27 04 2015

TÜRKİYƏNİ SIXIŞDIRA BİLMƏZSİNİZ...

TÜRKİYƏNİ SIXIŞDIRA BİLMƏZSİNİZ... |  görsel 1

Səlcuq Akbaba:
Əgər Türkiyə “soyqırım” edibsə, onda Almaniya da “erməni soyqırımına” sərikdir.
 
 
Erməni diasporası və Avropa dövlətləri Türkiyəni sıxışdırmaq, gözü kölgəli etmək üçün uydurulmuş, hec bir ciddi bir sənədlə, fakla sübut edilməyən qondarma “erməni soyqırımı”nın tanıdılması siyasətini davam etdirməkdədir. Almaniya prezideti İoaxim Qaukun qondarma “ erməni” soyqırımını tanıması əslində elə Almaniyanın özünü ittiham etməkdir. Bu barədə Ankardan, Türkiyə Qarapapaq Türkləri Dərnəyinin (TQTD) Sədr müavini Səlcuk Akbaba mətbuata açıqlama verib. Səlcuk Akbaba deyib ki, Əgər Osmanlı İmperiyası 1915-ci ildə ermənilərin soyqırımını həyata keçiribsə, o zaman Almaniya bu məsələdə 50 faiz şərikdir. Türkiyə Osmanlı İmperiyasının hüquqi varisi, Almaniya isə Kayzer Almaniyasının hüquqi varisidir. Hərbi əməliyyatlr zamanı Orta və Şərqi Anadoluda daxili təhlükəsizliyi təmin etmək üçün erməni əhalisinin köçürülməsi və erməni quldur dəstələrinin neytrallaşdırılmasını məhz o zaman Osmanlı Baş Qərargahı Almaniya Baş Qəraragahı ilə razılaşdırıb. Bir neçə ordu korpusunun komandanı isə Kayzer Almaniyasının generalları olub. Hətta Almanların kəşfiyyat məlumatlarından da istifədə edilib. Biz indi arxivlərdən bəzi sənədləri çıxarırıq və ictimayyətət açıqlayacağıq. Belə çıxır ki, o zaman Orta Andolu və Şərqi Anadoluda erməni əhalisinin köçürülməsi zamanı nəzarəti həyata kemirən xüsusi təyinatlı hərbi qrupların komandirləri alman zabitləri olub. Erməni əhalisinin göçürülməsində alaman generalları və əsgərləri iştirak edib. Əgər Almaniya prezidenti qondarma “erməni soyqırımını” taniyirsa, o zaman Almanıyanın da dinc əhaliyə divan tutulmasında günahı olduğunu qəbul etməlidirlər. Hər şey göz qabağındadır yəhudi və qaraçıların soyqırımını törədən də Almaniyadır. Hər halda Almaniya prezidenti deyəsən Erməni diasporasının Almaniyanı tora salmaq planından hələ ki xəbərsizdir.
 
 Qeyd edək ki, Türkiyə Qarapapaq Türkləri Dərnəyi (TQTD) 20 noyabr 2014-ci tarixdə Ankarda Türkiyə Qarapapaq Türklərinin nümayəndələrinin konfransında təsis edilib və 8 dekabr 2014-cü il tarixdə Ankara Valiliyi Dövlət Qeydiyyat Dairəsində, ictimai birlik kimi qeydiyyata alınıb. 20 noyabr Təsis konfransında Türkiyə Quru Qoşunlarının istefada olan zabiti Uğur Akbaba Türkiyə Qarapapaq Türkləri Dərnəyinin (TQTD) Sədri, Səlcuk Akbaba Sədr müavini və Tahir Özkan Aydın isə Baş katibi seçiliblər. Hazırda Türkiyə Qarapapaq Türkləri Dərnəyinin (TQTD) Ankara, İstambul, Trabzon, İzmir, Qars, Ağrı, Kayseri, Antalya, Uşak, Muş, Ədirnə, Iğdır, Ərdahan və Ərzincan vilayət təşkilatları fəaliyyət göstərir. TQTD yaxın 1 il ərzində Türkiyənin 40 dan çox vilayətində yerli təşkilatlarını yaratmağı planlaşdırır.
 
 
TQTD Mətbuat Xidməti

0
0
0
Yorum Yaz