvanda bildirib ki, erməni hərbçiləri Azərbaycanla müharibə başlayacağı təqdirdə güc gələ bilməsələr, onda onlar özləri Ermənistana kömək edəcəklər. “Ermənistanın bu quruma üzvlüyünün Azərbaycan üçün maneə faktoru ola biləcəyi” barədə suala isə onun cavabı müsbət olub. O qeyd edib ki, müttəfiqlərin mövcudluğu və tərəfdaşların köməyi çox vacib faktordur. Rusiyalı general bildirib ki, Ermənistanın KTMT-yə üzvlüyü Qafqazda stabilliyi qorumaq nöqteyi-nəzərindən çox müsbət faktordur: “KTMT olaraq biz öz tamhüquqlu üzvümüzə - Ermənistana lazımı dəstəyi verəcəyik. Qalan məsələlər, sonrakı hadisələr isə təşkilata üzv ölkələrin prezidentlərinin qərarından asılı olacaq”. Qeyd edək ki, İrəvan da cənab Bordyujanın çox xoşuna gəlir. Burada o, digər KTMT-ya üzv ölkələrin paytaxtlarına nisbətən daha çox olur. Rusiyanın bölgə ilə bağlı siyasəti, eləcə də Nikolay Bordyujanın son bəyanatlarına münasibətini a... Devamı

26 06 2012

SAMUX MEŞƏLƏRİNDƏ PKK SİLAHLISI?

SAMUX MEŞƏLƏRİNDƏ PKK SİLAHLISI? |  görsel 1

26.6.2012 Samux rayonunun “Qarasaqqal” meşə massivində atışma baş verib Bu barədə “Azadlıq”a məlumat verən etibarlı mənbənin sözlərinə görə, meşənin Kür ilə Gəncə çayının birləşdiyi ərazisində avtomatla silahlanmış atlı dəstə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühiti Mühafiə Idarəsinin Samux rayon şöbəsi rəisinin birinci müavini Qalib Mehdiyevlə Həsən və Nofəl adlı əməkdaşlarına hücum edib. Bəzi məlumatlara görə, hadisə iyun ayının 19-da baş verib. Atlı dəstə əvvəlcə ETSN əməkdaşlarına “əllərinizi qaldırın” əmri verib. Onlar əmrə tabe olmadıqda isə dəstə onlara xəbərdarlıq atəşi açıb. Bundan sonra ETSN əməkdaşları qaçaraq meşədə gizləniblər və oradan DIN-in 102 xidmətinə müraciət ediblər. Nəticədə Samux polisi həyəcan siqnalı ilə ayağa qaldırılıb. Polis dərhal meşəni mühasirəyə alıb və əməliyyat başlanıb. Lakin maraqlıdır ki, ETSN əməkdaşlarını meşədə tapan polis dəstəni tapa bilməyib. Axtarışların iki gün davam etdirilməsi də müsbət nəticə verməyib. ETSN əməkdaşları polisə bildiriblər ki, dəstə üzvləri saqqalı olublar. Bu baxımdan bəzi versiyalara görə, onlar vəhhabi təriqətinə mənsub olan yaraqlılar olub. Başqa mülahizələrə görə isə həmin şəxslər PKK-nın silahlı dəstəsi olub. Və onların Samux rayonunda, Kür çayının vadisində kürdlərə məxsus fermer təsərrüfatında gizləndiyi güman edilir. Hesab edilir ki, fermer təsərrüfatında hərbi düşərgə var. Polis hələ ki bu versiyaları araşdırır. Məlumatla bağlı DIN-lə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə onlarda bu barədə hər hansı məlumat olmadığını bildirdi.... Devamı

26 06 2012

Yollar - یوللار Şəmistan Əlizamanlı

http://youtu.be/V2W2xiuh5J0 Devamı

26 06 2012

Şəmistan Əlizamanlı - And içirik

http://youtu.be/eiWctraFPA4 Devamı

26 06 2012

Şəmistan Əlizamanlı: İgid əsgər, möhkəm dayan!

http://youtu.be/d3cZ88F2m5w Devamı

26 06 2012

Rusiya Ermənistana əlavə ordu yığır

21 İyun 2012. Rusiyanın Gümrüdə yerləşən hərbi bazasındakı müqaviləli hərbçilərinin sayı iki dəfə artırılacaq Rusiya Ermənistanda yerləşən hərbi bazasının şəxsi heyətini iki dəfə artıracaq. Bunu jurnalistlərə Rusiya Cənub Hərbi Dairə Komandanlığının mətbuat xidmətinin rəisi Iqor Qorbul bildirib. Onun sözlərinə görə, Rusiyanın Gümrüdə yerləşən hərbi bazasındakı müqaviləli hərbçilərinin sayı artırılacaq: “Bundan başqa, həqiqi hərbi xidmət keçən hərbçilərin sayı 5 min nəfər olacaq”. I.Qorbul ümumilikdə Gümrüdəki hərbi bazada nə qədər hərbi qulluqçunun olacağı haqda məlumat verməyib. Qeyd edək ki, Rusiya Dövlət Duması keçən il Gümrüdəki hərbi bazanın icarə müqaviləsinin 2044-cü ilə qədər uzadılmasını təsdiqləyib. Bu hərbi bazada Rusiyanın hava hücumundan müdafiə sistemləri, S-300 raketdən müdafiə sistemi və MIQ-29 hərbi təyyarələri var. APA. Devamı

26 06 2012

Pentaqon şefi Rusiyaya xəbərdarlıq ünvanladı

Leon Panetta: “Suriyaya silah təminatı dəhşətli vətəndaş müharibəsinə yol aça bilər” ABŞ-ın müdafiə naziri Leon Panetta Suriyadakı hadisələri şərh edərkən Bəşər Əsəd rejiminə dəstək verən Rusiya hakimiyyətinə də xəbərdarlıq ünvanlayıb. Pentaqon sefi Suriyada həm müxalifətin həm də Əsəd rejiminin silahlandırılmasının ölkədə dəhşətli hadisələrə yol açacağını bildirib. Panetta ABŞ-ın Suriya müxalifətinə hərbi yardım göstərməsiylə bağlı iddiaları təkzib edib. Onun sözlərinə görə, Vaşinqton müxalifətin silahlandırılmaması barədə qərar qəbul edib. Rusiyanın Suriya hakimiyyətinə hərbi dəstək verməsinə dair iddialarına da toxunub. Pentaqon rəhbəri deyib ki, ABŞ nəinki Rusiyanın eləcə də digər ölkələrin Suriyaya silah satışını dayandıracağına ümid edir. Çünki Suriyadakı tərəflərə silah təminatı daha çox günahsız insanın ölümünə səbəb olacaq. Panetta başda Rusiya olmaqla Bəşər Əsəd rejiminə dəstək verən ölkələri ehtiyyatlı davranmağa çağırıb. O, Suriyada dəhşətli nəticələrə yol açacaq vətəndaş müharibəsinin başlanma ehtimalının artdığını bildirib. azadliq.info   Devamı

26 06 2012

Türkiyə Suriya ilə müharibə astanasında

Türk ordusuna aid kəşfiyyat təyyarəsinin vurulması Bəşər Əsəd rejiminə yönəlik hərbi müdaxiləni aktuallaşdırdı Suriyanın Türkiyə Hərbi Hava Qüvvəklərinə aid “RF-4e” tipli kəşfiyyat təyyarəsini vurması müxtəlif iddialara yol açıb. Türkiyə tərəfi hadisənin tam aydınlaşmasından sonra konkret addımlar atacağını bəyan edib. Hazırda vurulan təyyarənin iki pilotunun axtarışı davam etdirilir. Baş vermiş hadisədən dərhal sonra Ankarada Təhlükəsizlik Şurasının təcili toplantısı keçirilib. Baş nazir Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə keçirilən və 2 saat 10 dəqiqə davam edən toplantıdan sonra yayılan açıqlamada kəşfiyyat təyyarəsinin Suriya tərəfindən vurulduğu təsdiqlənib. Türkiyənin bu açıqlamasından sonra hadisə ilə bağlı Suriya da məsələyə rəsmi münasibət bildirib. Hərbi rəsmilər Suriya suları üzərindəki hava sahəsinin qərb istiqamətində alçaqdan sürətlə uçan vasitənin göründüyünü və vurularaq zərərsizləşdirildiyini təsdiqləyib. Açıqlamada o da qeyd olunub ki, vurulan hədəfin Suriyanın hava məkanına girən Türkiyəyə aid hərbi təyyarə olub-olmadığı dəqiqləşdirilir. Türkiyə prezidenti Abdullah Gül açıqlamasında təyyarənin qalıqlarının və iki pilotun tapılması üçün axtarışların davam etdiyini söyləyib. Hadisənin Türkiyə sərhədləri daxilində olub-olmadığının araşdırıldığını deyən Gül olayla bağlı Suriya rəsmilərilə əlaqə yaratdıqlarını bildirib. “Hər şey ortaya çıxdıqdan sonra nə lazımdırsa edəcəyimizdən kimsənin şübhəsi olmasın”, - deyə prezident ictimaiyyətə səslənib. Bu hadisə beynəlxalq aləmin də əsas müzakirə mövzularından birinə çevrlib. Dünyanın aparıcı qəzet və xəbər agentlikləri, televiziyalar baş vermiş olaya xüsusi diqqət ayırıb. Təyyarənin vurulmasına münasibət bildirən ABŞ Dövlət Depart... Devamı

26 06 2012

Klintondan Türkiyə təyyarəsinin vurulmasına sərt reaksiya

“ABŞ bu utanmaz və yolverilməz addımı sərt şəkildə pisləyir” ABŞ Türkiyə kəşfiyyat təyyarəsinin Suriya tərəfindən vurulması ilə bağlı yaranmış vəziyyətdən ciddi narahatdır. ANS PRESS-in RİA “Novosti”yə istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın dövlət katibi Hillari Klinton bəyan edib. Onun sözlərinə görə, Birləşmiş Ştatlar Türkiyə və digər müttəfiqləri ilə birlikdə Suriya prezidenti Bəşər Əsədin məsuliyyətə cəlb olunması üçün fəaliyyəti davam etdirəcək. Türkiyəyə məxsus kəşfiyyat təyyarəsi Malatyadakı aviasiya bazasından havaya qalxdıqdan 1,5 saat sonra Aralıq dənizi bölgəsində radarlardan itib. Suriya bəyan edib ki, hava məkanını pozan Türkiyə təyyarəsi vurulub. Lakin Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib ki, təyyarə beynəlxalq hava məkanında vurulub və onun qalıqları Suriyanın ərazi sularına düşüb. “Mən dünən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə danışdım və təyyarənin vurulması ətrafında yaranmış vəziyyətdən narahatlığımı ifadə etdim”, - Hillari Klinton deyib. Onun sözlərinə görə, Əhməd Davudoğlu insidentin təfərrüatları barədə məlumat verib və deyib ki, təyyarə xəbərdarlıq edilmədən vurulub. “ABŞ bu utanmaz və yolverilməz addımı sərt şəkildə pisləyir. Bu, Suriya hakimiyyətinin beynəlxalq normalara, insan həyatına, sülh və təhlükəsizliyə münasibətinin daha bir sübutudur”, - dövlət katibi bəyan edib. "Azadlıq" qəzeti.   Devamı

26 06 2012

Türk ordusu PKK-ya qarşı iri əməliyyata başladı

Əməliyyata 4000 əsgər cəlb edilib, 29 terrorçu öldürülüb, 300-ü mühasirəyə alınıb Türkiyə ordusu Hakkari vilayətinin İraqla sərhəddə yerləşən Şəmdinli kəndində daxili təhlükəsizlik qüvvələrinin postuna hücum edərək, 8 əsgəri şəhid edən, 19-nu yaralayan PKK terrorçularına qarşı geniş miqyaslı əməliyyata başlayıb. İndiyə qədər olan məlumatlara görə, 29 terrorçu öldürülüb. Bölgədə start verilən antiterror əməliyyatlarına qırıcılar, ağır texnika və 4000 əsgər cəlb olunub. Dağlıq ərazilərə helikopterlərlə xüsusi təyinatlı dəstələr endirilib. PKK-çıların Şimali İraqa qaça biləcəyi yollar kəsilib. Başladılan əməliyyatda 300 nəfərlik terrorçu qrup mühasirəyə alınıb. Yüksekova və Şəmdinli bölgəsində iki ayrı istiqamətdə aparılan əməliyyat zamanı terrorçuların gizləndiyi və pusqu quracağı yerlər də mühasirəyə alınıb. Baş nazirlikdə keçirilən təhlükəsizlik toplantısından sonra yayılan açıqlamada pilotsuz təyyarələr, hərbi hava qüvvələri, vertolyotlar və quru qoşunlarının cəlb olunduğu əməliyyatın terrorçular zərərsizləşdirilənə qədər davam edəcəyi bildirilib. azadlıq.info   Devamı

26 06 2012

Rusiya Azərbaycanda yeni separatizm dalğası yaradır

Moskvada yaşayan ləzgi və avarlar hərəkətə gətirilib 3 gün əvvəl Moskvada “Prezident otel”də “Rusiya və Azərbaycanda yaşayan ləzgi, avar xalqlarının problemləri və onları həlli yolları” adlı I beynəlxalq konfrans keçirilib. Konfransda adəti üzrə Moskvada fəaliyyət göstərən ləzgi və avar cəmiyyətləri rəsmiləri və anti-Azərbaycan təbliğatı aparan erməni və ermənipərəst rus ziyalıları Azərbaycanda bu xalqların hüquqlarının pozulduğunu və onlara müəyyən çərçivədə muxtariyyət verilməli olduğunu iddia edib. Konfransda qərara alınıb ki, Rusiyanın Qusar, Qəbələ və Zaqatala rayonlarında konsulluqları açılsın, Rusiyanın Azərbaycandakı səfirliyində ləzgi və avarların hüquqları üzrə müşavirlik fəaliyyət göstərsin. O da bildirilir ki, Rusiyadakı Azərbaycan diaspor rəhbərlərindən olan Söyün Sadıqov konfrans təşkilatçılarına etiraz edərək oranı tərk edib. “Bakı-Xəbər” qəzeti yazdığına görə, Rusiya Islam Komitəsinin sədri Heydər Camal bildirir ki, bu konfrans Azərbaycan əleyhinə yönəlmiş aksiya idi. Onun sözlərinə əsasən, bu konfrans Rusiya prezident administrasiyasının rəhbəri Sergey Ivanovun Bakıya səfəri (27-28 iyun) ərəfəsində Rusiyanın güc strukturları tərəfindən təşkil olunub və Azərbaycana təzyiqin göstərilməsi üçün Şimali Qafqaz xalqları kartından istifadə etmək istəyən müəyyən qüvvələrin olmasından xəbər verir. "Azadlıq" qəzeti.   Devamı